Dəlicəsinə istəyin töhfəsi - "525-ci qəzet"  

 

 

"Böyük zəkalar bəşəriyyətə verməlidirsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar".

 

Alman filosofunun söylədiyi bir müdrik kəlamı çox cəsarətlə "525-ci qəzet"in təsisçisi baş redaktoru, şair, yazıçı, publisist, ən başlıcası isə oxşarı olmayan Rəşad Məcid kimi insanlara aid etmək olar. Rəşadın gənclik illərinin canlı şahidi olduğuma görə, gözlərim qarşısında yetkinləşən bir gəncin hələ 21 yaşından, əmək fəaliyyətinə başladığı gündən hamıdan fərqləndiyini "Elm həyat" jurnalının redaksiyasında vaxtilə çalışanların hər birisi təsdiqləyə bilər.

 

21 yaşlı Rəşad Məcidovu redaksiyaya işə o zaman jurnalda şöbə müdiri işləyən istedadlı yazıçı-publisist Aqil Abbas gətirmişdi. İlk gündən yaşına uyuşmayan ədəb-ərkanı ilə fərqlənən bu gənc oğlan, çox keçmədi ki, mənəvi zənginliyi, dünyagörüşü insanlara, ətrafda baş verənlərə fərqli münasibətilə seçilməyə başladı. Əvvəl korrektor kimi fəaliyyətə başlayan Rəşad, az müddətdən sonra xüsusi müxbir kimi çox dəyərli, hətta tədqiqat xarakterli yazıları ilə nəinki jurnalın oxucuları arasında, eləcə respublikamızda nəşr olunan bir çox qəzet jurnallarda da öz imzası ilə tanınmağa başladı. Onun istər xaricdə yaşayan azərbaycanlılarla görüşləri haqqında, istərsə Azərbaycanın müxtəlif bölgələrindəki problemlərlə bağlı yazıları oxucular ictimaiyyət tərəfindən rəğbətlə qarşılanırdı.

 

1989-cu ildə "Elm həyat"da dərc olunan "Qaragöl, yoxsa Sevan" "Xəzər" jurnalında çap olunan "Bəlalı Krım tatarları" məqalələri böyük əks-səda yaratmışdı. Birinci məqaləsində Azərbaycan ərazisindəki göllərimizin hüsnünə şeirlər yazılıb, mahnılar qoşulduğunu deyən müəllif, sonra ürəkağrıdan belə bir faktı vurğulayırdı ki, "indiki sərhədlərimizdən uzaqda yerləşən qədim Göyçə Sevana döndüyü kimi, "Qaragöl" yavaş-yavaş özünə yeni ad qazanmaqda - "Sevlic"ə dönməkdədir".

 

"Bəlalı Krım tatarları" məqaləsi isə təkcə Azərbaycanda yox, eləcə Daşkənddə rəğbətlə qarşılanmışdı. Məqalə tərcümə olunaraq, onların "Lenin bayrağı" qəzetində çap olunmuşdu.

 

Yaxşı yadımdadır, o zaman bu yazı ilə bağlı Rəşadın ünvanına - redaksiyaya saysız-hesabsız minnətdarlıq məktubları gəlirdi.

 

Bu baxımdan yanaşdıqda, "525-ci qəzet"i həqiqətən Rəşadın nəinki gənclik illərindən, bəlkə lap uşaqlıq illərindən toplamağa başladığı dəyərlərin güzgüsü hesab etmək daha doğru olar. Çünki 1985-1990-cı illərdə "Elm həyat"da, ondan sonrakı 2 il ərzində müxtəlif qəzetlərdə yüksək vəzifələrdə işləməsinə baxmayaraq, Rəşad Məcid öz Böyük İstəyinə yalnız 1992-ci ildə - noyabrın 17-də işıq üzü görən "525-ci qəzet"i ilə çatdı...

 

Bu istək uğrunda vaxtilə necə "mübarizə" apardığı barədə Rəşadın dedikləri yəqin ki, bu yubiley ərəfəsində maraqlı olar. Onun söylədiyinə görə, hələ orta məktəbdə oxuyarkən, atası Müseyib Məcidov onu Bakıya gətirib fizika-riyaziyyat təmayüllü liseyə qoyubmuş ki, dəqiq elmləri dərindən öyrənsin gələcəkdə həmin sahənin sayılıb-seçilən mütəxəssislərindən biri olsun. Atanın bu böyük istəyi qarşısında yalnız susmağı üstün tutan Rəşad isə öz istəyinə çatmaq üçün çıxış yolu tapmaq barədə fikirləşir. nəhayət, Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) sənədlərini versələr , imtahan biletinin suallarına qəsdən səhv cavab yazmaqla, sonsuz arzularına doğru yol açmağı bacarıb...

 

Rəşad Məcidin yaratdığı "525-ci qəzet"in fəaliyyətinin müəyyən bir dövrü (1996-1997-ci illərdə) bizim kollektivin içərisində keçdiyinə görə (daha doğrusu, qəzetin redaksiyasının sabit binası olmadığına görə, bir müddət "Elm həyat"ın redaksiyasında məskunlaşmalı olmuşdular) ötən illər ərzində onun necə dəyişməz qaldığını - elə gəncliyindəki kimi ədəb-ərkanlı, ağayana, müdrik həm çox gözəl bir nasir, redaktor, gənc bir ailə ocağının bacarıqlı başçısı olduğunu hər kəs görürdü. Ətrafına topladığı gəncləri özünəməxsus ustalıqla seçmişdi. Rəhbərlik isə üç nəfərdən ibarət idi: Rəşad Məcid, Yaşar Əliyev Yusif Rzayev (sonralar Qalib Bayramov da onların ən yaxın, bacarıqlı dostlarından biri olmuşdu).

 

"525"in gəlişi ilə "Elm həyat" sanki 2-ci ömrünü, daha doğrusu, gənclik həyatını yaşamağa başlamışdı. Qəzetin ətrafına toplaşan gənc yazarların çoxusu elə ədəb-ərkan baxımdan Rəşadın özünə bənzəyirdi. Əlbəttə, burada onun özünün bir örnək olması böyük rol oynayırdı. Çünki o özü bizlərlə elə davranırdı ki, sanki elə əvvəlki 21 yaşlı Rəşaddır. Qəzetin redaksiyasına axışan tanınmış Azərbaycan ziyalıları - yazıçılar, şairlər, alimlər müəllimlərə Rəşad çox fərqli münasibət göstərir, hər kəsə ehtiramla yanaşırdı...

 

Bax beləcə gəlib keçib "525-ci qəzet"in 25 yaşı - əzablı-əziyyətli, sevincli-kədərli illərin arxasında dayanan "dəlicəsinə bir istək" Azərbaycanın mətbuat tarixində əvəzolunmaz bir nəşrin bünövrəsini qoymaq üçün əsas meyar olub.

 

Rəşad Məcid deyir ki, "İnsan bir şeyi dəlicəsinə istəyirsə, mütləq arzusuna çatacaqdır". Bu gün hadisələrə cəmiyyətin fərqli münasibətini olduğu kimi çatdıran "525-ci qəzet", yəqin ki, neçə onilliklər keçsə , öz ənənəsinə sadiq qalacaq ədalətlilik prinsipini qoruyub saxlayacaqdır. Çünki ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. Ədalətli xeyirxahlığı ilə seçilən sevimli həmkarımız Rəşad Məcid onun örnək qəzetinin çox zəhmətkeş kollektivi bu baxımdan özlərini xoşbəxt hiss etməyə haqlıdırlar.

 

Bu qəzetin ən dəyərli qiymətini verən AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli yazır: "Azərbaycan mətbuatının tarixində "Molla Nəsrəddin" "Füyuzat"dan sonra ədəbiyyatın əsas arsenalını əhatə etməklə yanaşı, həm ictimai-siyasi maarifçi-mədəni mühitin bütün palitrasını özündə cəmləşdirmək baxımından "525-ci qəzet"lə müqayisə ediləcək mətbuat orqanı tapmaq çətindir..."

 

"525-ci qəzet"i "Azərbaycan cəmiyyətinin qəzeti" adlandıran hörmətli akademik daha sonra yazır: "Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən "525-ci qəzet", ədəbiyyatçılardan ötrügeniş auditoriya olan oxunaqlı ədəbiyyat qəzetidir..."

 

Əziz "525-ci"lər! Sizin hər birinizi 25 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və sonsuz uğurlar arzulayıram!

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.6.