"Azərbaycan əlyazmaları dünya kitabxanalarında"
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Azərbaycan əlyazmaları dünya kitabxanalarında" mövzusunda II Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayan akademik İsa Həbibbəyli
2017-ci ilin ölkədə
İslam Həmrəyliyi
ili olmasını qeyd edərək, Finlandiyada, İstanbulda, Daşkənddə, Sankt Peterburqda
bununla bağlı geniş tədbirlər keçirildiyini bildirib. Akademik Qafqaz Müsəlmanları İdarəsi
və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin AMEA ilə birlikdə bir sıra tədbirlərə
imza atdığını
deyib, ölkə başçısının və
rəsmi dövlət
qurumlarının elmə
və alimlərə qayğısından da danışıb. O, son illər
Akademiyada aparılmış
islahatların nəticələri,
alimlərin sosial şəraitinin yaxşılaşdırılması
istiqamətində atılan
addımlardan söz açıb. Akademik çıxışının
sonunda konfransın işinə uğurlar diləyib, iclasların səmərəli keçəcəyinə
əminliyini bildirib.
Plenar iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi,
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların
toplanması, nəşri
və qorunub saxlanması sahəsində
son dövrdə görülən
işlərdən söhbət
açıb. Akademik dünya
kitabxanalarında Azərbaycana
aid böyük əlyazma
xəzinələrinin olduğunu
qeyd edərək, bu əlyazmalarda Azərbaycanın mədəniyyəti,
tarixi, milli-mənəvi
dəyərləri barədə
çox zəngin fakt və informasiyaların
olduğunu bildirib.
Alim həmin əlyazmaların
dünyaya tanıtmağın
vacibliyini vurğulayaraq,
bu məsələdə
beynəlxalq konfransın
mühüm rol oynayacağını qeyd edib.
Tədbirdə İran İslam
Respublikasının Təbriz
Azad Universitetinin professoru Mohəmməd Amin Sultan Ol-Qurrainin "Təbrizli
Saibin "Külliyyatı"nın
nadir əlyazma nüsxəsinin
tanıtımı", AMEA-nın Gəncə Elmi Mərkəzinin əməkdaşı, filologiya elmləri doktoru,
professor Xəlil
Yusiflinin
"Nizami Gəncəvi
əsərlərinin əlyazmaları
və elmi-tənqidi nəşrləri", Əlyazmalar
İnstitutunun elmi işlər üzrə direktor müavinləri - filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Həcc səfərləri
marşrutları xatirə
və səfərnamələrdə",
filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin
"Koroğlu"nun Paris və
Tiflis nüsxələri dünya
kitab dövriyyəsində"
və Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini Fuad Nurullayevin "Akademik Vasim Məmmədəliyevin Azərbaycanda
İslam həmrəyliyində
rolu" mövzusunda məruzələri dinlənilib.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında
davam etdirib. İclaslarda 30-dan çox elmi məruzəsinin dinlənilib
müzakirə olunması
nəzərdə tutulur.
525-ci qəzet.-2017.-30 noyabr.-S.3.