Ustad tarzən Fikrət Verdiyevin yubiley gecəsi keçirildi
Noyabrın
19-da Beynəlxalq
Muğam Mərkəzində
tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyevin anadan olmasının 70, ifaçılıq fəaliyyətinin
55 illiyinə
həsr edilmiş yubiley gecəsi keçirilib.
Gecədə dövlət rəsmiləri, tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
musiqisevərlər iştirak
ediblər.
Tədbirin aparıcısı Əməkdar
incəsənət xadimi,
Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev sənətkarın
həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin
inkişafındakı xidmətlərindən
söz açıb. Qeyd edib ki, Fikrət
Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. 1957-ci ildə Gəncə şəhərindəki
1 nömrəli musiqi məktəbinə daxil olan Fikrət Verdiyev tar sinifini uğurla bitirdikdən sonra musiqi təhsilini
davam etdirmək məqsədi ilə
1962-ci ildə Qənbər
Hüseynli adına orta-ixtisas musiqi məktəbinin tar sinifinə
daxil olub. Təhsilini davam etdirən Fikrət Verdiyev Gəncədə fəaliyyət göstərən
Pioner və Məktəblilər Sarayında,
Mədəniyyət Evinin
bədii özfəaliyyət
kollektivlərində çıxış
etmiş, bir müddət isə onlara rəhbərlik edib. 13 yaşından
səhnədə həm
solo, həm də müşayiətçi kimi
ansambllarda çıxış
edən Fikrət müstəqil ansambl yaratmaq fikrinə düşür və göstərdiyi əzmkarlıq
nəticəsində öz
arzusuna çatır.
1961-ci ildə Bakıda keçirilən
respublika pioner və məktəblilər
saraylarının müsabiqəsində
onun rəhbərlik etdiyi kollektiv 1-ci yerə layiq görülür.
2000-ci ildə Dövlət
Neft Şirkətinin tərkibində "Neftçi"
adlı mahnı və rəqs ansamblı yaradılıb. Fikrət Verdiyev
uzun illər həmin ansambla rəhbərlik edib.
Bu illər ərzində
həm "Göy göl", həm də "Neftçi"
mahnı və rəqs ansamblı vasitəsilə Rövşən
Behcət, Aygün Bayramova, Babək Niftəliyev, Könül Xasıyeva, Samir Cəfərov, Aygün Bəylər, Feyruz Səxavət, Cabir Abdullayev kimi indi tanınmış müğənnilər öz
yaradıcılıqlarını inkişaf etdirir, muğam sənətinin sirlərinə dərindən
bələb olurdular.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxışında qeyd edib ki, bu gün Xalq artisti, tarzən Fikrət Verdiyev yenə də əvvəlki gənclik həvəsi ilə çalışır. Həyat yoldaşı, böyük muğam ustası Xan Şuşinskinin qızı, "Xan Şuşinski" fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyevanın rəhbəlik etdiyi fondun işində də yaxından iştirak edir, Azərbaycan muğamının həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliği üçün yorulmadan fəaliyyətini davam etdirir.
Prezident İlham Əliyevin 2014-cü ilin fevralın 13-də imzaladığı sərəncamla tanınmış tarzən Fikrət Verdiyevin Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görüldüyünü xatırladan A.Abbas vurğulayıb ki, 55 illik səhnə fəaliyyəti dövründə Fikrət Verdiyev həm də bir pedaqoq kimi fəaliyyət göstərir, yeni tarzənlər nəslinin yetişməsində öz bilik və bacarığını əsirgəmir.
Millət vəkili Jalə Əliyeva, Xaçmaz RİH birinci müavini İlhamə Nəbiyeva, Əməkdar artist Tünzalə Ağayeva tarzənin Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan söz açıb, onun yaradıcılığını yüksək qiymətləndiriblər.
Yubiley gecəsi musiqi proqramı ilə davam edib.
Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdimatında xalq və bəstəkar mahnıları dinlənilib. Xalq artisti Nəzakət Teymurova, Əməkdar artistlər Sevinc Sarıyeva, Bəbək Niftəliyev, İlkin Əhmədov, Tünzalı Ağayeva, Naxçıvan MR-in Xalq artisti Ehtiram Hüseynov, Aşıq Əhliman, Vüqar Əbdülov, Kamilə Babayeva və başqalarının da ifaları səslənib. İfaçıları "Rast" instrumental ansamblı müşayiət edib.
Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 21 noyabr .- S.8.