"Yeni
qazax şeiri antologiyasi" nəşr
edildi
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb.
Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, "Yeni qazax şeiri antologiyası" adlanan nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
"Kaspi" qəzetinin təsisçisi, yazıçı
və ədəbiyyatşünas
Sona Vəliyeva antologiyaya "Xəzərin
o tayında vuran isti ürəklər"
adlı təqdimat yazısı, Qazaxıstan
Respublikasının Dövlət
Ödülü laureatı
Temirxan Mədətbek
isə "Ön söz" yazıb.
Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov (Qazaxıstan), Rəsmiyyə
Sabir (Azərbaycan), məsləhətçiləri millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan Yazıçılar
Birliyi başqanının
I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzdur. Rəyçilər
akademik Nizami Cəfərov, professor Elçin
İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari
adına Uluslararası
Fondun başqanı Elxan Zal Qaraxanlı,
redaktoru isə Əfsanə Ələsgərlidir.
"Yeni qazax şeiri antologiyasi"na daxil edilən şeirləri qazaxıstanlı
yeni nəsil yazarları Gülnaz Faizulla, Gülnaz Satbay, azərbaycanlı yazarlar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər
Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli çevirib.
"Yeni qazax antologiyası"nda
şeirləri toplanmış
şairlərdən bir
qrupu bu il dekabrın
1-dən 5-dək keçiriləcək
"Bakıdan Türk
Dünyasına" adlı
silsilə tədbirlər
çərçivəsində "Yeni qazax şeiri
antologiyası"nın təqdimat
və imza törənlərində, müzakirələrdə
iştirak etməkçün
Azərbaycanda səfərdə
olacaq.
Antologiyanın Türk Dünyasının
builki mədəniyyət
paytaxtı Türkistanda
da təqdimatının
keçirilməsi nəzərdə
tutulub.
ŞAHANƏ
525-ci qəzet 2017.- 24 noyabr.- S.4.