25 yaşın müdrikliyi - "525"-25

 

 

 

"525-ci qəzet"in yaradılmasını yaxşı xatırlayıram. Yaradılmasına 525-ci kimi icazə veriləndə, bəlkə , nəşr olunan yüzlərlə qəzet sırasından biri olacağı düşünülmüşdü. Ancaq başqa cür oldu.

 

Yubileyini fərəhlə qeyd etdiyimiz  "525-ci qəzet"  bizim mənsub olduğumuz nəslin gözü önündə "böyüyür",  inkişaf edir, şöhrətlənir. Bu qəzeti hər kəs oxuyur: rəsmi dairələrin nümayəndələri , tanınmış şəxsiyyətlər , sadə insanlar da. Qəzet həm ictimai-siyasi, həm ədəbi-elmi mühiti əks etdirmək baxımından lazımlı əhəmiyyətlidir.

 

Mənim üçün bu qəzetin əhəmiyyəti dəyəri həm ona görə xüsusidir ki, ilk elmi məqaləm bu qəzetdə dərc olunub. Sərlövhəsi belə olub: "Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: 1. Cəlil Məmmədquluzadə". Qarşılığı da belə olub ki, AzTV-də Xəbərlər redaksiyasının baş redaktoru işlədiyim vaxtlarda Rəşad Məcidin "10 sentyabr" adlı kitabı haqqında  "Xəbərlər"in "Yeni nəşrlər"ində məlumat vermişdik. Beləliklə, bir-birimizi görmədən, tanımadan yazdıqlarımızı görmüşdük, tanımışdıq.

 

Günlərin bir günü başqa bir elmi məqaləmi "525-ci qəzet"in redaksiyasına özüm aparmağı qərara aldım. Niyyətim həm Rəşad Məcidlə görüşüb tanış olmaq idi.

 

...Dəhlizdə xeyli gözləməli oldum. Redaksiyasının çayxanasında qızğın müzakirə gedirdi. Nəhayət, Rəşad Məcid çayxanadan çıxdı. Elə dəhlizdəcə  çoxdanın tanışı kimi görüşdük, hal-əhval tutduq. Yazımı məsul katibə verməyi xahiş etdi. Növbəti nömrədə yazım dərc olundu... Sonralar biz  müxtəlif tədbirlərdə görüşürdük. Mən onu  tanıyırdım. Ancaq hiss edirdim ki, o, mənim sifətimi unudub. Uzun illər Rəşad Məcid məni yaxından görmədən, tanış olmadan yazılarımı öz qəzetində dərc etdi indi artıq tanıyır, dərc edir...

 

Mən müxtəlif peşə sahiblərindən "525-ci qəzet"in müstəqil, tərəfsiz, qərəzsiz, əsl ziyalı qəzeti olduğunu dəfələrlə eşitmişəm. 90-cı illərin sonunda Naxçıvana getmişdim. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində həmkarlarımla görüşdüm. Burada çalışan ziyalı insanların əksəriyyətinin bu qəzetin abunəçisi olduğunun şahidi oldum. O zaman (indi ) bölmənin rəhbəri akademik İsmayıl Hacıyev qəzet çıxan gündən onun nüsxələrinin tikilib saxlandığını, bu qəzetin ədalətli   oxunaqlı  olduğunu  elə inamla söylədi ki, mən o anda Bakıdan gəlmiş bir adam kimi, sanki mənə məxsus qəzetdən, Bakıda yaşayan  jurnalistlərin  qəzetindən söhbət getdiyi üçün qürur hissi keçirdim.

 

Fikrimcə, "525-ci qəzet" yalnız rəsmi materiallarla deyil, informasiya ilə çox yüklənmir. Amma hər yazının məna-məzmun keyfiyyəti üstün olduğu kimi, öyrədici gücü,  məlumat yükü kifayət qədərdir.   Burada jurnalistikanın bir çox janrlarından peşəkarcasına istifadə edilir. Dili kütləvidir, aydındır rəvandır. Bütün bunların  əsas səbəblərindən biri bəlkə , elə birincisi qəzetin daha çox işıqlı insanların tribunası olmasıdır. Azərbaycanın dəyərli şəxsiyyətləri - alimləri, yazıçıları, bəstəkarları, rəssamları, memarları, idmançıları sıravi insanları  daim bu qəzetdə çıxış edirlər. Akademik İsa Həbibbəylinin, professor Cahangir Məmmədlinin, yazıçı Anarın, şair Fikrət Qocanın, akademik Nizami Cəfərovun, ədəbiyyatşünas Vilayət Quliyevin, folklorşünas, akademik  Muxtar İmanovun başqa görkəmli insanların   fikirlərini, ideyalarını bu qəzetdə oxumaq şəxsən mənə mənəvi toxlıq gətirir  bu qəzeti  sevdirir. Amma bu  sevdirməyin sevməyin daha başqa səbəbləri var. Bu səbəblər sırasında onun dövlətə, dövlətçiliyə, Azərbaycana, azərbaycançılığa xidmət etməsidir. Millətin taleyini düşünməsidir. Daim düzgün mövqedə dayanmasıdır. Ədəbiyyatdan, mənəviyyatdan yazmasıdır. Milli-mənəvi dəyərlərimizi qorumasıdır. Ədəbi dilimizi inkişaf etdirməsidir digər səbəblərdir.

 

Görəsən, bütün bu dediklərimiz deyə bilmədiklərimiz   kimin kimlərin sayəsində qəzet səhifələrinə çıxarılır.  Burada öncə baş redaktorun rolunu qabartmaq istəyirəm. Qəzetin yaradıcısı baş redaktoru Rəşad Məcidin şəxsiyyəti dünyagörüşü əlbəttə ki, əsasdır. Ona görə ki, qəzetin ideya istiqamətini müəyyən mənada, kollektivin yaradıcılıq üslubunu baş redaktor müəyyənləşdirir. Rəşad Məcid əslən qarabağlı olsa da, qəzet bütöv Azərbaycanın coğrafiyasını əhatə edir. Çünki Rəşad Məcid bütöv şəxsiyyətə malik olan insandır: səmimidir, realdır, prinsipialdır, erudisiyalı mədənidir. Ən əsası isə onun vətəndaşlıq - azərbaycançılıq qayəsidir.

 

Rəşad Məcid mənim məzunu olduğum indi çalışdığım Bakı  Dövlət Universiteti jurnalistika fakültəsinin məzunudur. Peşəkar  jurnalistdir, həm yazıçıdır, şairdir, ictimai xadimdir. Yazıçılar Birliyində yaradıcı gənclərə rəhbərlik edir. Onun novator yazıçı, istedadlı şair kimi özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışmaq fikrində deyiləm. Ona görə ki,  "525-ci qəzet"in yubileyidir mən onun qəzetindən qəzetçilik fəaliyyətindən  danışmalıyam. Həm etiraf edim ki, Rəşad Məcidin şaxəli yaradıcılığının müxtəlif yönlərini akademik İsa Həbibbəyli bu yaradıcı insana həsr etdiyi maraqlı bir kitabında  ustadcasına təhlil edib. Bu nəqamda mən  Rəşad Məcidin jurnalist fəaliyyətinə daha çox üstünlük verirəm. Çünki Rəşad Məcid Azərbaycanın müstəqillik dövründə müstəqil,  mükəmməl bir mətbuat yaratmışdır  həmin dövrün ab-havasına, tələblərinə uyğun publisistikanın əsas yaradıcılarından biridir.  Eyni zamanda, Rəşad Məcid  təşkilatçı kimi özünü sübut etmişdir.  Onun təşkilatçılığı nəticəsində "525-ci qəzet"in Vətən qeyrəti çəkən, millət taleyi düşünən kollektivi formalaşmışdır.

 

Mən qəzetin əməkdaşlarının demək olar ki, hamısını şəxsən tanıyıram. Onların jurnalist peşəkarlığını  yüksək qiymətləndirirəm. Milli təfəkkürlü, vətəndaş mövqeli bu yaradıcı insanları əqidə birliyi birləşdirir, estetik ideal yaxınlaşdırır, yeniliyə can atmaq həvəsi bir araya gətirir.   Qəzet redaksiyasında çalışanların əksəriyyəti  ixtisasca jurnalistdir. Onlar  həqiqətə, bir əqidəyə xidmət edirlər: vətənin, millətin azad firavan yaşamasına, milli - mənəvi dəyərlərin inkişaf etdirilməsinə səy edirlər. Dövrün mühüm hadisələrinə, respublikamızda baş verən yeniliklərə, milli mənəvi dəyərlərə münasibət baxımından təxminən, eyni tərzdə düşünürlər, ona görə ki, doğrudan da, eyni estetikanın, idealın daşıyıcılarıdır.  nəhayət, yaradıcılıqda  yenilikçidirlər. Çalışırlar ki, yaradıcılıq tərzi ilə seçilsinlər.   Hətta redaksiya ilə əməkdaşlıq edən müəlliflərin fərdi üslubunu   saxlamağa üstünlük verirlər.  Bütün bu söylədiklərimiz təqdir olunası məsələlərdir publisistika məktəbi dediyimiz bir anlayışı  ifadə edir.

 

 Oxucuların qəlbinə və şüuruna yol tapmış bu mətbu orqan öz yubileyini   oxucuları ilə birlikdə qürur hissi ilə qeyd edir. Kollektivin buna tam haqqı var. 525-ci sırada olmaq olar, amma  525  media qurumunun  içərisindən boy vermək, ucalmaq yüksək bacarıq və gərgin zəhmət tələb edir. Burada şübhəsiz ki, baş redaktor Rəşad Məcidin  şəxsiyyətinin böyük rolu var. Texniki işçilər də daxil olmaqla redaksiya əməkdaşlarının əməyi, qabiliyyəti və mənəvi ucalığı Azərbaycan mediasında  bu qəzetin yerini və səviyyəsini  dəqiq müəyyən edir.

 

Təbrik edirik, "525-ci qəzet"!  25 yaşın mübarək olsun!

Allahverdi MƏMMƏDLİ

BDU Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri, Əməkdar jurnalist

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.6.