Öz işimlə qürur duydum

 

REYHAN RÜSTƏMOVA: “BU KİTAB SƏRGİ-YARMARKASI MƏNİ XEYLİ RUHLANDIRDI”

 

 

Bakıda keçirilən V Beynəxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycandakı bir neçə səfirlik öz ölkələrini təmsil etdilər.

 

Bu iştirakçılar arasında Türkiyə Səfirliyinin Mədəniyyət Tanıtma Müşavirliyi nəzərə çarpacaq qədər fəal idi. Rəsmi nümayəndə dəvətlilərdən əlavə, Türkiyəni sərgidə könüllü təmsil edənlər vardı. Onlardan biri olan Reyhan Rüstəmova ilə ayaqüstü söhbətləşdik:

 

- Təmsil etdiyim Türkiyə nəşriyyatları sırasında üç yayım evi var - "Nar", "Yuva" "Yeni insan" yayınları.

 

- Sərgidə xeyli adam vardı. Üç gün ərzində hər kəs yolunu Bakı İdman Oyunları sarayından saldı. Bəs burada kitaba olan münasibət sizi qane etdimi?

 

- Sərgidə gördüyüm mənzərə həqiqətən heyrətləndirici sevindirici idi. İnsanlarda hələ kitaba qarşı sevginin olduğunu, bu sərginin maraqla qarşılandığını gördüm. İlk iki gün daha çox siyasi kitablara maraq göstərildiyini onlara alıcı tələbatı olduğunu deyə bilərəm. Ancaq sərginin son günü daha çox uşaq kitabları alındı. Həmin uşaq kitabları mənim burada təmsil etdiyim "Nar" "Yuva"nın nəşrləri idi. Azərbaycan oxucusuyla yanaşı, buradakı xarici oxucularda da Türkiyə türkcəsində olan kitablara ciddi maraq müşahidə etdim.

 

- Bəs, sizcə, kitabların qiyməti əhalinin cibinə uyğun idimi?

 

- Məncə, kitabların qiyməti insanların büdcəsinə uyğun idi, hər kəs razılıqla qayıdırdı sərgidən. Büdcəsinin məhdudluğunu deyən alıcılara da endirimlər etməyə çalışdıq. Güman edirəm ki, oxucuların ürəyincə oldu. İnsanlarda kitab sevgisini kitablar haqqında məlumatlar əldə etmə istəyini görmək çox sevindiricidir. Xalqımız ədəbiyyata bağlı xalqdır. Arada, müəyyən proseslərə görə səngimələr olsa da, heç vaxt kitabdan uzaqlaşmamışıq.

 

- Gənclər özləri dövlət qurumlarının dəstəyi ilə belə sərgilər təşkil edə, bu yöndəki təşəbbüslərini, fəaliyyət imkanlarını həyata keçirə bilərlər. Sizin fikrinizcə, çağdaş Azərbaycan gəncliyində bu potensial bacarıq varmı?

 

- Əlbəttə, gənclərin ictimaiyyət üçün təşkil etdiyi proqramlar, tədbirlər həm onların özünə, həm cəmiyyətimizə çox faydalıdır. Müasir Azərbaycan gəncliyi çox fəaldır, təşəbbüskardır. Onlarda bu kimi tədbirləri həyata keçirmək üçün yetərincə həvəs, imkan bacarıq var.

 

- Türkiyə üzrə regionşünaslıq oxuyursuz. Öyrəndiyiniz ölkəni belə bir tədbirdə təmsil etmək necə hissdir?

 

- Öyrəndiyim ölkəni təmsil etmək, oranın insanları ilə yaxından tanış olub ünsiyyət qurmaq çox gözəldir. Öz işimlə qürur duydum sərgi boyu. Bu kitab sərgi-yarmarkasında iştirakım məni xeyli ruhlandırdı. Təbii ki, digər təmsilçilərin də burada zəhməti böyük oldu.

 

Məhəmməd TURAN

 

525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.8.