“Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı təqdim olunub

 

Dünən Milli Kitabxanada yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri jurnalist, tərcüməçi və dramaturq Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuşQaranlıqdan işığa. Əsgər ağa Goranikitabının təqdimat mərasimi keçirilib.

 

Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm xadimləri, alimlər, ziyalılar, Milli Kitabxananın əməkdaşları media nümayəndələri iştirak ediblər.

 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq kitab haqqında geniş məlumat verib, Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, xeyriyyəçi, pedaqoq, tərcüməçi, dramaturq, jurnalist Əsgər ağa Adıgözəlov Goraninin ictimai, publisist, xeyriyyəçilik fəaliyyətinin, o cümlədən, indiyə kimi fəaliyyətinin işıqlandırılmayan sahələrinin tədqiq edildiyini bildirib.

 

Mədəniyyət Turizm Nazirliyinin Kitab dövriyyəsi nəşriyyatlarla şöbəsinin müdiri  Aslan Cəfərov Əsgər ağa Goraninin Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdəƏkinçi”nin ən fəal müxbiri,  tərcüməçi olduğunu söyləyib.

 

BDU-nun professoru İzzət Rüstəmov, professor Alxan Bayramoğlu, AYB-nin Qarabağ bölgəsinin sədri, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu, professor Ənvər Əhməd, professor Vaqif Yusifli, Xalq artisti, tarzən Fikrət Verdiyev başqaları  Əsgər ağa Goraninin çoxşaxəli yaradıcılığından, Azərbaycan dilində ilk coğrafiya kitabının müəllifi olmasından, xeyriyyəçilik fəaliyyətindən söz açıblar.

 

Əsgər ağa Göraninin nəticəsi Beynəlxalq Muğam Mərkəzinin direktoru,  Xalq artisti Murad Hüseynov ailəsi adından hər kəsə minnətdarlığını bildirib.

 

Sonda müəllif Gülhüseyn Kazımlı çıxış edərək təqdimatın keçirilməsinə görə Mədəniyyət Turizm Nazirliyinə, Milli Kitabxanaya təşəkkür edib. O, kitabın ərsəyə gəlməsindən, apardığı tədqiqat işindən, bunun nəticəsi olaraq əlimizə gəlib çatmayan M.Lermontovdan tərcümə etdiyiYel gəmisiballadasını Qocalıqda yorğalıqpyesini tapmasından danışıb.

 

Tədbir iştirakçıları Əsgər ağanın  zəngin həyat yolunu özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet 2017.- 25 noyabr - S.12.