Yarpaq tökümü
və yaxud düşüncələrim...
III hissə
İmamverdi İSMAYILOV
Qazanc - halal, ya haram olsun
- tək sənin deyil. Bölə
bilmirsənsə, böləcəklər...
Hər günahı bağışlamazlar
Elə göz yaşları var ki, gözdən
axır, amma ürəkdən gəlmir...
Belindəki kƏmƏrin deşiyi
qarnından asılıdır
Əyilən qaməti kim gəlib düzəldəcək?
Yanındakını çox yorma - tənha qalarsan
Vərdişləri birdən-birə
tərgitməyə öyüd-nəsihət kar etməz
Yüyrək yeridiyin kimi, yüyrək də danışma
Dişin
dibindən çıxan
Söz çürük
olar
Elə səhvlər var ki, ömür boyu boğazından xalta kimi sallanar,
səni gözüqırpıq
və gözükölgəli
edər
Evə gətirdiyin ÇörƏk
Taleyin qazancıdır
Hərkəs mənsəb sahibi
olanda, heçdə dəyişməz qala bilmir
Ayağını yerə qoy, görüm hara gedirsən, atam balası?!
Ölüm ayağındakı Müdriklik
kimə lazımdır?!
Gözün suyu burnun suyu kimi çirkli
ola bilməz
Harınlıq ayağın altını
örtür
Ya ağla, ya gül
- adam var
ki, onun üçün fərqi yoxdur
Nə gözünü döy, nə özünü öy
Həyətindəki xoruzun banlaması elə dörd divarın arasında da qalacaq
ŞöhrƏt - yaxşı şeydir,
ancaq onu qazanan ondan qoruna
bilmir
Oğurluq bəlası, tamah
hissi gözdən
başlayar
Dolu ağzını marçıldadma,
yanındakı boş
mədəni qıcıqlandıracaq
Elə şeylər var ki, o sənin taleyinə yazılmayıb,
axtarıb özünü
yorma
Dil yerindən çıxmasa,
çox pərdələr
yırtılmaz...
Mədəsi ac olan ürəkli
ola bilməyəcək
Ağzındakının dadını səndən yaxşı bilən olmayacaq
Nazı
onu başa düşən şəxsin
yanında edəndə
- qiymətləndiriləcəksən
Elə yeriş var ki, uzaqdan hər
şeyi büruzə verir
Üzündən tökülən toxluq
ola bilər
ki, içindən gəlmir
Qırx
gün söhbəti müqəddəsdir və
həm də hər sahədə sınaq müddətidir
Qaldıra bilmədiyin yükü
qoy yerində qalsın
Xoşbəxtliyin və ya bədbəxtliyin uğrunda
vurnuxanda bil ki, bu, sənin
iradəndən kənar
söhbətdir
Elçilikdə dediyin "Allah xoşbəxt
eləsin!" kəlamının bəzən əzabını
da çəkməli
olursan
Mızıldama, sızıldama , inildəmə!..
Danışmazdan qabaq özünə
qulaq asmağı da bacar
Dünyaya gətirdiyin övladın
adını sən qoysan da, Taleyini Allah yazacaq
Hər hansı bir məqsədə doğru
sürünməzlər, qətiyyətlə
gedərlər
Ayaq izləri başqasının
ayaqqabısından da
qala bilər, ancaq barmaq izləri
təkcə sənindir...
Elə vərdişlər var ki, el də yığılsa, tərgitdirə
bilməz
Başqasının nə uğuruna, nə də varına həsəd aparmazlar
Kimsəni endirirsənsə, özünü
qaldıra bilməyəcəksən
Barmağın ucundankı iy səni tamsındırar və ... yolundan çıxara
bilər
Sən sevməyi
və sevinməyi necə, bacarırsanmı?
Elə yaxşılıqlar var ki, onun yolunda
yatsan da azdır
Səni
qiymətləndirməyən, sənin hər hansı jestini də qiymətləndirə
bilməyəcək
Hər axşam evin kişisi gələn yolu intizarla gözləyən qadın
çörək tapacaq
və nəvə-nəticə
yiyəsi olacaq
Elə dƏrd var ki,
ona ƏyilmƏsƏn
yaxşıdır
Paxıl
qardaş, paxıl
dost - ən qorxulu düşməndir
İnsanları qovuşduran göz
yaşları müqəddəsdir
Sabah ölüm ayağında
yastığına dirsək
olacaq bir kimsən varsa, bax, ən böyük
həmdəmin odur
Qabağı mən səndən də yaxşı görürəm. Bəs arxanı necə,
arxandakı o baxışları
görə bilirsənmi?
Diriykən qədir bilməyənim, mən
öləndən sonra
qəbrimə gəlib
gülləri düzmə,
ürəyimi üzmə...
Sən öləndən sonra adını əməllərin
daşıyacaq
Tamahın geriyə yolu yoxdur
Qazandığın dəyərləri
hər yerdə xırdalama
Əlini
cibinə qoymaqla cibin dolmayacaq
Baxır
edilən duAlar hansı ağızdan çıxır
İnsanın içini heç çölü
də gizlədə bilmir
Günahkar insan - ölüm
ayağında yaxşı
ölə bilmədiyindən
zarıyır...
Elə dərd var ki,
onu dərman da sağaltmayacaq
Vaxtında dayanmağı və
vaxtında qayıtmağı
bacar - udan sən olacaqsan
Mühit
- qorxulu müəllimdir
Dur get, görüm, səndən
nə danışacaqlar!?
Çörək vermirsən, hələ bir bais də
olursan?!
Elə danış ki, özünü də aldatmayasan
Ayağının altından yer qaçanda, Sən hara qaçacaqsan?
Özünü ora-bura soxursan, barmağını isə
burun-qulağına
Zamanın ölçüləri Dünyanı ovutmaq üçündür
Hər gördüyün yaxşını
danışıb kiminləsə
bölüşmə: düşər-düşməzi
olar...
Nə ayaq səslərini, nə nəfəsini, nə əl izlərini gizlədə bilməyəcəksən...
Hünərli adam dil uzatmaz, əl
uzadar
Hər səsdə bir nəfəs də var
Bir yazını ki, yazan yazıb, kimdi onu pozan!?
Boyundan uca tullansan da,
qəlbindən uca görünə bilməyəcəksən
Ağarmış saçların da rəngini gizlədərlərmi?
Üstünə nə qədər
qar yağsa da, Torpaq altını
dəyişməyəcək, qoruyacaq varını...
Göylərin dərinliyində sonalanıb,
cərgələnib, sıralanıb,
səf tutub gedən quşların ahənginə baxan və baxdıqca heyran olan bəşər
övladı - bir azacıq fikirləşsə,
nəticə çıxarsa
- Dünya yaxşıca
boşalardı, ayrı
düşmüş qəbirlərin
ruhu da dincələrdi...
QƏribi
gəlməyənin həsrətli
gözlərini ölüm
də bağlaya bilmir
Ağlayanda dil deməsən,
selin qabağı açılmaz...
Qol qaldırıb oynayanda ürək atlanar
QalibiyyƏt sənə mƏğlubiyyƏti
də öyrətməlidir
ÇƏmƏn şehi - səhərin göz yaşlarıdır, üstündə
ehtiyatla gəz-dolan
Ayağını yerdən üzən insan hər an, hər saniyə ölümlə üzbəüz durur
Ölümü - o gəlməmiş gözlə və qarşıla...
Soyuqda, sazaqda
iliyim, sümüyüm
üşüyəndə, gəlib qəbrimdə bir ağız ağlayarsan,
mənim gözü selli-sulu,
ağlayan bacım!..
525-ci qəzet.-2017.-7 noyabr.-S.6.