Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqif günü  

 

ŞAİRİN 300 İLLİK YUBİLEYİ BEYNƏLXALQ ELMİ KONFRANS VƏ KİTAB SƏRGİSİ İLƏ QEYD EDİLİB

 

 

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci il TÜRKSOY təşkilatı tərəfindənMolla Pənah Vaqif ilielan olunub.

 

Bu məqsədlə noyabr ayının 2-də Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil edilib. 

 

Tədbir çərçivəsində, həmçinin, “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiyakitablarının təqdimatı keçirilib.

 

Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Türkiyə mədəniyyət turizm nazirinin müavini Hüseyin Yayman, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu ilə birgə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan, şairin zəngin həyat yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.  Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş tədbir iştirakçılarını salamlayıb, Molla Pənah Vaqif ili ilə əlaqədar keçirilən tədbirlərdən danışıb.

 

Hüseyin Yayman çıxış edərək birgə mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini, bu sahədə TÜRKSOY-un üzərinə daha çox vəzifələr düşdüyünü qeyd edib.

 

Yalçın Topçu türk dünyasının mədəniyyət beşiyi olan, işğal altındakı Şuşada şairi anmağımızı arzulayıb, bunun üçün Qarabağın tezliklə azad edilməsini diləyib.

 

Nazir Əbülfəs Qarayev türk dünyasından bu tədbirə qatılan nümayəndələri salamlayıb, tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət Turizm Nazirliyinə ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib. Şair haqqında danışan nazir M.P.Vaqifin çoxşaxəli fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulayıb, sənətkarın yaradıcılığının həmişə diqqət mərkəzində olduğunu, dövlət qayğısı ilə əhatə edildiyini bildirib. Ə.Qarayev hələ 1982-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin açıldığını qeyd edib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ardıcıl siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan qurtulacağına, Vaqifin, Üzeyir Hacıbəylinin, Bülbülün daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd olunacağına inamını dilə gətirib.

 

TÜRKSOY təşkilatı Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışMolla Pənah Vaqif şeirləri dünya dillərində”, akademik Nizami CəfərovunMolla Pənah Vaqif Milli Kitabxana tərəfindən tərtib olunmuşMolla Pənah Vaqif. Biblioqrafiyakitabları haqqında danışan Ə.Qarayev bu əsərlərin bütün türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildirmişdir.

 

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov M.P.Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri îlduğu kimi Azərbaycan ədəbiyyatının yåni istiqamətdə inkişafına kömək åtmiş qüdrətli bir sənətkar olduğunu söyləyib. Qazi Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı fakültəsinin müəllimi Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışıb, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini deyib. O, “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının quruluşundan danışaraq, hər üç kitabın böyük türk dünyası üçün önəmli tədqiqat əsəri olduğunu vurğulayıb.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar şairin yaradıcılığı haqqında məruzə ediblər.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların toplandığını deyərək, bunun əhəmiyyətindən danışıb, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində çalışanlara uğurlar arzulayıb.

 

Tədbir boyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndiriblər.

 

Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilib.

 

Sonda günün xatirəsi olaraq TÜRKSOY təşkilatı tərəfindən tədbir iştirakçılarına təşəkkürnamə təqdim edilib.

 

Xədicə RƏHMAN

 

 

525-ci qəzet.- 2017.- 3 noyabr.- S.7.