"Nar
bağı" beynəlxalq festivalda
mükafatlandırıldı
Belarusun paytaxtı Minskdə keçirilən 24-cü "Listopad" Beynəlxalq Kino festivalının nəticələri açıqlanıb.
"Nar bağı" filminin ssenari müəllifləri - İlqar
Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo "Ən yaxşı ssenari" mükafatının
qalibi olublar. Bundan başqa,
filmdə baş rolun ifaçısı Qurban İsmayılov əsas jürinin diplomuna layiq görülüb.
Filmi Minskdə təmsil edən Əli İsa Cabbarov bildirib ki, anşlaqla
keçən film tamaşaçı
reytinqi cədvəlində
də bütün
festival boyu ilk beşlikdə
qərarlaşıb: "Nar bağı" təkcə
ekspertlərinin bəyənəcəyi
festival filmi olmaqla yanaşı, həm də dinindən və dilindən asılı olmayaraq tamaşaçıların ürəyinə
yol tapa bilən təsirli filmdir. Nümayişdən sonra tamaşaçıların
reaksiyasını görəndə
buna bir daha əmin oldum".
Festivalın proqram direktoru İqor Sukmanov isə İlqar Nəcəfin bu filmdəki üslubunu türkiyəli rejissor Nuri Bilgə Ceylanın rejissor tərzi ilə müqayisə edib.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2017.-14 noyabr.-S.7.