Zakir Bayramlının şeirləri
ÇIRAQQALA
Açdım varaq-varaq ötən
tarixi,
İllərin üstünü örtən
tarixi.
Arayıb
axtardım itən tarixi,
Bəlkə keçmişindən bir soraq ola,
Sənin çox dövranın var, Çıraqqala.
Durmusan sıldırım qaya başında,
Bir dağ vüqarı var dayanışında.
Diz çöküb ən azğın illər qarşında,
Salmısan tarixdən çox-çox
dövrü yola,
Sənin öz tarixin var, Çıraqqala.
Məkanın sökülməz, çökülməz
qaya,
Bu yerdə bürclərin
verib boy-boy a.
Arxa, dayaq oldun elə,
obaya
Qoymadın yurduma yad maraq sala,
Yenilməz vüqarın var, Çıraqqala.
Bir qolun Xəzərin ləpələrində,
Biri Baba dağın
təpələrində.
Gilgilçay səddinin pillələrində,
Düşdün zaman-zaman oturaq hala.
Çox qeylü-qalların var, Çıraqqala.
Elin keşikçisi, xəbər
qalası,
Düşməni qorxudan sipər qalası.
Son döyüş meydanı,
zəfər qalası,
Zamanı nə sayaq qaytaraq
dala?
Sinəndə xəbərlər var, Çıraqqala.
Vətənin qaranlıq, zülmət
halında,
Çırağa dönmüsən elin yolunda.
Xəyanət olmayıb bu amalında,
Azıb
düşməmisən sən
özgə yola,
Andın, sədaqətin var, Çıraqqala.
De, hansı memarın, hansı ustanın
Əliylə hörülüb ömür
dastanın?
Yenə
"Şabran" adlı
qədim məkanın
Olmusan yolunda çılçıraq
qala,
Səndə şəfa suyu var, Çıraqqala.
Nə vaxtdır dünyanın marağındasan,
Neçə yüz illərin sorağındasan.
Fəqət, uçurumun qırağındasan,
Qaytaraq,
kaş, səni o abad hala,
Hələ çox dövranın var, Çıraqqala.
OLMUR
Ömrün çiçəklənən gənclik çağında,
Arzular bar verir
könül bağında.
Həyatın bu coşqun çal-çağırında,
Sevgi yollarından keçməmək
olmur,
Eşqin badəsini içməmək
olmur.
Minib köhlənini çapasan
gərək,
Axtarıb eşqini tapasan gərək.
Sevgisiz yollardan sapasan gərək,
Məhəbbət duyğusuz, istəksiz
olmur,
Sevənlər amalsız, məsləksiz
olmur.
Danışma dərdini qəlbi
dağlara,
Aparma kədəri
o yaylaqlara.
Axıtma
göz yaşı buz bulaqlara,
Gəncliyi ələmlə yaşamaq
olmur,
Yükü çox ağırdır,
daşımaq olmur.
Gözəldir gənclərin sevgi
dünyası,
Haqdan yoğrulubdur,
pakdır mayası.
Çətindir aşiqin eşqdən
doyması,
Özünü odlara salmasa, olmur.
Yar yarın
qadasın almasa, olmur.
Ötən günlərini hədərə
vermə,
Ömrünü şad yaşa, kədərə vermə.
Vaxtını qəzavü-qədərə vermə,
Cavanlıq köç edir, saxlamaq olmur.
Dalınca kövrəlib, ağlamaq olmur.
MƏN ÇAĞLAYAN BİR BULAĞAM
Mən çağlayan, bir tükənməz bulağam,
Suyum safdır,
bulanmaqdan uzağam.
Yol almışam qarlı dağlar başından,
Süzülmüşəm qayasından, daşından.
Şırım-şırım yer altından axmışam,
Sərt layları yara-yara qalxmışam.
Göz açmışam hər
tərəfdən dünyaya,
Boylanmışam mavi gözlü səmaya.
Muncuq-muncuq inci axıb gözümdən,
İrmaq-irmaq söz düzülüb izimdən.
Bir təbiət gözəliyəm,
qənirsiz,
Məndən ötüb, keçmək
olmaz hənirsiz.
Təbiətin hər yerində
mən varam,
İlin hansı fəsli olsa, çağlaram.
Sevdirmişəm insanlara özümü,
Udum-udum içirtmişəm sözümü.
Mənim
saflıq, təmizlikdir
marağım,
Oba-oba, el-el gəzir
sorağım.
Təm izliyin aynasıdır sularım,
Sularımın axarıdır yollarım.
Yollar mənim öz içimdən uzanır,
Aləm məni ruha məlhəm su sanır.
Doğulmuşam təbiətin qoynunda,
Dünyamızın ən gözəl, xoş anında.
Hər an yeni həyat
qaynar içimdə,
Yaşayıram mən bu gözəl
biçimdə.
Tək deyiləm, nə çox sulu
bulaqlar,
Neçə adda, neçə dadda bulaq var.
Çox
fərqliyəm bu bulaqlar yanında,
Nələr yoxdur mənim bulaq canımda.
Misra-misra
söz yaranır içimdən,
Nəğmə qalxır sularımın səsindən.
Gözüm heç vaxt qamaşmaz ki, baxaram,
Yorulmaram, gecə-gündüz axaram.
TANRIDAN İSTƏK
Qocalığı calamısan yaxama,
Çox
əcayib şeylər
girir yuxuma,
Tanrım,
rəhm et, həyatıma toxunma,
Səslənirəm artıq başqa avazda,
Mənə möhlət əta
elə bir az da.
Mən dünyanı sevə-sevə
yaşadım,
Ağır, yüngül, hər
yükünü daşıdım,
Hələ durur neçə-neçə
yaşıdım,
Sökülməyib altımdakı palaz da,
Mənə möhlət əta
elə bir az da.
Bu qocalıq yaman düşüb izimə,
Taqətsizlik meylin salıb dizimə,
Bel bükülüb, qırış
qonub üzümə,
Yalvarıram sənə hər
gün namazda
Mənə möhlət əta
elə bir az da.
Ömrüm boyu öz yolumla getmişəm,
Hansı
işi doğru bilsəm, etmişəm,
Kim deyir ki, hər
arzuma yetmişəm,
Mizrabımın gözü qalıb
o sazda,
Mənə möhlət əta elə bir az da.
Həsrət dolu illərimi bitirdim,
Vətənimi, torpağımı itirdim,
Bəlkə bir gün gedib tapıb gətirdim,
Gərək onda körpü
olum Arazda,
Mənə möhlət əta
elə bir az da.
İSTƏMİRƏM
MƏHƏBBƏTSİZ YAŞAMAQ
Sevgi dolu bir dünyadır
həyatım,
Haqdan doğur
nəğmələrim, bayatım.
Mən sevgisiz necə qalxıb boy atım?
Ağır yükdür, çox
çətindir daşımaq,
İstəmirəm məhəbbətsiz yaşamaq.
Məhəbbətin yolları var gözümdə,
Keçənlərin izi qalar gözümdə.
Mənə yaxın, doğma
olar gözümdə
Nəsibimdir daim sevib oxşamaq,
İstəmirəm məhəbbətsiz yaşamaq.
Ömür mənə yaradandan
pay gəlib,
Tanrı
eşqi öz payına tay
gəlib.
Həyatıma il yazmağa ay gəlib,
Nəyə lazım ömürləri
daşlamaq,
İstəmirəm məhəbbətsiz yaşamaq.
Yaranışın özəyidir məhəbbət,
İnsanların bəzəyidir məhəbbət.
Şairlərin söz meyidir məhəbbət,
Qəlbdən silib olmur onu
dışlamaq.
İstəmirəm məhəbbətsiz yaşamaq.
Zakir BAYRAMLI
Şabran
525-ci qəzet 2017.- 28 noyabr.- S.8.