Maestro Rauf
Abdullayevin 80 illiyi qeyd edildi
Noyabrın 20-də M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında tanınmış
dirijor, "Şərəf"
və "İstiqlal"
ordenli sənətkar,
Xalq artisti, Dövlət mükafatı
laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq
gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev sənətkarı yubileyi və bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı
Sərəncamla "İstiqlal"
ordeninə layiq görülməsi münasibətilə
təbrik edərək
onun milli musiqimizin inkişafındakı
xidmətlərindən danışıb.
Nazir qeyd edib ki, Azərbaycan
musiqisinin inkişafında
və dünya miqyasında tanıdılmasında
böyük bəstəkarın
misilsiz xidmətləri
olub. Rauf Abdullayev
1959-cu ildə Azərbaycan
Dövlət Konservatoriyasının
fortepiano fakültəsini bitirib,
daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov
adına Leninqrad Dövlət Konservatoriyasında opera və
simfonik orkestr dirijorluğu fakültəsində
təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox
xarici ölkələrdə
böyük uğurla
çıxış edib.
Rauf Abdullayevin musiqi sənəti sahəsindəki
xidmətləri dövlətimiz
tərəfindən həmişə
yüksək qiymətləndirilib.
O, 1970-ci ildə Əməkdar
incəsənət xadimi,
1982-ci ildə Xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına
layiq görülüb,
1997-ci ildə "Şöhrət",
2012-ci ildə "Şərəf",
2017-ci ildə "İstiqlal"
ordeni ilə təltif edilib.
Respublikanın elm, mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdikləri
tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə
müşayiət olunub.
Xədicə
RƏHMAN
525-ci qəzet 2017.- 22 noyabr.- S.2.