“Türk dünyasından
Azərbaycana baxış” adlı beynalxalq
konfrans
Dünən Atatürk mərkəzində “Türk dünyasından Azərbaycana baxış” mövzusunda beynalxalq konfrans keçirilib.
Gənclər Fondunun dəstəyi, “Dünya Türk Gəncləri Birliyi”
(DTGB) İctimai Birliyinin
təşkilatçılığı ilə keçirilən konfransda tanınmış
ictimaiyyət nümayəndələri,
ziyalılar, müxtəlif
universitetlərin tələbələri,
xarici qonaqlar və jurnalistlər iştirak ediblər.
Tədbiri açan BDU-nun Azərbaycan
tarixi kafedrasının
dosenti Arzu Məmmədova bildirib ki, noyabr ayı
ölkəmizin tarixində
çox önəmli
hadisələrlə əlamətdardır. Bu konfransın da bu ayda keçirilməsi
heç də təsadüfi deyil.
DTGB-nin sədri Əkrəm Abdullayev son zamanlar türk dünyasının birliyi
yönündə bir çox işlər görüldüyünü, layihələr
həyata keçirildiyini
bildirib: “Bizim təşkilat da öz növbəsində
türk gənclərini
bir araya gətirərək, bu işə öz töhfəsini verir”. Ə.Abdullayev qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan gənclərinin
günümüzün müasir,
inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə
kimi formalaşmasına,
öz tarix və adət-ənənələrinə
sahib çıxıb, bu
mövzuda yeni biliklərə yiyələnmələrinə
nail olmaq, Azərbaycanın
tarix və mədəniyyətinə, turizm
və iqtisadiyyatına
beynəlxalq müstəvidən
baxmasına şərait
yaratmaqdır.
Milli Məclisin
deputatı Cavanşir
Feyziyev dünya türklərinin birliyindən
söz açıb, qeyd edib ki,
bu yolda Azərbaycan-Türkiyə münasibətləri
bütün Türk dövlətləri üçün
nümanə olmalıdır. Deputat bu
ideologiyanı təbliğ
edən layihələrin
daha çox keçirilməsini arzulayıb.
Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov fond haqqında
geniş məlumat verib, hər zaman belə layihələri dəstəkləməyə
hazır olduqlarını
vurğulayıb.
Gənclər Təşkilatları Milli
Şurasının sədri
Seymur Hüseynov çıxışında gənclərin
milli kimliyinin formalaşmasında belə
layihələrin əhəmiyyətini
vurğulayıb.
Sonra söz maruzəçilərə verilib.
Doktor A.Akif Poroy “Türk
dünyasından Azərbaycana
baxış”, BDU Türk
xalqları kafedrasının
dosenti Sevinc Ruintən “Azərbaycan deyəndə...”, Azərbaycan
Turizm və Menecment Universitetinin, Turizm və Qonaqpərvərlik fakültəsinin
dekanı Rəhman Səfərov, “Türkiyə
və Azərbaycanın
turizm potensialı baxımından oxşar və fərqli cəhətləri” , Qafqaz
Strateji Araşdırmalar
Mərkəzinin rəhbəri
doktor Hasan Oktay “Türkiyədən Azərbaycanın son 25 ilinə
baxış” adlı məruzələrlə çıxış
ediblər. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinini Tədqiqat bölmə rəhbəri Qahirə Məmmədovanın, “Yeni
Ufuklar” dərnəyinin
sədri Saltuk Buğrahan Budakın, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Nazim Cəfərovun, “Opora Rossii” İctimai
təşkilatının sədri
(Başqırdıstan-Rusiya) Nikollayeva Lyaysanın, Azərbaycan Turizm və Menecment Universitetinin dekan müavini Flora Ələsgərovanın,
AMEA A.Bakıxanov adına
Tarix İnstitutunun böyük elmi işçisi Rəşad
Mustafanın, “Yeni Ufuklar” dərnəyinin sədr müavini, yazıçı, analitik
Aydın Çetinerin
və Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanovanın məruzələri
dinlənilib.
Sonda çıxışlarla
bağlı müzakirələr
aparılıb və yekun qətnamə qəbul olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2017.-25 noyabr.-S.6.