İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Digər məşhur fəvvarə Navona meydanında (Piazza Navona) Bernininin yaratdığıDörd çayheykəl kompozisiyasıdır.

 

Vur-tut 44 hektarlıq ərazisi olan Vatikanın ən böyük möcüzələrindən biri onun muzeyidir (Musei Vaticani). Muzeyin kolleksiyasında çox zəngin incilər saxlanılır. Əsrlər ərzində bu inciləri müxtəlif Roma papaları toplamışdılar sənətə belə qayğılarına görə onlar, heç şübhəsiz, ehtirama layiqdirlər. Bu yolla din xadimləri gözəl rəssamlıq heykəltəraşlıq əsərlərinin əldən-ələ keçməsinə, alver obyektinə çevrilməsinə imkan verməməklə bəşəriyyət üçün olduqca faydalı bir görmüşlər. Muzeyin dəbdəbəli otaqları da eksponatların nümayişini daha da qabarıq cazibəli edir. Burada, deyilənlərə görə, 1400 otaq mövcuddur.

 

Muzeyə daxil olanda əvvəlcə heykəllər büstlər salonuna daxil olursan, burada çox sayda qiymətli heykəltəraşlıq əsərləri vardır. Laokoonkompozisiyasını da, Avqustun heykəlini görmək mümkündür. Sonra qobelenlər, ştapellər zalı gəlir. Qonşu otaqda isə keçmişin coğrafi xəritələri nümayiş etdirilir. Yenidən heykəltəraşlıq nümunələri zalına daxil olursan.

 

Papa IV Sikstin (Sistine) sifarişi əsasında XV əsrin sonunda onun adını daşıyan kapella tikildi. Onun tavanını bəzəmək işinə Mikelancelo məcbur edildi. O isə Rafaelin dühasını hiss edib, Segnature stansındakı işi ona tapşırmışdı. Rafael burada iki freska - “DisputAfina məktəbi”ni çəkdi.

 

Çox sayda filosofların əhatəsində Platonu, Aristoteli, hətta XI-XII əsrlərdə Andalusiyada (İspaniyada) yaşamış böyük ərəb filosofu İbn Ruşdu - Averroesi əks etdirənAfina məktəbiəsəri böyük təsir bağışlayır. Tabloda pəncərənin üstündən müqəddəs yunan allahlarının dağı olan Parnas görünür. Filosofların belə görünüşü rəssam tərəfindən ifadə edilən bir qüdrətli fəlsəfi bəyanat idi.

 

Rafael italyan rəssamlığını yüksək zirvəyə qaldıranlardan biri kimi daha çox məşhur idi. O, bir rəssam arxitektor kimi özünün demək istədiyinə tam əminliyini bildirən əsərlər yaratmışdı. O, elə populyarlığa yiyələnmişdi ki, onurəssamların printsiadlandırmışdılar. Onun haqqında sonralar yazılan bir epiqramda deyilirdi ki, “Uzun müddət ərzində Romanı tikən çox sayda qədim qəhrəmanlar onu əsrlər boyu dağıdan düşmənlər olmuşlar. Bu vaxt Rafael Romada Romanı axtardı tapdı. Bu axtaran böyük adam idi, lakin kəşf Allahın özündən gəlmişdi”. Bu sözlər şəhərə bütünlüklə hörmət bəsləyən rəssamın üslubunun uğuruna şəhadət verirdi.

 

Rafael özünün 37-ci ad günündə öldü. Ömrünün son illərində onu mistik bir halə əhatə edirdi. Bütün papalıq sarayı ona yas saxlayırdı. Onun matəm messası Vatikanda icra olundu onun cəsədi Romadakı Panteonda dəfn edildi.

 

1508-ci ildə papanın göstərişi ilə Mikelancelo Sikstin kapellasının (Cappella Sistina) tavanını - plafonu rəsmlərlə bəzəməyə başladı. Əvvəlki mavi fondakı qızıl ulduzların yerinə o, Bibliya mövzusunda tablolar çəkməli idi. Bu, ağır zəhmət tələb edirdi, hündür nərdivan platformasında beli üstündə uzanmış rəssam uzun müddət ərzində - dörd il katorqa əməyi çəkməli oldu. Gecələr o, şlyapasının qabaq dairəsinə şam birləşdirir, onun işığında işləyirdi. Nəhəng məkanla - plafonun səthinin sahəsi 800 kv.metr idi - səthin çılpaqlığı ilə əlaqədar olan çətinliyin öhdəsindən rəssam öz ixtirası hesabına gələ bildi, həm bu onun bədii dühasının yüksəkliyini açıb göstərdi. O, real, fiziki arxitekturaya təsvir arxitekturasını əlavə etdi. Bunun içərisində təəccüb doğuran üç ölçülü effekti ilə fərqlənən müxtəlif təsviri elementlərin yerləşdirilməsi idi. Tavan üzərindəki novator memarın peyğəmbərlərin, sivillaların digər obrazların füsunkar təsvirini yaratmaqla öz rəssamlığının, heykəltəraşlığının arxitektura işlərinin anlaşılmayan bir qaydada sehrli sintezini meydana gətirən nəhəng bir dahi olduğunu sübut etdi. Tavanın xüsusi quruluşundan istifadə edərək, o, tablolarında güclü fiqurları dinamik qaydada yerləşdirməyi bacardı. O, bu bölmələrdə Bibliyanın “Genesis” - “Başlanğıckitabından olan epizodlara 9 rəsm seriyası həsr etdi.

 

İnsanın yaranmasıtablosunda iudaizm allahı Savaof əlini uzadıb, barmağını Adəmin barmağına toxundurmaqla ona nəfəs həyat enerjisi verir. Qoca yaşında olan saqqallı Savaofla onun həyat verdiyi Adəm arasında bənzərlik olsa da, axı Allah insanı öz obrazında özünə bənzər yaratmışdır, aralarındakı fərq nəzərə çarpır. Adəm mükəmməl bədən cizgiləri bütün görünüşündə ifadə qolunun cavanlığı ilə, elə bil ki, ona tamaşa edənlərə sönməz həyat eşqi təlqin edir. Savaof isə dünya görmüş, Yaradan funksiyasını yerinə yetirməyin hərtərəfli əziyyətini çəkən qoca bir varlıqdır. Ağır zəhmət ona öz təsirini göstərməmiş deyildir. Bu obrazların təsviri onların müəllifinə , heç şübhəsiz, ölməzlik bəxş edir. Axı o da öz növbəsində Yaradandır, ancaq onun fəaliyyət dairəsi Böyük Yaradana nisbətən dardır.

 

Dahi rəssam insanın yaranmasını adi, hər cür mistikadan kənar şəkildə əks etdirir, burada dərk olunması müəmmalı ya çətin olan heç bir şey yoxdur. Möcüzə yalnız Allahın yaradıcı qüvvəsindədir. Bu qeyri-adi hadisə sadəcə barmaqların uclarının toxunması ilə baş verir, elə bil ki, bu kontaktla Yaradan ilk insanın bədəninə yaşamaq, həyat sürmək cərəyanı buraxır. Bu əlaqə ilahi qüvvənin nəyə qadir olduğunu göstərməklə yanaşı, insanın da bu xeyir-duadan düzgün istifadə etməsi zərurətini vurğulamaqla, Allahın yaratdıqları arasında onun ali məxluq olduğunu özünün həyat tərzi, davranışı, başqaları ilə münasibətini düzgün nizamlamalı olduğunu yada salır. Gözəl, kamil bədən quruluşu, insanın mənəviyyatının da kamillik səviyyəsində olması lüzumundan xəbər verir.

 

Tabloda Allahla onun yaratdığı insan müəyyən məsafədə, bir-birindən aralı şəkildə təsvir olunur. Elə bil ki, Allah Qalaktikanı andıran göylərdədir, Adəm isə meydana gəldiyi Yer planetində məskən salmalı olacaqdır.

 

“İnsanın günaha batması” tablosu da çox təsirli və asan dərk olunandır. Meyvəsinin xeyiri və şəri dərketmə qabiliyyəti verən ağacın vasitəsi ilə səhnə iki hissəyə bölünmüşdür, ağacın gövdəsinə qadın bədənli ilan sarılmışdır. O, sola əyilib Adəmi və Həvvanı Allahın qadağan etdiyi meyvəni qoparıb yeməyə təhrik edir. Bu səbəb nəticəsiz qalmır, ilanın təsiri ilə günaha batan, Allahın əmrinə tabe olmayan ilk iki insan tablonun sağ tərəfində əks olunduğu kimi, Allah tərəfindən Yerüstü Cənnətdən qovulur. Allah bağışlayan olsa da, öz əmrindən çıxanları sərt qaydada ömürlük cəzalandırır: ilan lənətlənir, ömrü boyu qarnı üstə sürünməyə məhkum edilir, qadın dünyaya uşaq gətirəndə ağır əzaba və ağrıya düçar olur, kişi isə daim alın təri ilə çörək qazanmalı olur. İnsanın qidalanması üçün hər şeyin hazır olduğu cənnət bircə səhvin - ancaq bu, bəşər övladının ilkin günahı hesab olunur - hesabına yoxa çıxır və insan öz həyatı üçün bilavasitə özünün məsuliyyət daşıyacağını anlamağa başlayır. Sonralar, XVIII əsrin görkəmli italyan filosofu Çezare Bekkarianın cəzanın cinayətə müvafiq olması barədəki nəzəriyyəsi, Allahın insanın pis günahına görə onunonu buna təhrik edənin barəsindəki hökmündə öz təsdiqini tapır. Üç canlı varlıq öz xətalarına görə fərqli qaydada cəzalandırılır. Cinayət və ya ciddi xəta cəzasız qalmamalıdır, həm də bu vaxt qəddarlığa, əsassız sərtliyə yol verilməməsi üçün müəyyən mütənasibliyin olması vacibdir.

 

Nuhun sərxoş olması” isə insan təbiətinə xas olan qüsurları, onlardan meydana gələn pessimizmi nümayiş etdirir. Dünya daşqını vaxtı canlıları xilas etmək kimi nəcib və uğurla nəticələnən bir işə girişən peyğəmbər sonralar özünü idarə etməyi bacarmır.

 

(Ardı var)

 

525-ci qəzet.-2017.-25 noyabr.-S.22.