Bakıda çağdaş Çin rəssamlarının sərgisi açılıb

 

Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarətUlduzlar toplususərgisinin açılışı olub.

 

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva iştirak ediblər.

 

Tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.

 

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib: “Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”. Kolleksiyaçı Con Dodelandı sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırıb.

 

Ulduzlar toplususərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.

 

Sonra qonaqlar sərgi ilə tanış oldular.

 

Şahanə Müşfiq

525-ci qəzet.-8 noyabr.-S.7.