Yarpaq tökümü
və yaxud düşüncələrim...
İmamverdi İSMAYILOV
Edəcəyin yaxşılığın əvəzini
Böyük Tanrı özü qaytaracaq
İşıqdan aldığın qüvvəti
və qüdrəti elə işığa da xərclə
Allahın altında Allahlıq
olmaz!..
Taxıl
biçinindən gəlmək
hələ evə çörək gətirmək
deyil
Açıq qəlbə külək
çox əsər
Dünyanın ən möhtəşəm
sevincini çiçəkləyən
ağaclar yaşayır...
Sözlərini dişlərinin dibində
çürütmə, de gəlsin...
Nübarın tamı damaqda çox qalar
Sonalama,
qismətin nədirsə - odur
Xeyirxahlıq düz başa düşülməyəndə səni köz kimi yandırar
Üzünə-gözünə öyrəşdiyinin yerinə
üzünü-gözünü görmədiyin gələcək. Bəs onda
nə olacaq?
Yaxınınla olan küsülülüyü
tündləşdirmə, qaraldıb
şitini çıxarma
Sınaqlar hər zaman qərəzli olmur
Nə danışığını dəyiş, nə yerişini - kənardan tez bəlli edəcək
Bir belə
göz yaşları Qəlbin hansı dərinliyində gizlənir
görəsən?
ÜrƏk gəlməyəndə dil də gətirmir
Nə qəlbini ovundur, nə özünü aldat
Bir
belə yükü, dərd-səri bir ürək necə çəksin, Allahım?
Simlərdə gəzdirdiyin barmaqların
ürəyimin tellərinə
toxunmasa yaxşıdır...
Bilmirəm nədəndir, elə toylar var ki,
adama ağırlıq,
sıxıntı gətirir,
qəlbinə qüssə
yığır, durub
qaçmaq istəyirsən
İtirdiyin Dostu səndən
soruşacaqlar
Yuxuların həqiqətə çevriləndə
- sevinə də bilərsən, kədərlənə
də
Topların atəşi bir
əldən çıxmaz
Gözlərinin Nuru əriyəndə
bir gün şam kimi sönəcəksən
Bir anlıq ayaq saxla - dilənən və qara çarşablı
qadın sənin Anan deyil ki?..
Hər canlının öz yolu, öz qisməti,
öz çörəyi
var, qarşısını
kəsə bilməzsən
Ölüm hər qapıya
bir cür gəlir...
Zəhərli sözləri dilinin
altındakı qənd də şirin etməyəcək
DƏdƏm qonşusuyla deyib-gülərdi:
"Sən elə tərs-məssəb adamsan
ki, hər şeyin tərsinədir, pul verəndə canın çıxır, danışanda
da pulun..."
Rahat vaxtlarında
buraxdığın səhvlər
bərk ayaqda, çətin anlarında sənin əleyhinə silah kimi işlədiləcək,
sən bunun fərqindəsənmi?
Sözün keçir deyin,
elə pislik etməlisən?!.
Dualarının eşidilməsi üçün
əməlin düz olmalıdır
Yorğanın altından çıxan
ayaqları dartıb yığmaqla gizlətmək
olmaz
Sənin
əlinlə evinə
bir qismət çörək
aparanın - sənin arxanca ya alqışı,
ya da bir
qarğışı var
Müsbət və mənfi insan
söhbəti - ədəbiyyatın
qondarması və boş cəfəngiyyatdır.
Hər insanın içində müsbət və mənfi çalarlar çoxdur. İnsan qəlbi təzadlarla doludur: şəraitə baxır və zamanında üzə çıxır
Sənə olan tərifi baxır kim
söyləyir
Hər hürən it qapını
qorumaq üçün
deyil...
Çəpərdən boylanan qonşu düz əməl sahibi olmaz
Qapını açdılarsa, ağzında
dayanma
KƏdƏr və ehtiyac adamın
boynunu əyər, imkan və vƏzifƏ
isə şux və tox göstərər
Hər əldə bir çirk var, hər baxışda bir nəfs
Anam deyərdi ki, kəsiyin çörəyini
kəsməzlər, bala...
Ən yaxın və ən isti münasibətlərdə
belə qızışıb
çox dərinə
getmə, bunun geriyə qayıtmağı
da olacaq bir gün
Səni aparan yollar səni
geriyə qaytaracaqmı?
Baxışlar və zövqlər fərdi olur və heç vaxt üst-üstə düşmür. Başqasına da təlqin etmə!
HƏyƏcan və TƏlƏskƏnlik
məğlubiyyətə rəvac
verər, şərik
olar
Üzünün əvəzinə bığını
qırxacaqsansa, özünü
güldürəcəksən!?.
Sözünün mabədini gətirə
bilməyəcəksənsə, özünün də arxanı qoruya bilməyəcəksən...
Qarşındakının nə düşündüyünü dərk edib qiymətləndirirsənsə, mübarizə və qələbə asan olacaq
Nənəm ölə bilməyən,
ağır can verən
insanı görəndə
deyərdi ki, zalımın balasının
dalında çox qarğış var deyən, belə zillət çəkir...
Başqasını duyğulandıra bilmək
böyük bacarıqdır
Gözləmə ki, bağlı
pəncərəni sənin
əvəzinə gəlib
açan olacaq
Özünü endirib bir də
qaldırmağın nə
mənası var?
Ayağının altında tapdaladığın
hansısa bir canlı ürəyin üstündədir
Min ilin qazancını bircə anın içində itirmək olar...
At üstündə dualar gecdir, yerdəykən tədbirini qıl
Bu dünyada nə rahat həyat var, nə də
rahat insan
Gördüyün yuxular sənə həm də "mesajdır".
Haqqın
dərgahından haqqın
olanda danış!..
İnamsızlar hər yerə şübhə toxumu səpər
Kərənti görən biçənəyin
damarı da qaçar, rəngi də
Düyünlü, qırdınlı odunu yarmaq asandır, nəinki, çətin, tərs-məssəb
adamı başa salmaq
Döngəni dönəndə yada
salmazlar
Sən özünü, öz canını
gəzdirmirsən ki?!
Bir quru can götürüb aparmağa
nə var?
Bütün nəsləri və
naqislikləri insan özü gətirib dünyaya
QƏbahƏtlƏ xƏyanƏtin fərqi
çoxdur
Elə münasibətlər var ki, üstünə çox getməsən-yaxşıdır
Vaxtından tez banlayan beÇƏnin başını
kəsərlər...
"Qalibiyyət"ini gözə
soxub "alver" etməyin nə mənası?!.
Yetişməyin vədəsi gələndə
yetişmək faydalıdır
İnam
və ümid qırılanda ayaq yeriməz, dil açılmaz
Yolun da qibləsi var, başlayacağın işin də
İntizar üzücü olar
Nə yaxşı ki, qulağının dalını
görə bilmirsən...
Qabar təkcə əllərdə
olmur, insan qəlbində görünməyən
o qədər qabarlar var ki...
Yeriyəndə qıvrıxan adam şübhə toxumu səpər
Elə odlan ki, səni
söndürə bilən
olsun
Hələ bilmək olmaz ki, özünü ağıllı göstərmək
sənə fayda verəcək, ya yox
Qərib yolçu tez bilinər...
HƏsrƏtin sarıdan başqa rəngi yoxdur
Məclisdə çox məsləhət verib özünü yorma, başqasını da bezdirmə
Hər qələbəni hər yerdə qol gücünə qazanmaq olmaz...
Dağın dərəsi olmasa, yelini kim çəkər?!
Axırı vay olan Var - kimə gərəkdir!?.
525-ci qəzet.-2017.-14 noyabr.-S.6.