Sərvər
Kamranlı
Soyuqluğu necə yaman üşüdür,
Ağladır ruhumu, ağladır,
Allah!
Atıb
ev-eşiyin o qız gedəndən,
Bağlıdır qapısı, bağlıdır,
Allah!
Asılıb qalmışam dərd
yaxasından,
Özüm də özümə qənim olmuşam.
Hardadı bəxt yazan... tapıb soruşun,
Görün bu taleyi ondan
almışam?
İçimdə oxunmur eşqin nəğməsi,
Yox olub könlümdən sevgili çağlar.
Gəl,
qayıt evinə, ay ev yiyəsi!
Nə qədər evinin divarı ağlar...
lll
Yenə
də yolları geyib əynimə,
Gözüm işlədikcə uzaq gedirəm.
Hələlik dostlarla sağollaşmışam,
Özümdən özümə qonaq
gedirəm!
Ora Vətənimin uca zirvəsi,
Orda ulduzlarda yaxındır yerə...
Orda bir qız ola səni sevəsi,
Hələ gəldiyini yuxuda görə.
...Özümü unudub, bənzəyib yada,
Xəyalım yol alıb, dərəyə, dağa.
Çəkdiyim qayğını qoyub
Bakıda,
Gedirəm kəndimdə uşaqlaşmağa.
lll
Ayaq açıb gözlərim,
düşüb sənin
dalınca.
Göz yaşlarım adını,
axşam yazır
balınca.
Həsrətindən ürəyim,
dönüb dərd
o tağına.
Kədər məni aparıb
salıb qəm yatağına.
Əzab
yorğan əvəzi,
bürümüş məni
boğur.
Gündən-günə əzabım
yeni bir əzab doğur.
... Bu gözlərim, ay Allah,
yaman gəzəyən
olub.
Çıxıb evindən, vallah
qayıtmır, yolda qalıb...
lll
Daha varlığın da məni üşüdür,
Daha buz bağlayıb əlində
əlim.
Bir vaxt danışardı baxışlarımız,
İndi o baxışlar laldı, gözəlim.
Alma yanaqların niyə qızarmır,
Hanı gözlərində gizli baxışlar?
Deyəsən, yamanca peşman
olmusan,
Gözündən boylanır sözlü baxışlar.
Yaman dəyişmisən yaman,
a zalım,
Beləcə tanıya bilmirəm səni.
Nə ola, bu görüş sonuncu olsun,
Özüm də qınaya bilmirəm səni.
lll
Ana ol, balan da
sevgilim olsun,
Əzizlə, qoy sevinc
qəlbinə dolsun.
Küləyin saçına xəfifcə
dalsın,
Sən də saçlarına örpək taxarsan,
Bakı,
sevgilimə yaxşı
baxarsan!
Darıxsa, yol çəkib
gözləri dolsa,
Həsrətim gözündən gülüşü
alsa.
Fikri xəyalımın izində
qalsa,
Dost olub dərdinə şərik çıxarsan,
Bakı,
sevgilimə yaxşı
baxarsan!
Günəşin istisi yandırsa
onu,
Geydirsin günəşə buludlar
donun.
Görsən soyuq oldu, üşüyür canı,
Qəlbini qızdırıb, gün
tək yaxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!
Sərvər
KAMRANLI
525-ci qəzet.-8 noyabr.-S.7.