Milli mədəni irsimizlə bağlı sanballı nəşr

 

"AZƏRBAYCAN MUSİQİ TARİXİ"NİN İKİNCİ CİLDİ TƏQDİM OLUNDU

 

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çoxcildli "Azərbaycan musiqi tarixi" kitabının ikinci cildinin təqdimat mərasimi keçirilib.

 

Təqdimatda AMEA-nın əməkdaşları, tanınmış ziyalılar media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə kitabın layihə rəhbəri elmi redaktoru akademik Zemfira Səfərovanın musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açılıb, tədqiqatları yüksək qiymətləndirilib.

 

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çoxcildli "Azərbaycan musiqi tarixi" kitabını çağdaş ümumtürk mədəniyyətində ən önəmli hadisələrdən biri kimi səciyyələndirib: "Bu gün biz müstəqillik dövrümüzün ən önəmli tarixi faktlarından birinin təqdimat mərasimini keçiririk. Bu kitab həm böyük kollektivin birgə əməyi, həm çoxillik axtarışların nəticəsində araya-ərsəyə gəlib. Zemfira xanım uzun illərdir ki, Azərbaycanın musiqi tarixini ciddi sistemli şəkildə araşdırır, öyrənir. O, təkcə Azərbaycanda deyil, eləcə bütün dünyada musiqişünaslığın öncül nümayəndəsi, görkəmli tədqiqatçı hesab olunur. Onun bu sahəyə həsr olunmuş məqalələri, araşdırmaları tez-tez dövri mətbuatda çap edilir. Bu çoxcildlikdə milli musiqimizin, qopuzdan başlamış müasir əsərlərə ifalara qədər, uzun zəngin inkişaf yolu öz əksini tapıb. Bu kitab ümumtürk musiqi tarixinin üstün nüsxəsi, musiqi tariximizin mühüm hadisəsidir".

 

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə görkəmli alim Z.Səfərovanın klassik Azərbaycan musiqisini Şərq musiqi kontekstində tədqiq etməsini yüksək qiymətləndirib, ona nəşrin yaradıcı kollektivinə uğurlar arzulayıb: "Zemfira xanım keçirdiyi bütün tədbirlərdə bizi yeni tapıntıları, araşdırmaları ilə heyrətə salır. Heç təsadüfi deyil ki, o, uzun illərdir böyük bir kollektivə rəhbərlik edir o həmin kollektivin sayəsində yeni-yeni kitablar yazılır, araşdırmalar aparılır böyük musiqişünaslar ordusu yaranır. Bu kitab Azərbaycan musiqi tarixinin böyük bir salnaməsidir. Burada musiqi tariximizlə bağlı bilinməyən, ya da dəqiqliyi şübhəli olan faktlara aydınlıq gətirilib. bu faktlar bizim musiqimizlə bağlı bilgilərimizi artırır, dolğunlaşdırır".

 

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, kitab Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olmaqla bərabər, çox mühüm praktiki əhəmiyyətə malikdir: "Musiqimizə, musiqi tariximizə göstərilən bu diqqət, qayğı çox sevindirici haldır. Bu əsər təkcə bu tarixi əks etdirən dəyərli material deyil, həmçinin gənclər, mədəniyyət incəsənət tədqiqatçıları üçün dəyərli mənbədir. Kitab Zemfira xanımın çoxillik gərgin fəaliyyətinin, davamlı zəhmətinin bəhrəsidir. Onun 30 kitabı, 200-dən artıq məqalələri məhz musiqişünaslıqla bağlı olsa da, ümumilikdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bilavasitə təsir göstərir".

 

Kitabın rəyçisi, professor Tariyel Məmmədov nəşrin məhdud tirajla çapından söz açıb, daha geniş oxucu auditoriyasına təqdim olunması üçün elektron formada hazırlanmasının vacibliyinə diqqət çəkib.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə "Azərbaycan musiqi tarixi" kitabının üçüncü cildinin nəşrə hazırlandığını deyib.

 

ABİ-nin katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov Z.Səfərovanın elmi yaradıcılığının əhəmiyyətindən, təqdim olunan əsərlərin məziyyətindən, Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı kitabların müstəsna rolundan söz açıb.

 

Sonda bu nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirən Z.Səfərova kitab haqqında da məlumat verib: "Çox təəssüf edirəm ki, musiqişünaslıq, adətən, digər sahələrlə müqayisədə bir qədər kölgədə qalır. Həmişə bəstəkarlar, ifaçılar önə çıxsa da, onlar haqqında yazan, araşdıran musiqişünaslar diqqətdən kənarda olur. Azərbaycan musiqi tarixini yazmaq mənim ən böyük arzum idi. Çünki tarixinə sahib çıxmayan xalqın yaratdıqları əsərlərə əl uzadanlar çox olur. Birinci cilddə ən qədim dövrdən XX əsrə qədərki musiqi tariximiz əhatə olunmuşdu. Bu cilddə isə musiqi tariximiz Üzeyir Hacıbəylidən başlayır. Burada XX əsrin əvvəllərindən fəaliyyətə başlamış bəstəkarlarımızın, xronoloji sıra ilə, yaradıcılıq portretləri, onların həyat fəaliyyəti araşdırılıb". Layihənin rəhbəri onu da qeyd edib ki, musiqi tariximizin bəhs edilən dövrü böyük bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Asəf Zeynallı o vaxt Bakıda yaşayıb fəaliyyət göstərən məşhur sovet bəstəkarı M.R.Qliyer, görkəmli bəstəkarlarımız Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın adıyla bağlıdır.

 

Tədqiqatın girişində sonrakı hissələrində mədəniyyətimizdə, musiqimizdə baş verən hadisələrin aydın inikası, əsasən opera operetta kimi janrlar haqqında mübahisələrin, diskusiyaların geniş müzakirəsi təhlili təqdim edilir. Kitabda bu dövrün görkəmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Məmmədova, Q.Almaszadə, R.Behbudov başqaları haqqında məlumat verilir, nadir fotolar, musiqi nümunələri təqdim olunur.

 

Kitabı vərəqlədikcə dahi bəstəkarlarımızın, Azərbaycan musiqisinin ölməz nümayəndələrinin həyat yaradıcılığını əks etdirən oçerklərlə tanış oluruq. Hər bir müəllif tədqiq etdiyi sənətkar haqqındakı araşdırmasında maraqlı məlumatlara yer verib.

 

İlk oçerkin müəllifi Z.Səfərova dahi Üzeyir Hacıbəyli haqqında yazır: "XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri Üzeyir Hacıbəylidir. Ona Şərq Qərb musiqi mədəniyyətləri arasında keçilməz səddi aradan götürmək, Azərbaycan musiqisinin gələcək inkişaf yolunu estetik prinsiplərini müəyyənləşdirmək nəsib olmuşdur. Yer kürəsində milyonlarla insan Ü.Hacıbəyli musiqisinə qulaq asaraq bütün kökləri ilə öz xalqının folkloruna  bağlı olan dünya musiqi mədəniyyətinin nailiyyətlərini mənimsəyən sənətkarın yaradıcılığına bələd olurlar. Bu yaradıcılıqla Şərqin Qərbin musiqi ənənələrinin vəhdəti parlaq bədii obrazlarla əks olunmuş, yüksək humanizm idealları, xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir".

 

Kitabda Üzeyir Hacıbəylidən sonrakı oçerk dahi bəstəkar, maarifçi, ictimai xadim Müslüm Maqomayev haqqındadır. Ülkər Talıbzadənin qələmə aldığı oçerkdə bəstəkarın həyat yaradıcılığı ilə yanaşı, "Şah İsmayıl" "Nərgiz" operaları haqqında geniş məlumatlar var. Burada xüsusi qeyd edilib ki, Azərbaycan xalq musiqi yaradıcılığının toplanmasında, Üzeyir Hacıbəyli ilə birgə, M.Maqomayev əvəzsiz xidmətlər göstərib: "Bəstəkar ümumiyyətlə 300-dən artıq xalq mahnısı toplayıb nota salmış, bəzilərini isə səs orkestr üçün işləmişdir. Onun şəxsi arxivində 100 mahnı rəqs havasından ibarət, nəşrə hazırlanmış "Azərbaycan el musiqisi. Xalq mahnıları" toplusu (1927) saxlanılır. Burada toplanan mahnılar janr mövzu baxımından müxtəlif olsa da, çox hissəsini məhəbbət lirikası təşkil edir: "Küçələrə su səpmişəm", "Gül bağçalar", "O xal xaldır", "Səndən mənə yar olmaz" başqaları".

 

R.Rzaquliyeva istedadlı musiqiçi-bəstəkar Asəf Zeynallı haqqında oçerkində deyir: "A.Zeynallının musiqisi xəlqidir... O, öz yaradıcılığında Avropa musiqi mədəniyyətində dərin həyatı ümumiləşdirilmələrinin ifadə vasitəsi kimi təsdiqini tapan klassikmilli-xalq anlamlarının qarşılıqlı əlaqəsi ideyasını həyata keçirirdi".

 

G.Vəzirova bəstəkar, dirijor, ictimai xadim Əfrasiyab Bədəlbəyli haqqında dəyərli tədqiqat nümunəsi ərsəyə gətirib. Bu araşdırma nəticəsində öyrənirik ki, Ə.Bədəlbəyli uzun illər bəstəkarlıq və dirijorluq, pedaqoqluq fəaliyyəti ilə yanaşı, publisistikayla da məşğul olub: "Əfrasiyab Bədəlbəyli dəfələrlə bəstəkarların ümumittifaqrespublika qurultaylarına nümayəndə seçilmiş, həmçinin, "Ədəbiyyat və incəsənət", "Elm və həyat" qəzetlərinin redaksiya heyətinin üzvü olmuşdur. Bu nəşrlərin səhifələrində onun rəyləri, Azərbaycanın musiqi həyatını əks etdirən tənqidi və problemli məqalələri dərc olunmuşdur".

 

Azərbaycan musiqisində ilk qadın bəstəkar, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığı haqqındakı araşdırmalar da xüsusi diqqət cəlb edir. H.Babayevanın qələmə aldığı oçerkdə xanım bəstəkarın mahnı, romans və digər janrlarda yazdığı əsərlərdən söz açılır. Tədqiqatçı yazır: "Ağabacı Rzayevanın ən gözəl mahnılarında dövrünün, müasirlərinin həyatı, fəaliyyəti, hiss və həyəcanları əks olunmuşdur. Sadə insanların - neftçilər, pambıqçılar, əmək qəhrəmanlarının obrazları canlandırılmışdır. "Çoban Qara", "Muğan qızı", "Neftçi Qurban", "Neftçilər mahnısı" buna gözəl misaldır". Yazıda qeyd edilir ki, bu günə qədər el şənliklərimizdə, toy-düyünlərdə gəncləri sevindirən "Evimizə gəlin gəlir", "Toy mahnısı", "Barmağıma üzük tax" mahnıları da Ağabacı Rzayeva yaradıcılığının bəhrəsidir.

 

Qeyd edək ki, tədbirdə akademik Z.Səfərovanın "Azərbaycan musiqi elmi" əsəri də təqdim edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.6.