Arzu Nehrəmlidən yeni kitab: "Unutmağı öyrənirəm"

 

Noyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair, publisist Arzu Nehrəmlinin "Unutmağı öyrənirəm" kitabının və sözlərinə yazılmış mahnıların diskinin təqdimat mərasimi keçirilib.

 

Təqdimatda tanınmış ziyalılar, yazarlar, oxucular media nümayəndələri iştirak ediblər.

 

Tədbir şairənin həyat yoldaşı, Qarabağ müharibəsi şəhidi, təyyarəçi pilot, leytenant Yusif Yaquboğlunun xatirəsinə həsr olunub.

 

Tədbiri giriş sözü ilə açan şair Qəşəm Nəcəfzadə Arzu Nehrəmlinin həyat yaradıcılığı haqqında geniş məlumat verərək deyib ki, onun şeirləri səmimi hisslərin, kövrək duyğuların poetik təcəssümüdür.

 

Tənqidçi Vaqif Yusifli müəllifin "Unutmağı öyrənirəm" kitabından çıxış edərək ümumi yaradıcılığının xarakteristikasını verib. Qeyd edib ki, A.Nehrəmli şeirlərində özünü, öz nakam taleyini qələmə alır bu onu oxucuya bir az da yaxınlaşdırır.

 

Fərqanə Mehdiyeva, Hacı Azadə Taleh, Oqtay Rza, Sayman Aruz, Nuranə Nur, Eldost Bayram, Fəridə Ləman, Kəmaləddin Qədim, Faiq Balabəyli, Kamil Nehrəmli başqaları çıxışı edərək, müəllifi yeni kitabı diski münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

 

Fərqanə Mehdiyevanın sözlərinə Hüseyn Sözlünün bəstələdiyi Təranə Əlixanlının ifa etdiyi "Ağla gəlin" mahnı - videgörüntü xüsusilə rəğbətlə qarşılanıb

 

Tədbir boyunca Arzu Nehrəmli çıxışçılar kitabda yer alan şeirlərdən oxuyublar.

 

Əməkdar artist Nuriyyə Hüseynova, sənətçilər Şəmistan Əlizamanlı, Cavid Hüseynin ifaları dinlənilib, onlar A.Nehrəmlinin sözlərinə yazılmış mahnılar oxuyublar.

 

Sonda tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən, qonaqlara çıxışçılara təşəkkürünü bildirən A. Nehrəmli iştirakçılar üçün kitablarını imzalayıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-7 noyabr.-S.8.