Muğam Mərkəzində Tofiq Quliyev və Emin Sabitoğlunun
mahnıları səsləndi
Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar - Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsert Mədəniyyət
və İncəsənət
Universitetinin və mərkəzin birgə təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının
və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbələri
çıxış ediblər.
Gecədə T.Quliyevin "Ey
sevincim Bakı",
"Lirik mahnı",
"Kimsən sən",
"Sən mənimsən
mən sənin",
"Qəmgin mahnı",
"Zibeydə", "Canım
Bakı, qanım Bakı", E.Sabitoğlunun
"Əlvida", "Çiçək
yağısı", "Düşürsən yadıma",
"Ayrılıq", "Kəpənək", "Belə
ola həmişə"
mahnıları, "Şükriyyə"
romansı ifa edilib.
İfaçıları Sevinc Dadaşovanın bədii rəhbərliyi ilə "Nəğməli
Bakı" ansamblı
müşayiət edib.
Xədicə
RƏHMAN
525-ci qəzet 2017.- 28 noyabr.- S.7.