"Qarabağın səsi" layihəsi
yekunlaşdı
Azərbaycan Milli Konservatoriyasında (AMK) "Qarabağın səsi" adlı layihəyə yekun vurulub.
Final konserti Yunus Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə
İş Adamları Birliyi və Türk İşbirliyi Koordinasion Agentliyi və Milli Konservatoriyanın
birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş
Kərimi çıxış
edərək layihənin
önəmindən söz
açıb, dəstək
göstərən təşkilatlara
təşəkkürünü bildirib. Daha sonra rektor layihə barədə qısa məlumat verib və öz
ata-baba yurdlarından uzaq düşmüş qarabağlı istedadların
bu işdə qazana biləcəyi uğurları diqqətə
çatdırıb.
Konsertdə Azərbaycanın cəbhə
bölgələrindən seçilən
Qarabağdan olan istedadlı uşaqlar, milli musiqi alətləri
və vokal ifaları ilə xalq, bəstəkar və muğamlarımızı
səsləndiriblər.
Sonda bütün
ifaçılara sertifikat
və xüsusi hədiyyələr təqdim
olunub.
ŞAHANƏ
525-ci qəzet 2017.- 9 noyabr.- S.4.