Mükəmməl təfəkkürün müfəssəl təzahürü

 

 

 

Azərbaycan oxucuları bu günlərdə ərəb ədəbiyyatşünası (ümumiyyətlə, türkoloqu) Əhməd Sami Elaydinin hələ 2010-cu ildə Bakı Dövlət Universitetində professor Vaqif Sultanlının rəhbərliyilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika sənətkarlıq məsələləri (1991- 2005)" mövzusunda müdafiə etdiyi fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlanmış monoqrafiyası ilə tanış olmaq imkanı əldə etdilər.

 

Əhməd Sami 1979-cu ildə Qahirədə doğulmuş, 2006-cı ildə dünya şöhrətli Ayn- Şəms Universitetinin ədəbiyyat fakültəsi nəzdindəki türk bölməsini bitirmişdir. yəqin, azərbaycanlı oxucular üçün maraqlı olmaya bilməz ki, onun magistr dissertasiyası "Qaçaq Nəbi" dastanı XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişmələri"ndən bəhs edir. Elə o illərdən Azərbaycan dili, ədəbiyyatı, tarixi mədəniyyətinin bir çox məsələləri ilə dərindən məşğul olmağa başlamış, həqiqi azərbaycanşünas nüfuzu ( şöhrəti) qazanmışdır.

 

Kitabın elmi redaktoru Vaqif Sultanlı "Ön söz"də yazır:

 

"Monoqrafiya müəllifinin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bütövlükdə adət- ənənələrinə yetərincə bələd olması əsərin məna məzmununa təsirsiz qalmamışdır. İstər Azərbaycanın ağrılı problemlərinə yanaşma tərzində, istər ayrı-ayrı yazıçıların yaradıcılığına münasibətdə, istərsə mövcud bədii faktların təhlil prosesində bu bələdliyin gətirdiyi çalarlar aşkar duyulmaqdadır".

 

Şübhəsiz, əsərin uğurunu təmin edən mühüm cəhətlərdən birincisi, elmi redaktorun ( bu əsərin meydana çıxmasında xüsusi xidmətləri olan elmi rəhbərin) qeyd etdiyi kimi, Əhməd Saminin Azərbaycan dilini ( mühitini) kifayət qədər dərindən ( məhəbbətlə) öyrənməsi, hətta öz-özlüyündə qədər geniş olsa da, bir mövzu dairəsində qalmayıb azərbaycancadan ərəbcəyə, ərəbcədən azərbaycancaya xeyli dəyərli əsərlər çevirməsidir ki, onların içərisində "Müasir Azərbaycan nəsri" antologiyası, Nəcib Məhfuzun "Liderin qətl günü" romanı ayrıca qeyd olunmalıdır.

 

Əhmədlə artıq neçə illərdir ki, görüşür, əməkdaşlıq, yoldaşlıq, dostluq edirik. Ona minnətdaram ki, Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri, görkəmli yazıçımız Afaq Məsudun təşəbbüsü ilə mənim "Azərbaycan xalqının tarixi ya tərcümeyi-halı" kitabçamı ərəbcəyə tərcümə etmişdir.

 

Onunla istər Azərbaycanda, istərsə xarici ölkələrdə olsun, hər görüş, söhbət mənə xüsusi zövq verir. Əvvəla ona görə ki, çox xeyirxah, humanist işlər görür, iki xalqın mədəni əlaqələrinin güclənməsi, genişlənməsi üçün intellektini, zəhmətini əsirgəmir; ikincisi isə, Azərbaycanı yaxşı tanımaqdan başqa, bir sıra türk dillərində, o cümlədən, azərbaycanca da azacıq aksentlə çox gözəl danışır... hərdən ona zarafatla deyəndə ki, "Əhməd, sən azərbaycanca əcnəbi kimi yox, Azərbaycanın hansısa rayonundan Bakıya yeni gəlmiş adam kimi danışırsan", özünəməxsus səmimiyyətlə gülüb ", elədi" deyir, "bu sözü çox eşidirəm, çox da xoşuma gəlir".

 

"Müstəqillik dövrü Azərbaycan romanı"nın uğurunu təmin edən ən mühüm cəhətlərdən ikincisi mövzu-problematikanı lazımi miqyasda əhatə etməsidir ki, buraya aşağıdakılar daxildir:

 

1) roman janrı tarixi yaddaş dövrün həqiqətləri kontekstində;

 

2) sosial-siyasi fəlsəfi-psixoloji problemlər roman janrının təqdimatında;

 

3) Azərbaycan romanı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təcəssümü kimi;

 

4) müstəqillik dövrü romanlarının sənətkarlıq xüsusiyyətləri.

 

Ancaq məsələ yalnız onda deyil ki, müəllif öz tədqiqatının mövzu-problematikasını bu miqyasda müəyyən edir, əsas odur ki, həmin miqyasda da peşəkar ideya-estetik təhlil-interpretasiya verməyə nail olur. Müstəqillik dövrünün, əgər belə demək olarsa, gündoğanında yaranmış "Ölən dünyam" (İsmayıl Şıxlı), "Zərrintac-Tahirə", "Eşq sultanı", "Xəzərin göz yaşları" (Əzizə Cəfərzadə), "Axirət sevdası", "Kef", "Ömür urası" (Sabir Əhmədli), "İsahəq, Musahəq", "Cəhənnəm" (İsa Muğanna), " qoç, qara qoç" (Anar), "Günah duası" (Mövlud Süleymanlı), "Azadlıq" (Afaq Məsud), "Gəlinlik paltarı" (Hüseynbala Mirələmov), "Ovlaq keçidi" (Ağarəhim Rəhimov), "İnsan dənizi" (Vaqif Sultanlı), "On üçüncü həvari ya 141-ci Don Juan" (Elçin Hüseynbəyli) başqa romanları araşdıran Əhməd Saminin müvafiq dövrün Azərbaycan tədqiqatçılarından üstünlüyü, özünün qeyd etdiyi kimi, onun əsərində "çağdaş Azərbaycan romanlarının müxtəlif ərəb ölkələrində yaranmış romanlarla müqayisəli şəkildə tədqiq olunması, bu kontekstdə oxşar fərqli cəhətlərin, xüsusiyyətlərin üzə çıxarılmasıdır".

 

Monoqrafiya müəllifi yazır:

 

"...İstiqlaliyyət dövrü Azərbaycan romanları ilə müxtəlif ərəb ölkələrində eyni janrda yaranan əsərlər arasında mövzu, problemideya-estetik baxımdan oxşar məqamlara təsadüf olunmaqdadır. Bu aspekt daha çox Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif Əli Qaidbaşqa yazıçıların romanlarında özünü birüzə verməkdədir".

 

Nəhayət, əsərin üçüncü mühüm məziyyəti barədə...

 

Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan roman yaradıcılığının ilk on beş illik axtarış yollarını araşdıran Əhməd Sami bir sıra görkəmli Azərbaycan tənqidçi-ədəbiyyatşünasları (Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Tofiq Hüseynoğlu, Himalay Qasımov, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Təyyar Salamoğlu, Nərgiz Cabbarlı...) ilə polemikada belə bir qərara gəlir ki, "müstəqillik dövründə yaranmış romanlar mövzu-məzmun baxımından zəngin və rəngarəngdir. Bu romanlarda, demək olar ki, Azərbaycan cəmiyyətini və çağdaş dünyanı narahat edən, düşündürən ən mühüm məsələlər mövzu obyektinə çevrilmişdir... Milli kontekstdə yanaşılarsa, araşdırılan dövrdə nəşr olunmuş istər tarixi, istərsə də müasir mövzulu romanlar janrın poetikasını xeyli dərəcədə yeni çalarlarla zənginləşdirmişdir".

 

"Müstəqillik dövrü Azərbaycan romanı"na "Çağdaş dövrün nəsri yeni paradiqmalar müstəvisində" adlı giriş sözü yazmış fəlsəfə doktoru Samirə Məmmədli tamamilə haqlıdır ki, "Əhməd Sami Elaydinin monoqrafiyası, müəyyən mənada, ədəbi prosesə kənardan və daxildən baxışın vəhdəti olmaqla gələcəkdə aparılacaq araşdırmalar üçün də, müəyyən mənada, yol açır, çünki fərqli dünyagörüşdünya duyumunun sərgilədiyi münasibət həmişə "mübahisəlidir", həmişə düşünməyə sövq edir".

 

Ancaq bir məsələ mübahisəsiz (və inkar edilməzdir) ki, Əhməd bəy kimi istedadlı, geniş dünyagörüşlü, mehriban bir gəncin qədim (və zəngin) tarixə malik ərəb ölkələrindən birindən - Misirdən gəlib "Müstəqilik dövrü Azərbaycan romanı" mövzusunda əsər yazması, həmin mövzuda kitab nəşr etdirməsi Azərbaycanın məhz dövlət müstəqilliyinin nəticəsidir...

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.4.