"Baku" jurnalının 10 yaşı Luka Safronovun konsertilə qeyd edildi

 

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov "Baku" jurnalının 10 illiyinə həsr olunmuş solo konsert proqramı ilə çıxış edib.

 

"Baku" jurnalı, Heydər Əliyev Mərkəzi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən konserti izləməyə gələnlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva da olublar.

 

Tədbirdə "Baku" jurnalı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, "Baku" jurnalı 2007-ci ildən Moskva şəhərində rus dilində nəşr edilir. Baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan jurnal Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Jurnalın indiyədək çap olunan nömrələrində Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, nəsillərdən-nəsillərə ötürülən adət-ənənələri barədə ətraflı məlumat verilir. Nəşrdə, ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanın müasirləşdirilməsi daha da inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumatlar verilir, tanınmış insanlarla müsahibələr oxucuların böyük marağına səbəb olur. Azərbaycanın tanınmış şəxsiyyətləri, tarixi, mədəniyyəti, mətbəxi təbiəti ilə bağlı rəngarəng fotolar da dərginin səhifələrini bəzəyir. Oxucular tərəfindən hər nömrəsi maraqla qarşılanan "Baku" jurnalının 2011-ci ildən ingilisdilli versiyası - "Baku International" da nəşr edilir.

 

Gecədə dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov P.Çaykovskinin əsərləri səsləndirilib.

 

1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi tanınır, sevilir. Safronov pianoda çalmağa beş yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib. Dünya şöhrətli violonçel ifaçısı dirijor Mstislav Rostropoviç Moskvada L.Safronovun ifasını dinlədikdən sonra onun gələcəkdə böyük musiqiçi olacağını söyləyib.

 

Gənc pianoçu Luka Safronov Leyla Əliyeva Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərək deyib: "Mən xeyriyyəçiliklə məşğul oluram. Düşünürəm ki, Tanrı mənə bu xeyriyyəçiliyimə görə Leyla Əliyeva kimi bir insanla tanış olmağı nəsib etdi. Biz onunla xərçəngdən əziyyət çəkən uşaqlar üçün təşkil edilən bir tədbirdə tanış olduq. Azərbaycandan çox zəngin təəssüratlar aldım. Ölkəniz elə bir yerdir ki, burada yaşamaq üçün qalmaq istəyirsən. Burada inkişaf gözəllik çoxdur. Azərbaycan gözəl, inkişaf edən zəngin ölkədir".

 

L.Safronovun Bakı konserti yaddaqalan olub. Tanınmış pianoçunun ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-8 noyabr.-S.7.