"Ömür şərəflə
yaşananda"
NEFTÇALADA
ƏDİB VƏ ZİYALILARI YERLİ
İCTİMAİYYƏTLƏ GÖRÜŞDÜRƏN
MARAQLI TƏDBİR KEÇİRİLİB
Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemində tez-tez bir-birindən maraqlı müxtəlif tədbirlər, oxucu konfransları, təzə çap olunmuş kitabların təqdimat mərasimləri keçirilir.
Bugünlərdə burada keçirilən növbəti təqdimat mərasimi isə respublikamızın paytaxtından
gəlmiş hörmətli
alimlərlə, tanınmış
şair və yazıçılarla oxucularımızın,
rayon ziyalılarının maraqlı bir görüşünə çevrildi. Bu, şəhər
4 saylı tam orta məktəbinin müəllimi
Ələkbər Zahidovun
dünyasını vaxtsız
dəyişmiş alim
qardaşı, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin müəllimi, fəlsəfə
elmləri namizədi,
professor Təvəkkül Babaxan
oğlu Zahidovun işıqlı xatirəsinə
həsr etdiyi "Ömür şərəflə
yaşananda" kitabının
təqdimat mərasimi
idi.
Rayon mərkəzləşdirilmiş
kitabxana sisteminin direktoru Gülnarə Qasımova mərasimi giriş sözü ilə açaraq, zala toplaşan oxucuları, respublikamızın
paytaxtından gəlmiş
hörmətli qonaqları
ürəkdən salamladı,
tədbir iştirakçılarına
uğurlar arzuladı.
Tədbirin aparıcısı olaraq,
mən "Ömür
şərəflə yaşananda"
kitabı barədə
qısa məlumat verdim: "Təqdim olunan kitab həyat və fəaliyyətinin çiçəkləndiyi bir
vaxtda ağır xəstəliyə tutularaq
dünyasını dəyişmiş
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin professoru, fəlsəfə elmləri
namizədi Təvəkkül
Zahidovun barəsində
qardaşı Ələkbər
Zahidovun qələmə
aldığı həzin,
kövrək, təsirli
bir elegiyadır. Burada Təvəkkül müəllimin yaxınlarının,
doğmalarının, iş
yoldaşlarının, tələbələrinin,
dost və tanışlarının
xatirələri, təəssüratları,
əsərlərindən parçalar
təqdim edilir, elmi fəaliyyəti müxtəsər şəkildə
nəzərdən keçirilir.
Kitabın redaktoru Avrasiya İdarəçilik
Elmlər Akademiyasının,
Beynəlxalq Müasir
Elmlər Akademiyasının
akademiki, Rusiya Fəlsəfə Cəmiyyətinin
həqiqi üzvü,
fəlsəfə elmləri
doktoru, professor Əziz
Məmmədov, elmi məsləhətçisi Heydər
Əliyev adına Ali Hərbi Akademiyasının
professoru Aydın Abbasov, kompüterdə yazıb tərtib edəni jurnalist Əlövsət Poladdır".
Təqdim
olunan kitab barədə ətraflı
danışmaq üçün
söz professor Əziz
Məmmədova verildi:
"Ələkbər Zahidov
zəng edib, amansız ölümün
aramızdan vaxtsız
apardığı əvvəllər
istəkli tələbəm,
sonralar həmkarım,
iş yoldaşım,
yaxın dostum olmuş qardaşı Təvəkkül Zahidovun
barəsində əsər
yazmaq istədiyini deyəndə, mənim də ona redaktor
olmağımı təklif
edəndə həm sevindim, həm də tərəddüd hissi keçirdim. Sevincimin səbəbi o idi ki, istəkli tələbəmin, yaxın
dostumun, həmkarımın
xatirəsi əbədiləşdiriləcək,
ruhu şad ediləcəkdi. Tərəddüdümün
səbəbi isə o
idi ki, əyalətdə
yaşayan adi bir müəllimin filosof dostum Təvəkkül Zahidovun
keçdiyi keşməkeşli
həyat yoluna, gəncin elmi fəaliyyətinə, işıqlı
xatirəsinə layiqli
bir əsər meydana gətirəcəyinə
inana bilmirdim. Ancaq Ələkbər müəllim
yazdığı əsərin
əlyazmasını mənə
çatdıranda yanıldığımı
başa düşdüm
və tərəddüd
etmədən bu kitaba redaktorluğu boynuma götürdüm.
Bu əsər mənə şirin bir dillə qələmə alınmış,
qəlbləri riqqətə
gətirən həzin,
kövrək, bir xatirə, əsil elegiya təsiri bağışladı".
Kitabın texniki tərtibatçısı
jurnalist Əlövsət
Polad dedi ki, bir çoxları Ələkbər
Zahidovun birdən-birə
bədii yaradıcılığa
keçməsinə, kitab
çap etdirməsinə
təəccüblənib: "Ancaq burada təəccüblü
heç nə yoxdur. Hər bir insan, canlı varlıq yazılmamış, qələmə
alınmamış maraqlı,
zəngin bir kitabdır. Kimisi bu kitabı qələmə
almağı, kimisi də şirin bir dillə danışmağı, nağıl
etməyi bacarır. Ələkbər müəllim də
bu kitabı "yazmaq"dan daha çox, mənə danışıb, aramla söhbət edib, mən də onun dediklərini, danışdıqlarını kompüterin
yaddaşına köçürmüşəm".
Tanınmış dilçi alim, Bakı Dövlət Universiteti filologiya fakültəsi dekanının 1-ci müavini, professor Tofiq Hacıyev təqdim olunan kitabın dili və üslubu barədə danışaraq qeyd etdi ki, "Ömür şərəflə yaşananda" əsəri son dərəcə bədii, lirik bir dillə yazılıb, dərin hiss və duyğu ilə qələmə alınıb. Bu əsərin dili və üslubu, forması və məzmunu bir-birini tamamlayır. Bu da kitabın rahat oxunmasını təmin edir. Bir çox xatirələr, təəssüratlar adama şeir təsiri bağışlayır, insanı düşündürür, duyğulandırır".
Kitabın elmi məsləhətçisi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aydın Abbasov, Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasının dosenti Həşim Şəmiyev, vaxtilə Ələkbər Zahidova təhsil aldığı Azərbaycan Pedaqoji Universitetində dərs demiş şair Oqtay Rza, Sayman Aruz, Adilə Nəzər, Nəzakət Məmmədli, Nəbi İbrahimli, Abid Günəşov, Gülqədəm Mirzəzadə, Zabil Pərviz, İmamverdi Zeynalov və başqalarının təqdim olunan kitab barədə dedikləri də maraqla qarşılandı.
Görkəmli şair Musa Yaqub zəng vuraraq, "Ömür şərəflə yaşananda" kitabının müəllifi Ələkbər Zahidovu bu dəyərli əsərə görə təbrik etdi.
Bədii qiraət ustası Zeynəb Muradovanın ifasında səslənən, Təvəkkül Zahidovun gənc yaşında dünyasını dəyişmiş qardaşı Əbülfəz Zahidova həsr etdiyi şeir tədbir iştirakçılarını duyğulandırdı.
Təqdimat mərasimində "Ömür şərəflə yaşananda" kitabının həsr olunduğu Təvəkkül Zahidovun elmi fəaliyyətindən geniş bəhs edildi, onun qələmə aldığı kitablarının, elmi məqalələrinin məziyyətlərindən danışıldı.
Kitabın müəllifi Ələkbər Zahidov tədbirin təşkilatçılarına, onlara bu şəraiti yaradan rayon rəhbərliyinə, uzaq məsafə qət edərək təqdimat mərasiminə gələnlərə, bütün tədbir iştirakçılarına dərin təşəkkürünü, səmimi minnətdarlığını bildirdi. Tədbir başa çatdıqdan sonra oradakı ziyalılarla Bakıdan gəlmiş qonaqlar arasında fikir mübadiləsi aparıldı, xatirə şəkilləri çəkdirildi.
Ruhəngiz
NƏCƏFOVA
Neftçala Heydər Əliyev Mərkəzinin
direktoru
525-ci qəzet 2017.- 28 noyabr.- S.8.