Ziyalı sözü"
layihəsi yekunlaşdı
Noyabrın 25-də Gənclər üçün
Təhsil Mərkəzi
və Azərbaycan Yazıçılar Birliyinin
birgə həyata keçirdiyi "Ziyalı
sözü" layihəsi
öz işinə yekun vurub.
Sonuncu görüşdə GTM-in və
layihənin rəhbəri
Fəxrəddin Həsənzadə
layihənin fəaliyyəti
və bu günə qədərki görüşləri barədə
qısaca məlumat verib, gələcəkdə
də bu formatda layihələrin davam edəcəyini vurğulayıb: "Artıq
neçə ildir ki, Yazıçılar Birliyinin təsis etdiyi "Gənc Ədiblər Məktəbi"
fəaliyyətdədir. Biz də belə bir ideya ilə
birliyə müraciət
edərkən məqsədimiz
birliyin bu təcrübəsindən yararlanmaq
idi. Gənc Ədiblər Məktəbində
gənc yazarlar, şairlər iştirak edirsə, bizim iştirakçılarımız ədəbiyyata, mütaliəyə
həvəsli olan gənclər, müxtəlif
universitetlərin tələbləri
idi. Hansı ki, onlar yazıçı kimi deyil, oxucu kimi
ədəbiyyata, poeziyaya
maraq göstərirlər.
Fikrimcə, layihə uğurla
baş tutdu".
F.Həsənzadə qeyd edib ki, bu
zamana qədər Rəşad Məcid, Şəhriyar del Gerani, Qismət, Elçin Mirzəbəyli, Qulu Ağsəs, Fərid Hüseynlə keçirilən
görüşlərdə onu ən çox
sevindirən iştirakçıların
tanınmış yazarla
bərabər, gənclərin
də yaradıcılığına
dərindən bələd
olması, sevərək
oxuması olub.
F.Həsənzadə gələcəkdə
bu cür layihələrin davamlı
olacağını nəzərə
çatdırıb: "Gənclər
üçün Təhsil
Mərkəzi ölkənin
altı regionunda fəaliyyət göstərən
gənclər təşkilatı
olaraq, Azərbaycanda böyük bir maarifçilik hərəkatı
funksiyasını öz
üzərində daşıyır.
Bundan öncə biz iki dəfə Azərbaycan Gənclərinin Maarifçilik
Forumlarını keçirmişik.
Bizim əsas məqsədimiz dövlətçilik ənənələrimizi
gənclərimizin arasında
təbliğ etmək,
onları ziyalılarımızla
görüşdürüb onların təcrübələrindən
yararlanmaqlarına vəsilə
olmaqdır. Bu layihənin davamı sözsüz ki, olacaq. Bu ilin
sonları, gələn
ilin əvvəllərində
"Ziyalı sözü"
daha geniş formatda davam edəcək. Fikrimiz var
ki, yazıçı,
şairlərimizin özlərindən
əlavə dünyasını
dəyişən ziyalılarımızın
ailələri ilə
də görüşlər
təşkil edək".
Layihənin koordinatoru və bütün görüşlərin
ən fəal iştirakçısı Gülnar
Xəlilova da layihə ilə bağlı fikirlərini bölüşüb, bu layihənin onun dünyagörüşündə, ədəbiyyata, poeziyaya münasibətdən müsbət
təsir göstərdiyini
vurğulayıb. Layihədə qonaq olmuş
ziyalıların məsləhət
bildiyi əsərlərin
əksəriyyətini oxuduğunu,
digərlərini isə
artıq mütaliə
etməyə başladığını
deyən G.Xəlilova özü isə gənclərə bədii
kitablardan əlavə,
qəzet və jurnalları, dövri mətbuatı da yaxından izləməyi tövsiyə edib.
Sonda iki ay müddətində layihədə
iştirak edən gənclərə diplom və müxtəlif hədiyyələr təqdim
olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 28 noyabr.- S.7.