"Qafqazlı qardaşqızı" Musiqili Teatrın səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettası növbəti dəfə nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının mətbuat xidmətindən
bildirilib ki, budəfəki nümayişin
özəlliyi Xalq artisti, "Şöhrət"
ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır. Belə ki,
məşhur səhnə
əsərində İlham
Namiq Kamal baş rolu - Bəbirli obrazını canlandıracaq.
Tamaşanın nümayişi 24 noyabr saat 19.00-da baş tutacaq. "Musiqili teatrın rus bölməsi tərəfindən
hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə
çıxacağam. Bəbirli çox xarakterik bir obrazdır. Koloritli olduğu qədər də özünəməxsus
düşüncə tərzinə
malikdir. Rauf Hacıyevin
möhtəşəm musiqisi
isə şedevrdir.
Bir məqamı
xüsusi qeyd etmək istərdim, peşəkar aktyor üçün dil faktoru yoxdur. Əsas aktyorun
plastikası, məharəti,
oynadığı obrazı
doğru-düzgün təqdim
etmək bacarığına
sahib olmasıdır. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər",
- deyə İlham Namiq Kamal bildirib.
Qeyd edək ki, beynəlxalq
layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əli Usubov, quruluşçu dirijoru Nazim Hacıəlibəyov,
quruluşçu rəssamı
Moskvadan dəvət olunmuş professor Dmitri Çerbadji,
quruluşçu baletmestrləri
Zakir Ağayev və Leyla Ağayevadır.
Tamaşada rolları
Boris Qrafkin, Svetlana Bulax,
Səidə Şərifəliyeva,
aktyorlar Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov
ifa edirlər.
XƏDİCƏ
525-ci qəzet 2017.- 22 noyabr.- S.2.