Rey Kərimoğlunun
kitabının təqdimatı oldu
ƏFLATUN
AMAŞOV: “KOD ADI: “REY” KİTABI QARABAĞ
MÜHARİBƏSİ MÖVZUSUNDA FİLM ÜÇÜN
HAZIR SSENARİDİR”
Dünən “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü
ilə açan Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, döyüşçü-kəşfiyyatçı
olmaqla yanaşı, həm də jurnalist kimi tanınan Rey Kərimoğlu
müəllifi olduğu
kitabda 1991-1992-ci illərdə
Qarabağ müharibəsi
zamanı iştirakçısı
olduğu hadisələrdən
bəhs edir: “Bu günə qədər Dağlıq Qarabağ müharibəsi ilə bağlı çox kitablar yazılıb, bundan sonra da
yazılacaq. Həmin kitabların bir
hissəsi müharibədə
iştirak edən döyüşçülərin xatirələri, digərləri
yazıçıların müharibə
ilə bağlı təəssüratlarından ibarətdir.
Bu mənada, Rey Kərimoğlunun müəllifi
olduğu kitabı daha da qiymətli
edən onu Qarabağ müharibəsində
düşmənlə mübarizə
aparan döyüşçünün,
müharibənin canlı
şahidinin qələmə
almasıdır”.
Ə.Amaşov hesab edir ki, “Kod adı:
“Rey” adlı kitab Qarabağ müharibəsi
mövzusunda film üçün
hazır ssenaridir.
“Lent.az” saytının
baş redaktoru Qabil Abbasoğlu isə bildirib ki, “Lent.az”ın kitabxanasından” layihəsi
əsasında nəşr
edilən kitabda müəllifin 2012-2013-cü illərdə
sözügedən saytda
yayılmış döyüş
xatirələri yer alıb: “Rey Kərimoğlunun
“Kəşfiyyatçının xatirələri” adlı məqalələri əsasında
hazırlanan “Kod adı: Rey” kitabı ilk layihəmiz deyil. Bundan əvvəl Əfqanıstan müharibəsi
iştirakçısı, yazıçı Zakir Sadatlının “Əfqanıstan
uçurumu” və jurnalist Vüsalə Məmmədovanın “Cəhənnəmdə
böyük çığırtı”,
“Əsir düşərgəsi”
kitabları çap olunub”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında
qeyd edib ki, R.Kərimoğlunun müəllifi olduğu bu kitabla ilk dəfə tanış
olsa da, onun jurnalist kimi qələmə aldığı və hissə-hissə saytlarda yayılan döyüş
xatirələrindən ibarət
məqalələrini oxuyub:
“Bu, Rey Kərimoğlunun həyat
kitabıdır”.
Dağlıq Qarabağ münaqişəsindən
danışan S.Rüstəmxanlınin
sözlərinə görə,
Rey Kərimoğlu məğlubiyyətlə
barışmayan vətənpərvər
oğullardandır: “Heç
şübhəsiz, bu,
Rey Kərimoğlunun qəhrəmanlıq,
yenilməzlik ruhunu göstərən kitabdır”.
Deputat Hadı Rəcəbli də “Kod adı:
“Rey” kitabını vətənpərvərlik
ruhunda yazılmış
əsər kimi qiymətləndirib.
Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Qarabağ mövzusunda yazılan kitabın əhəmiyyətindən
danışaraq bildirib
ki, Rey Kərimoğlu
bu kitabı ərsəyə gətirməklə
çox böyük yaradıcı iş ortaya qoyub.
Nəşrin redaktoru Səhər
Əhməd isə çıxışında qeyd
edib ki, “Kod adı: “Rey” kitabını Qarabağ mövzusunda yazılmış
əksər kitablardan
fərqləndirən əsas
cəhət hadisələrin
tam reallığı əks
edirməsidir.
Şair Ramiz Rövşən R.Kərimoğlunu ilk kitabının
işıq üzü
görməsi münasibətilə
təbrik edərək
müəllif barədə
düşüncələrini bölüşüb. R.Rövşən qeyd edib ki, Qarabağ müharibəsində iştirak
edən Azərbaycanın
vətənpərvər oğullarından
danışarkən, ilk yada
düşənlərdən biri Rey Kərimoğludur.
Bundan başqa, tədbirdə “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və digərləri kitab barədə fikirlərini bildirib, müəllifin döyüş
yoluna nəzər salıblar. Bildirilib ki, o, 1991-93-cü illərdə Azərbaycanın
Milli Qəhrəmanı,
şəhid polkovnik-leytenant
Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı
kimi çağırış
kodu elə öz adı - “Rey” olub.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov 50 illik yubileyi münasibətilə Rey Kərimoğlunu xüsusi diplomla təltif edib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun Rey Kərimoğluya ünvanladığı təbrik məktubu oxunub.
Tədbir kitabla bağlı müzakirələrlə davam edib.
Ceyhun ABASOV
525-ci qəzet.-2017.-25 noyabr.-S.12.