Ömrün birinci mərtəbəsi
(Xosrov Natilin 60 yaşına)
1979-cu ilin dekabrı. O vaxtdan
40 ilə yaxın bir müddət keçir. Onda ağlıma gəldi
ki, Azərbaycan Yazıçılar Birliyinin
şəbəkəsini rəsmi
olaraq genişləndirim.
Gəncədə "İlham" adlı ədəbi birliyi qeydiyyatdan keçirdim.
Yaradıcı təşkilatın rəhbəri
kimi onun möhürü və başqa lazımi sənədləri mənə
həvalə olundu.
Qəzetdə elan verdim. Yer məsələsini
həll elədim.
İdeyamı səhər Alimlər
Ocağında evləşdirdim
- reallaşdırdım.
İlk yığıncağımız
dekabrın 29-da baş
tutdu. Üç nəfərin iştirakı
ilə yeni yaradılan ədəbi məclis təsis olundu. Bu üç
nəfərdən biri
indi 60 yaşını
qeyd etdiyimiz, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
tələbəsi Xosrov
Kərimov (o vaxt Natil təxəllüsünü
daşımırdı) idi.
Zahiri sakitliyi, asta danışığı, yüksək
mədəniyyəti ilə
seçilən bu qıvrım saçlı
gəncin daxilində,
sən demə, poeziyaya qarşı sönməz bir həvəs, enerji varmış. Bu enerji onu sənətin
çətin, daşlı-kəsəkli
yollarından uğurla
adladıb bu günə çatdıra
bildi.
Bu üç nəfərin
yandırdığı söz
ocağının işığına
güclü bir axın başladı. Ağrılı-incikli seçim dövrünə
keçdik. Daha istedadlı
gənclərin ədəbi-bədii
məhsulları qəzet
və jurnal səhifələrində göründü.
Öndə mərkəzi mətbuata
və xarici aləmə çıxış
dururdu.
Xosrovla birlikdə
fərqlənənlər, ön
cərgədə yer alanlar kimlərdi? Gələcəyi bəri başdan bəlli olan bir neçə istedadlı gəncin üzərində dayanacağam.
Tanıdıqlarımızla bir də tanış
olun: Nizami Aydın, Xosrov Natil, Qəşəm Nəcəfzadə, Sərvaz
Hüseynoğlu, Musa Urud,
Elçin İsgəndərzadə,
Eldar İsgəndərzadə,
Fərruxə Pərişan,
Xəzangül.
Təhsildən sonra müxtəlif məkanlı əmək fəaliyyəti başlanır. Bu, labüddür. Seçilən sahələr isə nə qədər də bir-birindən fərqlənirdi. Onlar
hansı səmtə,
hansı yana
getsələr də,
"İlham" Ədəbi
Birliyinin adını özləri ilə daşıyırdılar.
Nizami Aydın
Qarabağda erməni işğalçıları ilə
üz-üzə dayandı. Vətənsevərliyin
iki ali
məqamından birinə
- şəhidliyə qovuşdu.
Musa Urud millət
vəkili seçilib Milli Məclisə vardı. Qəşəm
Nəcəfzadə "Azərbaycan"
jurnalında, Sərvaz
Hüseynoğlu "Ədəbiyyat
qəzeti"ndə, Fərruxə
Pərişan "Gəncənin
səsi"ndə qərarlaşdılar, Xəzangül idarəçiliyə üstünlük
verdi, Eldar İsgəndərzadənin səsi
kinostudiyadan gəldi, Elçin İsgəndərzadə
Azərbaycanın Marko Polosu
kimi dünyaya səyahətdən doymadı,
Xosrov Natil hər saat təlimə
yatmayan, ram olunmayan fırtınalı Xəzər
dənizini seçdi.
Hamısı da neçə-neçə
kitabların müəllifi
idi. Bu an işığı daha çox Xosrovun üzərinə yönəldirəm.
Sanki o, günümüzün
yubilyar qəhrəmanıdır.
Xosrov Natil özəl xarakterə malik bir qələm
sahibidir. Bu xasiyyət
ona gah uğur
gətirir, gah da "ziyan" vurur. Şöhrətə
can atmaq, gözə girmək, zorla özünə birinci sırada yer eləmək onun xasiyyətinə yaddır.
O, xeyli arxaya - kölgəyə çəkilməyə
üstünlük verir.
Halbuki bu hal onun
ədəbi istedadı
və elmi biliyi ilə bir araya sığmır.
Xosrov gözəl şair olduğu kimi, gözəl də kənd təsərrüfatı
mütəxəssisidir. Onun elmi səpkili yazılarını da ləzzətlə oxumuşam.
Ona görə ləzzətlə
deyirəm ki, alim Xosrov elmi
məqalələrini şair
Xosrov sözün bədii çalarları ilə süsləyir, zənginləşdirir, əlçəkilməz
oxunaqlı hala gətirir. Görünür, müəllif Tanrının
ona bəxş elədiyi yaşam tərzinə zorakı yolla düzəliş etmək fikrində deyil.
Bu yerdə bir haşiyəyə ehtiyac duydum.
Dünənin şagirdi, bu günün müəllimi
ona çəkilən
ən kiçik zəhməti, qayğını
belə unutmur. O, rayona
dönəndən sonra
uzun illər görüşmədik. Dedim,
yəqin isti münasibətlər əriyib,
əriyib, yoxa çıxıb. Sən demə,
belə deyilmiş.
Mənim xəstəliyimlə
əlaqədar Bakı
tədbirlərinə qatıla
bilməzliyim, onun da həyatının keşməkeşli dönəmi
münasibətlərə ara verib.
Nəhayət, yazıçıların XI qurultayına
gələ bildim. Sən demə,
yetirməm həmin vaxtlar əmək fəaliyyətini paytaxtla bağlayıbmış. Mənə doğma
olan, məni ədəbi müəllimləri
sayan, əvvəldən
sözləşdiyimiz kimi,
dörd nəfər İmişli qələmçisi
- Qəşəm, Sərvaz,
Valeh Bahaduroğlu və Dayandur Sevginlə görüşdük.
Onların kiçik fasilələrlə
50 yaşla bağlı
tədbirlərində üzrlü
səbəbə görə
mən iştirak edə bilməmişdim.
İndi qurultay bizi bir
yerə yığmışdı.
Borcu qaytarmağın vədəsi
yetişmişdi. Təkid edib
onları bu yeyintili-içintili təbrikə
razı sala bilmişdim. Elə tərpənmək
istəyirdik ki, telefonuma zəng gəldi. Kim olsa yaxşıdır - Xosrov Natil. Sən demə, o, mənim qurultaya gəldiyimi öyrənib, uzun telefon axtarışından
sonra müəllimi ilə əlaqə yapa bilib. Harada olduğumu soruşdu.
Yerimi dedim. Dedi, "tərpənməyin,
bu saat özümü
çatdıraram". Onun da dəstəyə qoşulmasına
sevindim, iştirakçıların
sayı beşə qalxdı.
Çox çəkmədən Xosrov
özünü yetirdi,
görüşüb-öpüşdük. Niyyətimi
açdım:
- Vaxtında gəlmisən,
tələbələrimi razı
salmışam ki, onlara yubiley qonaqlığı verim:
Xosrov qətiyyətlə dilləndi:
- Sizi əbəs yerə aramamışam. Elə şey yoxdur. Gör neçə vaxtdır ki, görüşmürük.
Siz də mənim qonağımsınız, qonaqlarınız
da. Axı, onlar da mənim "sinif" yoldaşlarımdır. Qabaqcadan deyirəm,
etiraz qəbul olunmayacaq.
Belə qətiyyətli mövqedən
sonra etiraza yer qalmamışdı. Üstəlik, bir neçə nəfər də dəstəyə qoşuldu.
Bundan sonra mütəmadi olaraq Xosrov, istər Bakı olsun, istər Gəncə, ustadı Qərib Mehdinin qulluğunda durdu.
Xosrov vətənsevər, haqsevər insandır. Doğruluq, düzgünlük onun həyatının ölçü vahididir. Haqsevərliyə görə qələmi ilə onun arasında heç bir münaqişə olmayıb. O, qələminə yaltaqlıq dadızdırmayıb. Bu səbəbdən də şair sözünün üzünə şax baxa bilir.
Yetirməmin həm heca, həm də sərbəst vəzndə xeyli maraqlı şeirlərini oxumuşam. Onun mövzuları həyatın bütün sahələrindən gəlir. Son vaxtlar dəniz mövzulu şeirləri ilə qarşılaşdım. Çox sevindim. Dənizi bizdə az qələm sahibi yazıb. Zənnimcə, Xosrov borclu olduğumuz bu mövzunu davam etdirməlidir. Yoxsa fırtınalı, təlatümlü və qılıqlı dəniz öz həmkarını bağışlamaz. Keçmiş tələbəm poetik nümunələrinin birində deyir: "Mənə şeir yazmağı Qərib öyrətdi". Narahatlığım da bu inamla bağlıdır. İstər-istəməz onun hər bir qüsuruna və uğuruna mən də şərik olmalıyam.
Mentalitetimizdən qaynaqlanan əxlaqi dəyərlər onun uşaqlara diqqətində, böyüklərə hörmətində, dostlara sədaqətində bütün parlaqlığı ilə təcəssüm olunur. Bax, nümunəni belə adamlardan götürürlər.
İndi daha çox çoxmərtəbəli evlər ucaltmağa diqqət yetirirlər. İnsan ömrü də mərtəbəlidir. İxtiyarım olmasa da, gözücü Allahın yazısına nəzər salmışam. 60 il Xosrov Natil ömrünün birinci mərtəbəsidir. Qarşıda onu ömrünün 60 il tutumlu ikinci mərtəbəsi gözləyir.
Xosrov, inanıram ki, ömrünün ikinci mərtəbəsi - ikinci mərhələsi də vətənsevərliyinlə, haqsevərliyinlə səciyyələnəcəkdir.
26.11.2017-ci il.
525-ci qəzet.-2017.-30 noyabr.-S.8.