Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşüb

 

Ölkəmizdə səfərdə olan tanınmış ərəb yazıçı Yusif Əzizi dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.

 

Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə qonaq barədə məlumat verən Mərkəzin sədri, şair Səlim Babullaoğlu qeyd edib ki, Bənitorof kimi tanınan yazıçı tədqiqatçı  Yusif  Əzizi 1951-ci ildə İranda doğulub. Tehran Universitetinin məzunudur. Hazırda Londonda yaşayan ədib 1978-ci ildən İran Yazıçılar Birliyinin üzvüdür 2008-ci ilin yanvarından Birliyin ümumi iclasında keçirilən seçkidə, qurumun sədri olmadıqda, onun vəzifəsini yerinə yetirən katib seçilib. 2009-cu ildə Britaniya Qələm Cəmiyyətinə (English Pen) fəxri üzv qəbul olunub. Suriya Yazıçılar Birliyi Əzizini 2012-ci ildə özünün əsas üzvü kimi təqdim edib.

 

Yusif Əzizi Bənitorof jurnalist kimi fəaliyyət göstərir, ərəb fars dillərində yazır. İndiyədək 25 kitabı yüzlərlə məqaləsi ərəbdilli farsdilli mətbuatda dərc edilib. Məqalələrinin bir hissəsi İranın klassik ədəbiyyatına aiddir ərəb mətbuatında işıq üzü görüb. Onun hekayə, məqalə tədqiqatları ərəb, türk, ingilis italyan dillərinə tərcümə edilib. Onun tərcümə fəaliyyəti əsasən müasir ərəb yazıçı şairlərinin ədəbi əsərlərini əhatə edir. İctimai-siyasi fəaliyyəti isə İranda qeyri-fars millətlərin, o cümlədən, ərəblərin hüquqlarının müdafiəsinə şamil edilir. 2008-ci ilin noyabrında İstanbuldaİran, Azərbaycan Türkiyədə qadın hüquqlarıseminarının 2009-cu ildə Human Rights Watch-ın mükafatlarına layiq görülüb.

 

AYB sədri Anar qonağı görüş iştirakçılarını salamladıqdan sonra Birliyin yaranma tarixi, fəaliyyəti haqqında danışıb. Sədr qeyd edib ki, son zamanlar İran-Azərbaycan ədəbi əlaqələrinin inkişafı yolunda hər iki ölkə tərəfindən mühüm addımlar atılır, əhəmiyyətli layihələr həyata keçirilir. Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçilirlən bugünki görüş həmin əlaqələrin daha da dərinləşməsində  əhəmiyyətli rol oynayacaq.

 

Azərbaycanı çox sevdiyini bildirən Yusif Əzizi, Bakıya gəlməyi illərdən bəri arzuladığını vurğulayıb. Ərəb yazıçı müasir dünyada ədəbiyyatın sənətin hazırkı durumu barədə fikirlərini bölüşüb, Azərbaycan ədiblərinin yaradıcılığına maraq göstərdiyini deyib.

 

Görüşdə ədəbi əlaqələrin inkişafından söz açılıb, müzakirələr aparılıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-4 noyabr.-S.14.