Təbiətin və rəsm sənətinin
vurğunu
Azərbaycan incəsənəti təbiəti
kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələri
özündə yaşadan
Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların
qovşağı kimi
tanınır.
Respublikamızda Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə bir çox tədbirlər, sərgilər
keçirilir. Belə sərgilərdən biri də dekorativ-tətbiqi
sənət növləri
üzrədir. Bu sərgilər istedadlı
gənclərin, yüksək
sənət meyarlarına
cavab verən dekorativ-tətbiqi sənət
əsərlərinin aşkarlanması
məqsədilə keçirilir.
Bu gün haqqında
söz açdığım
Gülşən Abbasova
dekorativ-tətbiqi sənət
nümunələri üzrə
bir çox sərgi və müsabiqələrdə iştirak
edərək, dəfələrlə
diplom və Fəxri Fərmanlara layiq görülub.
Rəngarəng bəzəklər, mirvarilər,
güllər və taxıldan hazırlanmış
sənət əsərləri,
muncuqdan toxunmuş xalçalar... Bütün bunlar Gülşən
xanımın təkrarsız
əl işləridir
və onlar özünəməxsusluğu, incəliyi ilə seçilir. Bəzən istifadə
edilməyən, lazımsız
hesab olunan əşyalar Gülşən
Abbasovanın əllərində
gözəl bir tabloya, rəsm əsərinə çevrilir.
Onun əsərlərinin hər
biri öz mənasına görə
bir-birindən fərqlənir.
Kompozisiyaların hər birində
təbiətə, çiçəklərə
vurğunluq görünür.
"Günəbaxanlar", "Ağ qızıl",
"Dənizin dibində",
"Sarı sünbüllər",
"Səhləb çiçəyi"
kompozisiyalarında bu,
daha aydın hiss olunur.
G.Abbasova
bu il Beynəlxalq
Sülh Gününə
həsr edilən
"Milliliyimizi qoruyaq",
Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Vətən buradan başlayır", Müstəqillik
günü ilə bağlı "Kitablarin insan həyatında rolu" və başqa bir sıra sərgi-tədbirlərdə
iştirak edərək
fəxri fərman və diplomlara layiq görülüb. O, eyni zamanda, sərgilərdə
iştirak etməklə
yanaşı, həm də bir sıra
sərgilərin təşkilatçısıdır.
Bakı
Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 saylı filialının (M.Ə.Sabir adına Mərkəzi Şəhər
Kitabxanası) müdiri
işləyən G.Abbasova
həm yaradıcılıq,
həm də nümunəvi təşkilatçı
olaraq bu gün də öz işini layiqincə davam etdirir.
Afət ZEYNALOVA
525-ci qəzet.- 2017.- 3 noyabr.- S.8.