“3 gün sizinlə”də
bu dəfə Fatma Mahmudova səhnəyə çıxdı
Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi uğurla davam edir.
Teatrın Mətbuat katibi
Samir Sədaqətoğlu
bildirib ki, bu dəfə layihə çərçivəsində
Azərbaycan Respublikasının
Xalq artisti, Prezident təqaüdçüsü
Fatma xanım Mahmudova ardıcıl şəkildə 3 gün
tamaşaçıların qarşısına çıxıb.
O, E. Sabitoğlu, C. Məmmədovun
“www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli,
M. Haqverdiyevin “Amerikalı
kürəkən” əsərində
Səkinə, Elçinin
“Baladadaşın toy hamamı”musiqili-lirik
komediyasında isə
Zibeydə obrazını
canlandırıb.
Bu səhnə əsərlərində
onun tərəf-müqabilləri
Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova,
Çingiz Əhmədov,
Əkbər Əlizadə,
aktyorlar Məhərrəm
Qurbanov, Nadir Xasıyev,
Ağaxan Şərifov,
Möylə Mirzəliyev,
Rəsmiyyə Nurməmmədova,
Gülnarə Abdullayeva,
Hüseyn Əlili və başqaları olublar.
Hər üç
tamaşa böyük
uğurla keçib, alqışlarla qarşılanıb.
XƏDİCƏ
525-ci qəzet 2017.- 7 noyabr.- S.7.