Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
MİLLİ HARS UĞRUNDA
MÜCADİLƏ
Kommunist sisteminin Azərbaycan milliyyətpərvərliyi
ilə məfkurəvi bir mücadilədə olduğunu
biliyoruz. Bu
xüsusda şair Hüseyn Cavid bəyin əsərlərinə
qarşı açılan “mətbuat səfəri” ilə
Qarayevlərlə Axundovların sovet kürsüsündən
vüqu bulan “nitq bombardmanlarını” keçən nüsxələrimizdə
xəbər vermiş, Bağırovun da maarif və məktəb
cəbhəsində türk millətçiliyinin mütəcaviz
bir vəziyyətdə olduğundan bahis sözlərini nəql
etmişdik. Məfkurəvi vasitələrlə
milli-demokrasi cərəyanına, istiqlal ruh və davasına
qarşı mücadilədən aciz qaldıqlarını
görən cəlladlar müəssir ədd etdikləri yeganə
silahlarına müraciət etmiş, münəvvər gəncliyə
qarşı zəcri tədbirlər almağa
başlamışlardır. Yüzlərcə həbslər,
hesabsız nəfylər, qaranlıq budrumlardakı şeytani
işgəncələr - iştə qəlbini milliyət və
istiqlalına rəbt edən Azərbaycan türk gəncliyinin
qızıl rus hökumətindən gördüyü
müqabilə!
Fəqət bu müqabilənin yol almış bulunan bu
böyük cərəyanı kəndi məcrasından
döndərmiyəcəyi bizcə mühəqqəqdir. Daima zikr
etdiyimiz bu qənaəti qüvvətləndirən yeni vəsiqələr
aldıq. Son günlərdə məmləkətdən
aldığımız pək mühüm məktublarda Azərbaycan
cəmiyyətinin səmimi dərinliklərində cərəyan
edən şanlı mübarizənin çox mühəyyic
vaqeələri zikr olunur. Biz bu vaqeələri
bütün ənənə və xüsusiyyətləri ilə
qeyd və təsbit etmək imkanından məlum səbəblərə
görə məhrumuz. Vaqeənin
vüsüqunu təyid edən şəxs və məkan
zikrində çox kötüm davranmaq zəruriyyətində
bulunmamız əlbəttə təqdir olunur. Məəmafiə söyləyə biləcəyim
vaqeə belə mübarizənin qiymət və mahiyyəti
haqqında mücməl də olsa bir fikir verə bilir.
lll
“Komsomol” və “pioner” təşkilatının bilxassə
türk gəncləri arasında kafi dərəcədə rəğbət
görmədiyini kommunist mətbuatı dəfələrlə
qeyd etmişdir. Eyni zamanda, bu mətbuatdan gəncliyin
müxalif cərəyan təsiri altında
qaldığını təyid edər vəqayei də
öyrəniyoruz. Məktəblilər arasında
müxtəlif nam və ünvanlar altında gizli gənclik təşkilatı
varmış: kommunist gənclər birliyinə qarşı
türk gənclər birliyi, bu birliklərdə milli məfkurə
tərvic olunuyor.
Keçənlərdə bu təşkilata mənsubiyyətləri
kəşf olunan bir qaç tələbəyi məktəbdən
tərd eləmişlərdir. Sovet hökuməti
duyduğu bu “təhtülərz” cərəyana qarşı
da həbs, tərd və “təmizləmə” ilə
qarşı qoyuyor. Məktəbdən ixrac və
“Çeka”ya cəlb olunan gənc bir tələbənin
xilası üçün bir kommunistin vəsatəti ilə
Ağamalı oğluna (icra heyəti rəisidir) müraciət
edildiyi zaman o:
Bu adam qatil deyildir ki, əfv edəyim,
xırsız deyildir ki, buraxdırayım. Bir kərə
düşününüz bu adam
müsavatçıdır. Müsavatçı nasıl əfv
olunur! - deyə cavab vermişdir!
Öylə ya, bu “amansız düşmən”in təsiri
müdhişdir. Çünki ona ətf olunan məfkurə
həyatidir. Milliyət duyğusunun gənc ruhlara təlqin
etdiyi ilham böyükdür!
İştə
bir misal: Bakı məktəblərindən birində
asılı bulunan divar qəzetəsinə tələbənin
biri bir şeir yazmış. Mövzu gözəl bir qız təsviri:
gözlər mavi, yanaqlar qırmızı, çarşaf
yaşıl. Təsvirdəki rənglər
müfəttişə şübhəli gəlmiş.
Çocuğa:
- Bu nədir
yazmışsan? - deyə sormuş.
-
Duyğumu yazdım, - deyə cavab vermiş.
- Nədən
oraq və çəkic haqqında bir şey yazmıyorsanə
- Oraq və
çəkic mənə ilham vermiyor! - demiş.
“Oraq və
çəkic”dən ilham alamayan bir tələbənin sovet
hesabına TƏHSİL görməsi caiz görülməmiş,
ilhamını milli rənglərdən alan
kiçik şair məktəbdən tərd olunmuşdur.
lll
Milli hökumət dövründə türkləşmiş
bulunan məktəblərdən çıxan tələbənin
miqdarı getdikcə artıyor. Yeni yetişən bu
münəvvər kadrosu darülfünunun türkləşməsi
ilə idarələrin milliləşdirilməsini ciddiyyət
və hərarətlə tələb ediyorlar. Təkrarla verdikləri vədələrə rəğmən
bu iki cəhəti ehmal edən sovet hökuməti kəndisini
gündən-günə köpürən nifrət və
müxalifət qarşısında buluyor. Bu müxalifət ünsürlərini azaltmaq məqsədi
ilə bolşevik hökuməti milliləşmiş məktəblərdən
bir qismini qapamaq çarəsinə əl atmışdır.
Məsələ Şəkidə bir qız və
bir ərkək məktəbi qapadılmışdır.
Gəncədə dəxi bir orta türk məktəbi
bağlanmışdır. Bakıda təsərrüf
məqsədilə birləşdirilən və qapadılan
türk məktəblərindən mahda yalnız
“işçi fakültəsi”ndən üç yüzdən
ziyadə türk tələbə dışarı
atılmışdır. Bu atılanlardan
bir çoxunun “komsomol” təşkilatına mənsub
olduqları şayani-diqqətdir. Bunların
kommunist olsalar da, türkcə olaraq təhsil görmüş
olduqları və qəzalardan gəldikləri
üçün ruscadan zaif olaraq ruhən də rusçuluq əleyhində
bulunduqları qovulmalarına ən böyük bir saiq
olmuşdur. Məktəbdən qovulan bu tələbələr
icra etdikləri böyük bir nümayiş əsnasında
maarif komissarını təhqir eləmiş, komissar
müavininin üzünə qarşı:
- Siz
rusçuluq siyasətinin ajanlarısınız. Bizi ruslaşdırmaq istəyirsiniz - deyə
hayqırmışlar, kəndisini təədid etmişlərdir.
lll
“Təmizləmə”
yalnız tələbə arasında deyildir, “milli təhlükə”nin önünə keçmək
üçün şimdi meydana yeni bir şüar atılmışdır:
- Kommunist
olmayan müəllim olamaz!
Bu şüarı həyata tətbiq etmək üzrə
müəllimləri “saf-çürük” ediyorlar. Azərbaycanın
məşhur şairi Hüseyn Cavid bəy Mirzoyanın məruf
bəyanatına rəğmən müəllimlik səlahiyyətindən
tərd edilmişdir. Digər şair
Ə.Cavad bəy də bir çox yerdə müəlllim ikən
şimdi yalnız bir məktəbdə tədris ediyor.
Məsləklərində məruf qədəmli bir
çox türk müəllimlərinin də hərbiyyə məktəbində
dərs vermələri mən olunmuşdur.
Azərbaycan
Maarif Komissarlığı macar professorlarından Masaruş ilə
Köprülüzadə Fuad və s. professorlarla Azərbaycanda
dərs vermələri üçün müqavilə
bağlamışdı. Bu müqavilələr
şimdi yırtılmışdır. “Zarya
Vostoka” qəzetində görüldüyünə nəzərən
bolşevik rəislərindən Orconikidze “Müsavat firqəsi
yaşayırmı, Azərbaycanda milliyyətçiliklə
nasıl mübarizə etməlidir?” mövzuları üzərinə
söylədiyi nitqində əz cümlə bu məsələyə
yanaşaraq “bütün müəllimləri milliyyətçi
olan Azərbaycanda bu professorların verəcəyi dərs
milli ruhu daha ziyadə təqviyə edər” - demişdir.
Azərbaycan Ali Pedaqoji İnstitutu sırf türkcə dərs
verilir bir məktəb idi. Şimdi bu məktəbin
istiqlalı ilğa olunaraq rus professorlarının təəd
idarəsində olan darülfünuna bir şöbə
olmuşdur. Biltəb' dərslərin qismi
küllisi də rusca verilməyə
başlanmışdır. Əzcümlə
Türkiyədən dəvət olunaraq gətirilən
müqtədir müəllimlərdən Xəlil Fikrət bəyin
Berlinə əzimətindən bilistifadə bir daha geri gəlməsinə
müsaidə edilməmişdir. Zatən Fikrətin Azərbaycandan
“tərdi üçün Moskva nəzdində kaç dəfə
təşəbbüs edilmişdi. Şoven rus
professorlarının müraciətlərini nəzərə alan Moskva yalnız Xəlil Fikrət bəyi Azərbaycandan
təbidlə qalmamış, onun türkcə olaraq təqrir
etdiyi psixoloji və bədiiyyat dərslərini də rus
professorlarına vermişdir.
lll
Kommunist məfkurəçilərinin Cavid-Cavad-Cabbar
selayəsi üzərində duran bugünkü Azərbaycan ədəbiyyatının
əleyhində olduqlarını bilirdik. Məgərsə
“proletar ədəbiyyatının təsisinə bir
dürlü müvəffəq olamayan bu züpbələr
yalnız bir novünün deyil, ələlitlaq milli ədəbiyyatın
əleyəindədirlər. Azərbaycan Pedaqoji
İnstitutunda mövcud xüsusi “lisan və ədəbiyyat
fakültəsinin” ilğası üzərinə kəndisinə
müraciət edən tələbəyə maarif komissarı
müavini və pedaqoji institutu müdiri Məhəmmədzadə
Cəlil:
- Bizə
ədəbiyyat lazım deyil, mövcudundan bezar ikən yeni milli
ədəbiyyatımı yetişdirəçəyizə
Yola gəlməsəniz institutu tamamilə qaparız -
demişdir.
Bütün bu vaqeələr Ruhulla Axundovun maarif
komissarlığına təyin olunduğu xəbərini əlavə
edərsək türk hars (mədəniyyət) və ürəfasına,
bolşevikləri çox əndişəyə
düşürən milliyyət ruh və cərəyanının
qüvvətlənməsinə qarşı Azərbaycanda
ciddi bir mücadilə cəbhəsi
açıldığına HÖKM etməliyiz.
Axundov “milli hars”ı inkar edən bir müfrət milliyyətçiliyə
qarşı draqon qanunlarının tətbiqini tələb edən
bir qəddar və rus istilasına təhəmmül göstərməyən
mücahidlərə qarşı “amansız hücum” tələb
edən bir xunxardır.
Mustafa Quliyevin böylə bir zatilə təbdili
şübhəsiz türk hars və ürfanına
qarşı bir reaksioni, milli ruh və cərəyan əleyhində
tətbiqi düşünülmüş yeni bir planı
göstərir.
Azərbaycan
istiqlalının müstövlülərin kinli çizmələri
altına düşdüyü bu məşum gündə
intiqam HİSSİ İLƏ TƏCDİD, ƏHD edərkən,
türk harsının düçar olduğu təcavüz və
türk ruhunun məruz qaldığı təərrüzi dəf
üçün enerjilərimizi birə on artıralım, atəşin
və müqəddəs bir HƏMLƏ İLƏ mücəhhəz
azəri türk gəncliyinin bu kimi tədbirlərlə
doğru yoldan şaşmayacağını göstərəlim,
düşmənləri məyus, dostları şad edəlim.
Yaşasın
Azərbaycanın atəşli gəncliyi! Yaşasın
istiqlal!
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya” məcmuəsi
27 nisan
(aprel) 1927, N10(84)
MÜHÜM
BİR KONFRANS
Xəbər
aldığımıza görə, bir müddət əvvəl
Parisdə milliyyətçi Qafqasiya, Ukrayna və Türkistan
və Şimali Qafqasiyalıların iştirakilə vüqu
bulmuş böyük bir ictimada Rəsulzadə Məhəmməd
Emin bəy tərəfindən “Panturanizm və Qafqasiya”
mövzuunda bir konfrans verilmişdir.
Bir
müddət əvvəl Zarevand tərəfindən pək də
sağlam olmayan faktlara müstənidən və subyektiv
mülahizələrlə yazılmış və Parisdə
intişar etmiş “Türkiyə və Panturanizm” nam
kitabın ehtiva etdigi fikirlərin rəddü-cəhr və tənviri,
eyni zamanda, bu gün kəndi istiqlalları üçün
Rusiya imperyalizmilə mücadilə halında bulunan Qafqasiya
millətlərinin bu məsələlər müvacehəsində
nə kibi bir vəziyyət alacaqlarını təsrih məqsədilə
verilmiş olan bu konferansında Emin bəy Moskva mətbuatının
ötədənbəri Qafqasiya, Ukrayna və
Türküstanlıların Rusiya imperyalizminə qarşı
alacaqları müttəhid cəbhədən əndişə
edərək bilxassə Qafqasiyalıları Panturanizm heyulasilə
və başda Türkiyə olmaq üzrə imperyalist
türkçülüklə təhdid etdigini qeyd etmiş və
məsələyi səthi görərək bir çox sui-təfsirlərə
yer verən rus əfkarı-ümumiyyəsinin panturanizmi
Moğolların tarixi fütuhatına bənzər bir təhlükə
kibi tələqqi etdiklərinə işarət etmişdir.
Türkçülük
nəzəriyyatçılarından Ziya Gök Alpın əsərlərindən
misallar gətirmək surətilə panturanizm və
türkçülük məfkurəsinin mahiyyətini şərh
və təhlil edən Emin bəy Ziya bəyin
türkçülük haqqındakı fikirlərinin ruslar tərəfindən
nasıl təhrif və nə şəkildə
anlaşıldığını izah etmiş və bu gün
müxtəlif yerlərdə mövcud türk
xalqlarının panturanizm ideyası arxasınca qoşmaq
degil, kəndi istiqlalları uğrunda cidala
atıldıqlarını qeyd etmişdir.
Emin bəyə görə realist siyasiyunlar bu gün
panturanizm fikirlərindən tamamilə uzaq bulunuyorlar. Romantik
panturanizm fikri, vaxtilə kəndini göstərən panslavizm
kibi bir fikir olaraq mövcud olmuşdur.
Fəqət panturanizm ideyası nasıl nəticə
etibarilə Çexlər kibi ayrı-ayrı təşəkküllərin
istiqlal fikrinə müncər olaraq həqiqi bir şəniyyət
oldusa, tıpkı onun kibi müxtəlif şərait təhtində
yaşayan və mənafe etibarı ilə müxtəlif olan
türk xalqları da panturanizm üçün degil, müstəqil
bir mövcudiyyət olmaya çalışıyorlar.
Bu surətlə sözü kəndi istiqlalı
üçün Rusiya imperyalizmi ilə mücadilə edən
Azərbaycana keçirirkən Emin bəy, Azərbaycan
xalqının daha çox zaman əvvəl Qafqasiya birligi məsələsinə
sədaqətlə baxdığını və istiqbalda belə
bu fikrindən vaz keçmiyəcəgini qeyd etmişdir.
Emin bəy
konferansını “Gərək Qafqasiya, gərəksə
Ukrayna və Türkistanlılar uydurma panturanizm təhlükəsinə
qətiyyən inanmamalı, hala gözümüzün
önünə mənhus bir kabus kibi tikilən Moskva (rus)
istilasını görməli və bunun əbədi olaraq
izaləsi üçün müştərək qüvvətlə
və müttəhid bir cəbhə ilə
çalışmalıyız” sözlərilə bitirmiş
və gurultulu alqışlarla qarşılanmışdır.
Məzkur
Konferans Parisdə müntəşir “Promete” məcmuəsində
dərc edildigi kibi Ukrayna milliyyətçilərinin
naşiri-əfkarı olan “Trizub” məcmuəsində dəxi
intişar etmişdir.
“Odlu-Yurd”,
28 Mayıs 1930, ¹ 16
Rəddü-cəhr
- rədd səsini ucaltma
Təsrih
- aydınlaşdırmaq
Şəniyyət
- biabırçı, pis
RƏSULZADƏ
M.EMİN BƏYİN BİR ƏSƏRİ
MÜNASİBƏTİLƏ
Bir qisim rus mühacir qrupu nəşriyyatı və
bunlara yardımda bulunan bəzi erməni mühərrirlərinin
bir müddət əvvəl rus xalqının milli hissini bir
parça qıcıqlamaq və Azərbaycan istiqlal hərəkatını
bir panturanizm hərəkatı kibi göstərmək və
bu surətlə istiqlalları üçün
çalışan digər Qafqasiya millətlərini bir
parça qorxutmaq məqsədilə bir panturanizm məsələsindən
bəhs etdikləri məlumdur. İlk əvvəl Hondkaryan, Kerenski
məqalələri və bilxassə Zarevandın “Panturanizm və
Türkiyə” ünvanlı kitabında ortaya atılan bu
demağojik fikirlərə vaxtilə bu məcmua səyifələrində
M.E.Rəsulzadə tərəfindən sərih və müsbət
cavablar verildigi və yalnız bununla iktifa edilməyərək
yenə Rəsulzadə M.Emin bəy tərəfindən 1930-un
martında Parisdə Ukrayna, Türkistan və Qafqasiya
istiqlalçıları müməssillərinin iştirakilə
vüqu bulmuş müəzzəm bir toplantıda “Panturanizm və
Qafqasiya məsələsi” mövzuunda bir konfrans verildigi xatirlərdə
olsa gərəkdir. Məzkur Konferansın
ümumi əsərləri haqqında məcmuəmizin
Mayıs nüsxəsində (sayı 16) məlumat
verilmişdir.
Qafqasiya
İstiqlal Komitəsi M.Emin bəyin cavab məqalələrini
və Konferansının Ümumqafqasiya işləri
üçün haiz olduğu əhəmiyyətindən
dolayı və bitərəf zəvatın vəz edilmiş məsələlər
haqqında heç bir təsirə qapılmadan sağlam və
müstəqil bir fikir edinmələri məqsədilə
rusca olaraq ayrıca bir kitab halında “Pantu-ranizm haqqında”
ünvanı altında nəşr etmişdir.
Kitaba ayrıca olaraq sabiq Gürcüstan Cümhuriyyəti
rəisi-cümhuru və gürcü Menşevik firqəsi
lideri N.Jordaniya tərəfindən qiymətli bir müqəddimə
yazılmışdır.
Kitaba
alınmış məqalələr vaxtilə məcmuəmizdə
dərc edildigi və Konferans haqqında yenə məcmuədə
məlumat verildigi üçün şimdilik yalnız kitaba
N.Jordaniya tərəfindən yazılmış müqəddiməyi
əhəmiyyətindən dolayı eynən veriyoruz:
Azərbaycanın məruf mühərrirlərindən və
Azərbaycanın böyük demokratik firqəsi olan “Müsavat”ın
lideri M.E.Rəsulzadənin panturanizm haqqında qələmə
almış olduğu kitabı heç şübhəsiz,
müsəlman dünyasının inqilabilə əlaqədar
olan hər şəxs üçün şayani-diqqət və
qiymətli bir əsərdir. Bu kitabla biz ilk dəfə
və ilk əldən türk xalqları arasında mövcud
fikri cərəyanlar və bunlardan kəndi harsı və
hürriyəti üçün mücadiləyə atılan
və bu işdə ön ayaq olan mübarizlərin siyasi
proqramları ilə aşina oluyoruz. Müəllif
fövqəladə vüzuh və böyük bir istedad və
məsələdəki dərin vüqufilə bu cərəyanları
şərh ediyor və bu cərəyanları xiristian aləmində
görükən müməsil cərəyanlarla münasibətə
gətirmək surətilə karii cahan harsının vəhdəti
kibi qiymətli bir nəticəyə isal ediyor. Şimdi anlaşılıyor ki, Qərbin bu vaxta qədər
anlayamadığı Şərq tıpkı Qərbin
yürütdügü inkişaf yolları üzərindən
yürüyor və gec də olsa heç bir tərəfə
sapmadan Qərbin Avropa ictimai və siyasi şəkillərinə
gəlmədən əvvəl milli və siyasi fikir sahəsindəki
təkamülünü adım-adım təqib ediyor. Türkiyə dövlətinin Avropa mədəniyyəti
təməlləri üzərində yenidən təşəkkül
etməsi heç də bir-iki şəxsin keyfi nəticəsində
hüsula gəlmiş əsasdan məhrum bir təşəkkül
degil, bəlkə Türk millətinin bu yeni dövrə təqəddüm
edən tarixi dövrünün tamamən qanuni və tarixi bir
zərurətin nəticəsidir.
Xiristiyan təfəkkürü Türkiyə dövlətinin
dini əsaslar və panislamizm təməli üzərində
müəssis olmaq surətilə bir mövcudiyyət göstərməsi
fikrini bir türlü qəbul və həzim etmiyordu. Fəqət
unutuyorlar ki, papalara tabe bulunan Avropa dəxi bir zamanlar eyni dini əsaslar
üzərinə müəssisdi. Şərq
və Qərb kəndi yeni tarixlərini eyni surətlə dini
soltanın hakimiyyəti əsası ilə
başlamışdır, yalnız şu fərqlə ki, Qərb
bu dini hakimiyyət dövrəsini Şərqdən daha əvvəl
yaşamışdır. Pankatolisizm daxildən
reformasyon və ixtilallarla təxrib edi-lirkən panislamizmdə
hüsula gələn təxribat xaricdən hərb və
qiyamlar və tədricən bir çox millətlərin xilafət
mərkəzi olan Türkiyədən ayrılması surətilə
oldu ki, nəticədə Türkiyənin milli bir dövlət
şəklində ortaya çıxmasına səbəb oldu.
Bu tarixi vaqeələr heç şübhəsiz fikri cərəyanlar,
qənaətlərin çarpışması milli inkişaf
yollarının məfkurəli bir tərzdə aranması
keyfiyyəti təqəddüm etmişdir.
Məzkur kitabın müəllifi bütün bu fikri cərəyanların
səfahəti ilə aşina etməklə bərabər bizə
tarixin nasıl təkərrür etdigini müsəlmanlarla
xiristian fikri cərəyanları arasında mövcud
münasibəti göstəriyor. Pangermanizm, panislavizm,
nasyonalizm nə isə panislamizm, pantürkizm dəxi
bunların müsəlman zəmini üzərində təşəkkülündən
başqa bir şey degildir. Müəllif
bütün bu cərəyanları sıxı bir təhlilə
tabe tutaraq bütün bu “pom”ları ataraq yalnız real və
sağlam bir fikri cərəyan olan türkizmi qəbul ediyor.
Bu türkizm kəndi beynlərində yalnız
harsı bir rabitə mühafizə edən bir çox
türk döv-lətlərinin əsasını təşkil
edər.
Bu tərzdə çıxarılmış bir nəticə
xiristiyan millətlərin tarixi vetirəsi və milli
inkişafının rəvişinə tamamilə təvafuq
ediyor.
Müsəlman dünyasının bu müəzzəm
intibah dövrü və onun bəşəri mədəniyyət
aləminə iştirakı kəndinə sol namını verən
rus mühacir mətbuatının bir qismini yerindən
oynatmışdır.
M.E.Rəsulzadənin bu kitabı da böyük harsı
bir məsələyi “əski vəziyyətin mühafizləri”
nöqteyi-nəzərində təfsir edən bu mühafilin təərrüzlərinə
verilmiş bir cavabdır.
Hər hankı bir şəkil və ruhda olursa olsun
imperyalizm hər zaman bir illətlə məlul olmuşdur ki, o
illət də tarixi korluqdur. Tarix onların əleyhinə
olaraq kəndi yolunu qət etməkdədir. Olacaq olan şey mühəqqəq olacaqdır.
Əsil və həqiqi demokrasinin vəzifəsi
tarixin seyrini səmimi və doğru olaraq qəbul etmək və
onun seyrini normal ictimai münasibətlər məcrasına
sövq etmək surətilə ona tabe olmaqdır. Bilcümlə millətlər hüquqda müsavat
prinsipi üzərində və sülh müsalimət
içərisində yaşamalıdırlar.
Son tarixin amir bulunduğu şey mütəqabil
mücadilə, imha, təzyiq, tabe qılmaq degil, mütəqabil
hörmət, yek digərini tanımaq, sərbəst və
gönüllü münasibət, harsı rəqabətdir. Sovetlər
İttihadının əsirlər sürən uyqudan sonra nəhayət
oyanan müsəlman xalqı bəşəri hərəkətə
sarı addımlarla qatılmağa çalışıyor və
mədəni millətlər ailəsinə daxil oluyor. Beynəlmiləl demokrasi qonşuları olan digər
xiristiyan xalqlar ilə eyni dərəcədə onları
yalnız səmimi bir tərzdə qarşılar və onlara
xoş gəldiniz deyə bilir.
“Odlu-Yurd”,
təşrini sani (noyabr) 1930, ¹ 22
Vüzuh
- aydınlıq
Mümasil
- oxşar
Kari - dəyərli
İsal -
çatdırma, çatma
Təqəddüm
- irəli keçmə, ötmə
Vetirə
- üslub, qayda, yol
Rəviş
- gediş, cərəyan, hərəkət
QİYMƏTLİ
BİR ƏSƏR
Azərbaycanda
bir qaç sənəlik müdərrisligi əsnasında Azərbaycan
ürfan həyatına ciddən məşkur hizmətləri
toxunmuş möhtərəm İsmail Hikmət bəyin
Bakıda Azərnəşr tərəfindən
basılmış “Azərbaycan ədəbiyyatı tarixi”
namilə iki cildlik yeni bir əsəri intişar etmişdir.
Hikmət bəy bu qiymətli əsərilə həqiqətən
Azərbaycan ədəbiyyatında ötədənbəri
hiss edilən mühüm bir boşluğu doldurmuş oldu. Vaqiə bundan əvvəl Azərbaycan ədəbiyyatı
tarixinə aid əsərlər vücuda gətirilməmiş
degildi. Fəqət bütün bu vadidəki
əsərlərin bir qismi təzkirəçilik çərçivəsindən
xaricə çıxmamış, digər qismi də əxilləri
tərəfindən tədvin edilmədigi üçün təlifində
elmi bir metod, elmi bir təsnifə tabe tutulmamış və
sistematik bir əsər olmaqdan ziyadə birər materyal olaraq
qalmışdır. İştə Hikmət bəyin
kitabı bu vadidə ilk dəfə olaraq elmi metod və təsnifə
tabe tutularaqdan vücuda gətirilmiş yeganə toplu bir əsərdir
(əsasən 3 cild olacaq bu əsərin şimdilik yalnız 2
cildi intişar etmişdir). Bu
xüsusiyyətindən dolayı qiyməti bir qat daha artan bu
mühüm əsəri təqdirlə qarşılamaq hər
azərbaycanlı üçün bir vəzifədir.
“Azərnəşr” tərəfindən Azəri şivəsinə
çevrilmək kibi yapılan ufaq bir tədilatdan sonra
basılan əsərə müəllif kiçik bir müqəddimə
ilə başlıyor. Bu kiçik müqəddimədə islamiyyətdən
əvvəl və sonra türklərin iranilərlə tarixi,
ictimai münasibətlərindən, mütəqabil təsirlərindən
bəhs edilərək bu iqtisadi, ictimai, harsı amillərin
tövlid etdigi mümasilət və münasibətləri
daha iyi tədqiq etmək məqsədilə tarixi bir
görüşə ehtiyac olduğu söyləniyor. Ələlümum türk ədəbiyyatını
qövmi, dini və elmi cərəyan kibi 3 böyük qismə
təfriq etmək surətilə müəyyən bir təsnif
qəbul edən Hikmət bəy bu əsərində eyni təsnifə
tabe qılmışdır. Nitəkim əsərdə də
müqəddiməyi mütəaqib Oğuzların İran, Azərbaycan
və Anadoluya yayılmaları və buralarda hökumət təşkil
etdikləri tarixdən etibarən bu dövr tədqiq edilərək
bu dövrdən başlayan Oğuz ədəbiyyatı
qövmi, dini və elmi olmaq üzrə 3 böyük qismə
təfriq ediliyor. Müəllif ayrı-ayrı
bu cərəyanlar haqqında ufaq bir məlumat verdikdən
sonra əvvəla qövmi cərəyanın tədqiqinə
keçiyor. Bütün türk qəbilələrinin
ən təbii və ən əsil ədəbiyyatlarını
təşkil edən bir cərəyan olmaq üzrə göstərilən
bu qövmi cərəyanın xarakteristik nöqtələri
bilxassə xalqiyat əsasları gözəl surətdə tədqiq
edilmişdir. Bu vücuda gəlmiş ədəbi məhsullar
növ etibarilə təsnif edilərək doğum şərqiləri,
çocuq məniləri, eşq şərqiləri, şikəstələr,
bayatı, qoşmalar, izdivac şərqiləri, şərqilər,
ölüm şərqiləri, mövsüm şərqiləri,
qəhrəmanlıq hekayə və şərqiləri, tarixi
hekayə, oyun rəqs və sairə kibi növlər göstərilmiş
və bütün bu növlərə aid zəngin misallar zikr
edilmişdir. Bu misallar miyanında bilxassə
müəllifin müxtəlif kütubxanələrdə
bulduğu orjinal parçalar şayani diqqətdir. Bu surətlə qövmi cərəyan ədəbiyyat
məhsulları və bu məhsulları vücuda gətirən
ictimai, iqtisadi, tarixi amillər tarixi bir görüş şəklində
tədqiq edildikdən sonra dini cərəyana keçiliyor.
Dini cərəyan ədəbiyyatı məhsullarını
yenə eyni şəkildə tarixi bir görüşdən
sonra tədqiq edən müəllif artıq bu qism daxilində
şairləri sırası ilə təhlilə
başlıyor. Həsən oğlundan başlamaq surətilə
XVIII əsrə qədər bütün Azəri şairləri
təhlil edilmişdir. Sənət, lisan,
zehniyyət, və ədəbi məslək nöqteyi-nəzərindən
yapılan bu təhlillərdə pək çox orjinal və
müfid məlumat vardır. Yalnız şurasını
qeyd edəlim ki, Hikmət bəy “Füzuli”dən və əsərlərindən bəhs
edərkən “Füzuli”nin məlum əsərlərindən
başqa “Söhbətül əsmar” nam yeni bir məsnəvisini
bulduğunu qeyd etmiş və misal olmaq üzrə məzkur əsərdən
bir parça da kitabına almışdır (“Azərbaycan ədəbiyyatı
tarixi”. İ.Hikmət, cild II, səh. 144).
Hikmət
bəyin
Füzuliyə aid olduğunu söylədigi bu məsnəvi
haqqında vaxtilə Emin Abid “Həyat” məcmuəsinə
yazdığı bir məqalədə bəhs etmiş və
bu məsnəvinin Füzuliyə aid olduğunu iddia
etmişdi.
Fəqət Köprülüzadə Fuad bəyin bu
xüsusdakı mütaliəsi bu iddiayı rədd edər
mahiyyətdədir. Fuad bəyə görə bu əsərin
Füzuliyə aid olduğunu göstərən heç bir dəlil
yoxdur (“Türkiyə məcmuəsi”, cild II, səh. 434).
Füzulinin məlum olan sənətkaranə şəxsiyyəti,
nəzim üsuli bu əsərdə qətiyyən mövcud
degildir. Binaənileyh əsasən heç bir mənbədə
zikr edilməyən bu əsərin Füzuliyə istinadı
imkansızdır. Fuad bəyin fikrincə
bu mənzumə Füzuli ilə qabili qiyas olmiyacaq əlaədədə
bir şairə və zaman etibarilə ondan çox sonra gələn
bir dövrə aiddir.
Zənn edərsək Hikmət bəy Fuad bəyin bu
mütaliəsini görmədigi üçün ki,
kitabını bunun intişarından daha əvvəl
yazmışdır. Füzuliyə ətf etdigi əsərin
hankı mənbədən alındığından bəhs
etməmiş və yalnız əsərin mövcud
olduğunu söyləməklə iktifa etmişdir. Hər halda Azərbaycan ədəbiyyat vəsiqələrini
meydana çıxarmaq nöqteyi-nəzərindən
mühüm olan bu məsələnin tənviri şayani-təmənnidir.
A.-T.
“Odlu-Yurd”,
ikinci kanun (yanvar) 1930, ¹ 11
Əxilləri - dostları
Mümasilət - oxşarlıq, bənzəyiş
(Ardı var)
525-ci qəzet.-2017.-18 noyabr.-S.20-21