Ana dilimiz üçün layiqli təəssübkeşlik
nümunəsi
PROFESSOR
SƏDAQƏT HƏSƏNOVANIN “DİLİMİZ
MƏNƏVİ KİMLİYİMİZDİR” KİTABI
HAQQINDA QEYDLƏR
Müstəqillik illərində ölkəmizdə dilimizin
zənginləşdirilməsi,
qorunub inkişaf etdirilməsi istiqamətində
xeyli iş görülüb,
dövlət dili statusunun yüksəldilməsi həyata keçirilib.
Bu istiqamətdə görülən
mühüm tədbirlərdən
biri də Azərbaycan prezidentinin sərəncamı ilə
dilimizə dair dövlət proqramının
qəbul edilməsidir.
Qloballaşma dövründə şərəf
məsələsi olan
ana dilinin qorunması hamımızın
ümdə, ən ali vəzifəsi
sayılmalıdır. Türk mütəfəkkirlərindən
biri çox doğru olaraq deyib ki, dil
millətin şərəfidir.
Ancaq şərəfini qoruyan millətlər dünyada ciddi qəbul edilir. Dil olmasa, mədəniyyət
olmaz, mədəniyyət
olmasa, kimlik olmaz, kimlik olmasa,
şərəf olmaz.
Sözsüz ki,
HƏR BİR XALQIN
MÜƏYYƏNLİYİ, ÖZÜNƏMƏXSUSLUĞU
ONUN DİLİ İLƏ TƏYİN EDİLİR.
Ona görə
də hamı, xüsusilə də söz adamları - yazıçı və şairlərimiz ana dilini qorumağı, onun saflığı uğrunda mübarizəni
özünə borc bilməli, onu inkişaf etdirməyi ən ləyaqətli vəzifə kimi qəbul etməlidir. Xalqın milli
şüurunun dillə
bağlılığı, mənəvi-əxlaqi kamilliyin
dildən başlaması
ona diqqət etməyin zəruriliyini göstərir. Azərbaycan dilinin
qədim zamanlardan başlayaraq günümüzə
qədər uzun bir inkişaf yolunda əldə etdiyi uğurlar, onun ədəbi dil formasının mövcudluğu bu dilin müxtəlif üslublarının yaranıb
formalaşmasına və
bugünkü inkişaf
səviyyəsinə çatmasına
səbəb olmuşdur.
Ədəbi dilin üslubları
içərisində bədii
üslubun ön sırada dayanması xalqımızın bədii
dilinin daha zəngin olduğunu təsdiq edən faktlardandır. Ona görə də dildən, xüsusilə də
ƏDƏBİ
DİLDƏN, ONUN ÜSLUB İMKANLARINDAN NƏ QƏDƏR
YAZILSA, YENƏ DƏ AZDIR.
Bu anlamda, filologiya üzrə elmlər doktoru, professor Sədaqət
Həsənovanın yenicə
çapdan çıxmış
“Dilimiz mənəvi kimliyimizdir” kitabı ana dilinin qorunması
və inkişafının
aktuallıq kəsb etdiyini geniş mənbə və faktlarla əsaslandıran,
maraqlı fikirlərlə
zəngin nəşrdir.
Elm inkişaf etdikcə yeni paradiqma və konsepsiyaların yaranması, bir çox mövzular üzrə təkmilləşmiş yeni
fikirlərin
formalaşması təbii
hadisələrdən biridir.
Kitabda belə fikirlərin kəmiyyət və keyfiyyətcə çoxluğu
Azərbaycan dilçiliyi
elminin müxtəlif istiqamətlərdə inkişafını
göstərir. Kitabda fərqli
və ya eyni zamanlarda yaşayıb yaratmış
söz sənətkarlarının
dilimizə münasibəti
xalqa, vətənə
münasibət işığında
müəyyənləşdirilir.
Sədaqət Həsənova “Dilimiz mənəvi kimliyimizdir” kitabında qələmə
aldığı problemlərlə
bağlı poetik örnəkləri araşdırıb,
müqayisəli təhlillər
aparıb.
NİTQ MƏDƏNİYYƏTİ,
ÜSLUBİYYAT
MƏSƏLƏLƏRİ MÜƏLLİF
TƏRƏFİNDƏN TƏHLİL SÜZGƏCİNDƏN
KEÇİRİLİB,
problemlərlə bağlı
fikirlər saf-çürük
edilib, onlardan ən dəqiq və düzgün olanı diqqətə çatdırılıb. Elmi-nəzəri fikirlər göstərir ki, S.Həsənova bu kitabında müqayisəli təhlil və ümumiləşdirmələrlə
kifayətlənməyib, həm
də sənətkarların
dili haqqında düzgün təsnifat aparıb. O, ədəbi
simaların dilinin aydınlığını fikrin
düzgünlüyündə görərək bunu təfəkkür mədəniyyəti
ilə əlaqələndirib.
S.Həsənova böyük mətləblərin
yığcam şəkildə
əks etdirilməsini
hər bir sənətkarın dil məziyyəti kimi dəyərləndirib, ədəbi
dil normalarına uyğun söz və ifadələrin dilin təmizliyində mühüm rol oynamasını faktlarla göstərib. Onun ümumiləşdirmələri
içərisində dilçilik
elminin iki sahəsi kimi qrammatika və üslubiyyatın arasında
bağlılıqlar olsa
da, dilin üslub imkanlarının
qrammatikadan daha yüksəkdə dayanmasını
göstərən fikirləri
diqqəti cəlb edir. Doğrudan da, dilin üslub imkanları onun qrammatik imkanlarından daha çoxdur. İfadə
tərzinin seçkinliyi,
dilə bələdlik
dərəcəsi, sözlərin
yerinə düşməsi,
məqamında işlənməsi
və s. məsələlərdə
şair və yazıçıların fərqi
və rolu istiqamətində aparılan
araşdırmalar, bir
tərəfdən, Azərbaycan
ədəbi dilinin, üslubiyyatının, poetik
linqvistikasının, nitq
mədəniyyətinin dərindən
öyrənilməsinə imkan
yaradırsa, digər tərəfdən ayrı-ayrı
söz sənətkarlarının
dilçilik görüşlərini
müəyyənləşdirir. S.Həsənova hər bir ədəbi simanın üslub göstəricisi kimi onun dil
orijinallığına xüsusi
diqqət yetirir və bunu həmin
sənətkarın özünəməxsusluğu,
seçkinliyi kimi analiz edərək nəzərdə tutulan fikrin özünəxas şəkildə ifadəsini
sənətkarların uğuru
kimi qiymətləndirir.
O, hər bir ədəbi simanın söz, dil haqqındakı
fikirlərini də araşdırır və onlar arasında müqayisələr aparır,
sözlərin forma gözəlliyi
ilə məzmun keyfiyyətinin bir-birini tamamlamasını əsas
məsələ hesab
edir.
Sədaqət Həsənovanın
“DİLİMİZ
MƏNƏVİ KİMLİYİMİZDİR” KİTABI
DİLÇİLİK ELMİMİZƏ MÜHÜM
TÖHFƏ KİMİ DƏYƏRLƏNDİRİLMƏYƏ
LAYİQDİR.
Kitab çağdaş
dövrümüzdə Azərbaycan
dilçiliyi elminə
həm ümumi bir baxış, həm də fərdi dəyərləndirməni
əks etdirir. Tədqiqatçı məsələlərə dərin
diqqət yetirir və belə bir nəticəyə gəlir ki, hər bir sənətkara,
ilk növbədə, onun
dil-üslub keyfiyyətləri
baxımından qiymət
vermək lazımdır.
Çünki xalqın
yaşamı və varlığında əsas
faktor olan ana dili söz
sənətkarlarının qələmində daha da cilalanır, gözəlləşir və
yeni faktlarla zənginləşir.
Müxtəlif tarixi zamanlarda
XALQIN BÜTÜN TƏBƏQƏLƏRİNİN BAŞA
DÜŞƏCƏYİ DİLDƏ YAZMAQ VACİB
MƏSƏLƏ KİMİ
QİYMƏTLƏNDİRİLİB.
Ona görə
də dilimizin təəssübkeşi olaraq
S.Həsənova ədəbi
simalardan danışarkən
onların dil sadəliyini ön plana çəkir, ana dilinin yaşaması,
saflaşması və
təmizlənməsində söz sənətkarlarının
xidmət dərəcəsini
göstərir. Müəllif, bəzi sözlərin işlənmə dairəsi
daralsa da, onların ədəbi dilimizə layiq olanlarının yenidən
ədəbi dilə gətirilməsi, yeni söz və ifadələrin yaranması,
xalq danışıq
dilinə üstünlük
verilməsi
məsələlərində onların rolunu təsdiq edən faktları üzə çıxarır, şair
və yazıçıların
ədəbi dilimizin qoruyucuları olmasının
zəruriliyini əsaslandırır.
Söz sənətkarlarının
leksika zənginliyini dilimizə münasibət
səviyyəsi ilə
bağlayan müəllif onların
dildən istifadə bacarığını dərin
təhlillərlə müəyyənləşdirir,
dilimizə isti ürəklə yanaşıb,
onun sözlərini zövqlə işlədənləri
böyük əməl
sahibi kimi qiymətləndirir. Müqayisə və təhlillər S.Həsənovanın yaradıcılığına
müraciət etdiyi şəxsiyyətlərin dil-üslub
keyfiyyətlərinə dərindən
bələd olduğunu
göstərir. Hər hansı
bir sənətkarın
bütün yaradıcılığına
bələd olmadan onun dili haqqında
belə mükəmməl
fikirlər irəli sürmək mümkün
deyil. Bu baxımdan, S.Həsənovanın
“Dilimiz mənəvi kimliyimizdir” kitabının
ağır zəhmət,
gərgin elmi fəaliyyət və böyük məsuliyyətin
vəhdəti nəticəsində
meydana çıxdığı
aydın olur.
“Dilimiz mənəvi
kimliyimizdir” kitabına
daxil olan qırxa yaxın araşdırmanın hər
birində yeni və orijinal fikirlər özünü
göstərir. Sözü “tükənməz estetik xəzinə” hesab edən müəllif ilk dəfə
“Kitabi-Dədə Qorqud”
dastanının dilində
alqış və qarğışlardan, rənglərin
üslub çalarlarından
danışır, Cəlil
Məmmədquluzadənin dilini
indiyə qədərki
fikirlərdən fərqli
olaraq yeni yanaşma ilə təhlil edir, ədəbi dil mövzusunda yazılmış
kitablarda adı çəkilməyən, lakin
dilimizə özünəxas
töhfələr verən
sənətkarların dilimizdəki
mövqeyini aydınlaşdırır.
“Dilimiz mənəvi kimliyimizdir” kitabı dilçilik elminin problemlərinə maraq doğurmaqla yanaşı, həm də çağdaş dilçiliyimizin bir sıra sahələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Kitabın yaranmasının birinci əsas səbəbi müəllifin mükəmməl Azərbaycan dili müəllimi olması, ikincisi isə onun elmi yaradıcılıqda özünəxas üsluba malikliyidir.
Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Sədaqət Həsənovanın “Dilimiz mənəvi kimliyimizdir” kitabını çox yüksək dəyərləndirir, onu elmi poetikanın, dilçilik və metodikamızın böyük nailiyyəti, uğuru hesab edirik. O, ana dilini sevən hər bir azərbaycanlının stolüstü kitabı ola bilər.
Əbülfəz
QULİYEV
AMEA-nın müxbir üzvü, AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
direktoru
525-ci qəzet 2017.- 11 noyabr.- S.22.