Şəfiqə Eyvazovanın
yaradıcılıq gecəsi keçirildi
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kaman ustası, professor, Xalq artisti Şəfiqə Eyvazovanın yaradıcılıq gecəsi təşkil edilib.
“Mədəniyyət” kanalının
təşəbbüsü, Mədən
iyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə
görkəmli sənətkarın
həyat və yaradıcılığından söhbət açılıb.
Bildirilib ki, Bakıda dünyaya göz açan Şəfiqə
Eyvazova kamança ifaçılıq sənətini
öyrənmək üçün
mükəmməl təhsil
alıb. İki nömrəli uşaq musiqi məktəbində,
Asəf Zeynallı adına musiqi
texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu
illərdə bu sənətin sirlərinə
yiyələnmək üçün
böyük səylə
çalışıb. O, 1974-cü ildən konservatoriyanın
müəllimi kimi fəaliyyət göstərir.
1988-ci ildə Əməkdar artist, 2000-ci ildə
isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Gecə
Əməkdar artist Faiq
Sadıqovun dirijorluğu
ilə S.Rüstəmov
adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında musiqilərlə
müşayiət olunub.
Orkestrin solisti, sənətkarın
qızı Mehri Əsədullayeva bəstəkar
və xalq mahnılarını ifa edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2017.- 25 noyabr.- S.13.