Azərbaycan ədəbiyyatı nümunələrinin
Türkiyədə təqdimatı
Noyabrın 5-də İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunaraq qardaş ölkədə nəşr edilən Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib.
Təqdimatda elm və mədəniyyət
adamları, tanınmış
ədəbiyyatçılar, çox sayda azərbaycanlı, tələbələr,
QHT və KİV təmsilçiləri
iştirak ediblər.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi pavilyonda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Kitabxananın direktoru Kərim Tahirov, Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən
Şən və başqaları çıxış
ediblər. Çıxışlarda qeyd olunub ki, nəşr olunan bu əsərlər
Azərbaycan ədəbiyyatının
Türkiyədə tanıdılmasında
böyük əhəmiyyət
daşıyır.
Qeyd edək ki, Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi ilə "Sevinc Fırat Zəngin Yayınçılıq" arasında
2016-cı ildə əldə
olunan razılaşma üzrə həyata keçirilən layihə
çərçivəsində Azərbaycan ədəbiyyatının
görkəmli simalarının
bir il
ərzində ümumilikdə
8 əsəri türk
dilində nəşr
olunub. Bu siyahıya
Mir Cəlal Paşayevin
"Bir gəncin manifesti", Yusif Vəzir Çəmənzəminlinin
"Qan içində"
("İki od arasında"), Cəlil Məmmədquluzadənin "Danabaş
kəndinin əhvalatları",
Yusif Səmədoğlunun
"Qətl günü",
İlyas Əfəndiyevin
"Körpüsalanlar", Fərman Kərimzadənin
"Qarlı aşırım"
əsərləri və
Əbdürrəhim bəy
Haqverdiyevin iki cilddən ibarət hekayələri daxildir.
Hazırda isə Mir Cəlal
Paşayevin dahi Azərbaycan şairi Məhəmməd Füzuli
haqqında yazdığı
"Füzulinin poetik
xüsusiyyətləri" adlı elmi əsəri türkcəyə
çevrilir. Kitabın
M.Füzuli yaradıcılığının
tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi nəzərdə tutulur.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-7 noyabr.-S.7.