Yarpaq tökümüyaxud düşüncələrim

 

İmamverdi İSMAYILOV

 

 

Təmənnalı ÇörƏyi mədə həzm etmir

 

Döyülməyən qapıda bƏrƏkƏt olmaz

 

Yetişməyən TövbƏni etməyə tələsmə

 

Ölməyən unudulmayan günahlardır

 

İyrəndirmə, öyrəndir

 

Əyən yükdən sallaşan çox olar

 

Sirr deyildirsə - sirr oldu!?

 

Uca təpələrin, sıldırım dağların başından şaqqıldayıb axan bulaqların mənbəyi hardandır görəsən?

 

Ümidsiz qalmaq - kimsəsiz səhralıqda axırıncı qurtum suyu içmək kimi bir şeydir...

 

Yollar bəşəriyyətin kompasıdır

 

Həyasız adamın açılmasını gözləmədən getsən yaxşıdır

 

Tərbiyədə hər şey qarşılıqlıdır

 

Düyünlənmiş yumruq bərkə çətinə düşəndə işlənsə, gərəkli olar

 

Qırxıncı qapını da aça bilsəydin, bəlkə həyatın sonu olardı.

 

SinƏn ayrı yerdə lazımdır, kürƏyin bir başqa yerdə

 

HƏsrƏtin arxasınca naümid getməzlər

 

GözlƏrin Nuru qəlbdən süzülər

 

İnsanın yerişini itirməsinin iki səbəbi var: ya utanmağındandır, ya da qudurmağından

 

Hər ölƏnin başı qiblƏyƏ tərəf durmur

 

XƏmir yoğrulmasa, çörək bişməz

 

Ağzında sürüdüyün dilini bəs vaxt döndərib "Allahu-əkbər" deyəcəksən?..

 

Atdan düşməmiş cilovu  əldən buraxmazlar...

 

VƏrdişlƏr pilləkan  kimidir...

 

Aralıdan gələn igidin hələlik görünən boyudur deyə, "boyuna qurban" deyirlər bəlkə...

 

Çox uzunömürlülük bir şey deyil, urvatlı ölməyi bacarmaq lazımdır. Çox yaşamağın çox da vaxtsız ölüm görməyin deməkdir

 

Gecəylə gündüzün təhvil-təsliminə insan öz gözüylə şahidlik edir

 

Qışını fikirləşməyən yazdakı çiçəklərin qədrini biləcək?

 

Burnunun ucundan o tərəfə, o yandan sənə ayrı baxış var

 

Çölünü yudun, bəs içini kim yuyacaq?

 

Hər şey ölür, axıra nƏfƏs qalır

 

Uzadılan əl insana həmişə lazımdır

 

Ətirli çiçəkləri qoxuyan olmasa nəyə gərəkdir?

 

Şişin ucunda verilən kabab ağzını yaralayacaq...

 

Baxışları bir nöqtədə donduran qayğılardır

 

Hər uzun ətəkdən yapışmaq olmur

 

Boyun yastığa düşəndə, intizardan əyilər

 

Çörək yeyən hər ağızdan müqəddəs söz çıxmır...

 

Addımlamağın hələ irəli getməyin demək deyil

 

Səni qanadlandırıb uçuran Arzularındır. Arzular gerçəkləşməyəndə   ya bitəndə yenə öz yerinə qayıdacaqsan

 

TƏnhalıq insanı xərçəng kimi yeyir

 

Duruluq - sudan başqa heç nəyə yaraşmır

 

Ətrafındakıların hər biri sənə bir emosiya yükləyir bəzən səmtini itirən yolçu kimi etdiyini belə bilmirsən...

 

Yaxşı ya pis xəbər gözləyən hər kəs içini yeyər

 

Anam deyərdi ki, bala,  paraya görə evinin işığını söndürmə, qaranlıq nıfıs gətirər

 

Elə münasibətlər var ki, gedəndə içərisində olanda hiss etmirsən sonra geriyə qayıdanda,  yaxud təklənib  qalanda sarsılırsan, getməyə yer, durmağa dayaq nöqtəsi tapmırsan

 

Elə şey var ki, onu ütüləməsən, açıq desən, daha səmimi olardın

 

Səksəkəli adamın qulağından sƏs əskik olmaz...

 

Naümid səhli qalmaq adamı sarsıntılara düçar edər

 

Qəzəbimin ac qurd kimi içimi gəmirməsini  görürəm, səsini belə eşidirəm, di gəl ki,  qəzəbimi boğa bilirəm, özümü ələ ala bilirəm...

 

Boşalmış, boş qalmış Evimi quru cansız taxta mebellərlə doldurmağın  mənası var, mənim balam?..

 

Sən mənə böyüklük göstərdin ki,  mən sənə kiçiklik edə bilim!?

 

Söz qurtaranda elə etmə ki, əl başlasın

 

Elə yuxular var ki, günboyu özünlə gəzdirirsən

 

KülƏyin qapı döyməsi qorxuludur

 

Ayağının altındakı yeri görmürsən, başının üstündəki buludlarla əlləşirsən?!

 

İçində qırılan duyğuları ümidləri el içindəcə qurmağı bacarmalısan

 

Ayaq üstə ölüb qurtarmaqdansa, uzanıb, yatıb ölməyin yaxşıdır

 

Şeytanın sənə naz etməyi sənin acizliyindir

 

Xülyalarla əlləşib özünü aldatmağın mənası?!

 

Qürur adama toxluq gətirər 

 

Bağladığın yükün ipini sallayıb ulağın ayağını dolaşdıracaqsansa, ip gedəcək, yük

 

GƏlin onsuz da nəslinə qan qarışdıracaq, təki nəsli ailəni qarışdırmasın

 

Dilini, dodağını, bığını yeməkdənsə, deyəcəyin qəzəbli sözünü ye

 

İpinin ucunu ələ vermə, evdə-ailədə, işdə-gücdə...

 

istədiyini bilməyən adamın səni istəməyinə inanma

 

Əsl dostdan incimək küsmək -  evdən köçüb başqa yerə isinişməmək  kimi bir şeydir

 

Ağsaqqalın yaltaqlanması tək ağsaqqalı yox, yaltaqlığı da hörmətdən salır

 

Alın qırışları - oxunmayan kitabın səhifələridir, hər adam da onu oxuya bilmir

 

Hər hansı bir münasibətlərdə zahiri görünüş ilk  təəssürat aldadıcıdır

 

Rüzgar taleyin elə bir küləyidir ki, birdən toparlayıb gətirər..,  birdən əsib dağıdar, boş xırmana döndərər

 

Dönüş nöqtəsində  insanın uduşları çox olar

 

Qatığın ağlığı hələ onun təmizliyi demək deyil

 

Uzun  yolun, uzun gecənin əhdini şirin söhbət  kəsər... Baxır yol yoldaşı kimdir?

 

Sümükdə və ilikdə gəzən küləklər çox qorxuludur...

 

Sən məni tanımırsan, gözümü bağlasan da, qulaqlarım görəcək

 

Başın dolu və... cibin  dolu olsa yaxşıdır

 

ƏdalƏti sən müəyyənləşdirmirsən, kənar göz görür

 

Allah  hər fəslin  meyvəsini  səni ac qoymamaq üçün yaratdı...

 

Sazaq külƏklƏr - çörək itirən adamlar kimi qudurğan  olar - məsafə bilməz

 

Qonşumuz Yəhya kişinin  ölüm ayağında  dediyi sözlər indi də yadımdadır: "Yorğan mənim nə sümüyümü, nə iliyimi isitməyəcək. Üstümü  açıq qoy, bələmə məni, bəlkə rahat ölə bildim"...

 

Qarşıdakını hərəkətinə görə yox, niyyətinə görə cəzalandır

 

Qorxu olmasa,  insan çəkilməz

 

Nə əməlin sahibisən ki, hələ vaxtımı alıb xatirə danışırsan?..

 

QƏbirlƏrin baş daşları həm də ölənin şəhadət barmağıdır - səni haqqa səsləyir. Eşitmirsənmi, görmürsənmi?..

 

Təpənin başında nə şellənirsən? Burda ölüb  qalmayacaqsan ki?!. Səni qayıdacağın binədə basdıracaqlar. Bilirsənmi bunu?!

 

TaleyinÖlümün hökmü qarşısında, İnsan Ağlının hökmü acizdir...

 

Sən bizim münasibətlərdə hava haqqında məlumat kimisən...

 

Hər insan keyfiyyətli materialdan biçilmir...

 

Qəlbindəki ləkəni ilə yuya biləcəksən?  Bunun fərqindəsənmi?

 

Dünyanın ən təlatümlü zƏlzƏlƏsi insanın içində olur onu viran qoyur

 

525-ci qəzet.-2017.-21 noyabr.-S.6.