Milli Mətbuat tarixinə layiqli töhfə
Hər bir xalqın milli-mədəni,
ictimai-siyasi inkişafında
müstəqil media və
milli mətbuatın müstəsna xidmətləri
var.
Çox
böyük nailiyyətdir
ki, Azərbaycan xalqı XIX əsrin sonlarına doğru milli mətbuatın intişarına nail ola bilmişdir. 1875-ci
ilin iyul ayının 22-si "söz
və fikir zadəganı" kimi böyük hörmət və şöhrət sahibi olan Həsən
bəy Zərdabinin səyi nəticəsində
işıq üzü
görən "Əkinçi"
qəzeti ilə Azərbaycan milli mətbuatının əsası
qoyulmuşdur. Sonradan bu
böyük fikir adamının əməllərini
davam etdirən Azərbaycanın görkəmli
ziyalıları milli mətbuatın möhkəm
təməllər üzərində
inkişafına şərait
yaratmış, milli mətbuat və jurnalistika ənənələri
formalaşdırmışlar.
"Şərqi-rus", "Füyuzat", "Molla Nəsrəddin" və
digər mətbuat orqanları Azərbaycan milli mətbuatı və jurnalistikasının
inkişafına əvəzsiz
töhfələr vermişdir. Azərbaycan milli
mətbuatı, jurnalistikası
və publisistikasının
inkişafında Naxçıvan
ziyalılarının da
rolu müstəsnalıq
təşkil edib.
AMEA Naxçıvan Bölməsinin
şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun müəllifliyi ilə çapdan çıxan
"Naxçıvan ziyalıları
Azərbaycan mətbuatında
(XX əsrin əvvəlləri)"
adlı kitabda məhz
Azərbaycan mətbuatının
inkişafında mühüm
xidmətlərilə geniş
şöhrət qazanmış
görkəmli publisist
və qələm sahiblərinin yaradıcılıq
fəaliyyəti haqqında
bəhs olunmuşdur.
Kitab ulu öndər Heydər Əliyevin Azərbaycan milli mətbuatı haqqında deyilmiş müdrik fikirləri ilə başlayır. Kitabda ön söz yerinə yazılan "Mütərəqqi ictimai ideallar carçısı
- milli mətbuat: yaranışı və inkişafı" adlı
giriş mətnində
Azərbaycan milli mətbuatının keçdiyi
şərəfli inkişaf
yolu və bu inkişafa milli yön verən, intişarına daha da rəvac
qatan Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin misilsiz xidmətləri, uğurla
davam etdirilən siyasi kurs barəsində
bəhs edilmişdir.
Olduqca əhatəli, müfəssəl
və səlis şəkildə fəaliyyətləri
təqdim və təhlil edilən əsərdə görkəmli
ziyalılar arasında
Məhəmmədağa Şahtaxtılı,
Cəlil Məmmədquluzadə,
Əliqulu Qəmgüsar,
Behbud ağa Şahtaxtinski, Məmmədəli
Sidqi barəsində ayrıca məlumatlar yer almışdır. Məhəmmədağa Şahtaxtılının Azərbaycan ictimai fikir tarixində alim, ziyalı, dilçi, siyasətçi,
diplomat, tərcüməçi olmasından başqa, həm də görkəmli naşir, publisist və mətbuat xadimi olduğu da müfəssəl məlumatlarla
təqdim edilmişdir.
Onun bilavasitə səyi və əməyi sayəsində
XX əsr Azərbaycan
milli mətbuatında
ilk anadilli və gündəlik qəzet olan "Şərqi-rus"
qəzetinin çap edildiyi, habelə bu mətbuat orqanında çoxsaylı
ziyalıların fəaliyyət
göstərdiyi, Azərbaycan
xalqının tarixi taleyi ilə bağlı aktual və vacib mövzularda
məqalələr nəşr
olunduğu haqda ətraflı şəkildə
bəhs edilmişdir. Məhəmmədağa Şahtaxtılının həm də Azərbaycan mətbuat tarixində, akademik İsa Həbibbəylinin də qeyd etdiyi
kimi, siyasi publisistikanın banisi olduğundan bəhs olunmuş, bu görkəmli ziyalının
naşirlik fəaliyyətindən
danışılmışdır. Məhəmmədağa Şahtaxtılının öz ata-baba yurdunu satıb xalqına xidmət yoluna, qəzet nəşrinə və nəşriyyat işinə
sərf edən ilk maarifpərvər ziyalılardan
biri olduğu barədə ətraflı
söhbət açılmışdır.
Əsərdə haqlı olaraq bəhs edilir ki, Cəlil Məmmədquluzadənin nəşrinə
nail olduğu "Molla
Nəsrəddin" jurnalı
ümumən Şərq
və türk dünyasında ilk rəngli,
şəkilli, yumoristik-satirik
mətbuat orqanı olmuşdur. Bu mətbuat orqanı özünün
25 illik fəaliyyəti
dönəmində Tiflis, Bakı
və Təbriz olmaqla Azərbaycanın tarixi ərazilərini birləşdirici ideya ilə çıxış
edən Azərbaycançılığın
cəbbəxanası kimi
fəaliyyət göstərmişdir.
Öz adı ilə məktəb formalaşdıran
"Molla Nəsrəddin"
həm ədəbiyyat,
həm publisistika, həm də mətbuat və jurnalistika peşəsinə
yeni inkişaf qatan, özünəməxsus
ənənələrlə zənginləşdirən bir
mətbuat orqanı olaraq yadda qalmışdır.
Sadə xalq dilində yazmaqla elmi, maarifi xalqa
endirən, ziyalılarla
xalqı birləşdirən,
azad vətən, vahid millət, müstəqil dövlət
ideyası ətrafında
fəaliyyət quran bir mətbuat orqanı olan "Molla Nəsrəddin" və mollanəsrəddinçi
ziyalılar Azərbaycan
ictimai fikrində istiqlal düşüncəsi
və milli oyanışın əldə
olunmasına ən çox xidmət göstərən mətbuat
orqanı və mətbuatçılar olaraq
bəhs olunmuşdur.
Kitabda Azərbaycan mətbuatında siyasi məzmunlu məqalə və fikirlərlə cəsarətlə çıxış edən bir publisist kimi geniş şöhrət qazanmış məharətli diplomat, ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinski və onun "Molla Nəsrəddin" jurnalının rus dilində ənənələrini davam etdirən "Baraban" jurnalındakı fəaliyyəti, digər mətbuat orqanlarındakı xidmətləri və məqalələrinin məğzi barəsində təqdim və təhlil aparılmışdır. Burada, həmçinin "Molla Nəsrəddin" jurnalının ikinci redaktoru kimi şöhrət qazanmış istedadlı jurnalist Əliqulu Qəmgüsar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan, "Molla Nəsrəddin" ənənələrini davam etdirən "Şeypur" jurnalının redaktoru olmuş Məmmədəli Sidqidən əhatəli şəkildə bəhs olunmuş, tədqiq və təhlillər yer almışdır.
Ümumiyyətlə, bu kitab Naxçıvan ziyalılarının Azərbaycan mətbuatının inkişafındakı rolunu təfərrüatlı şəkildə əks etdirməyə çalışan bir tədqiqat əsəridir. Kitabda xeyli sayda ümumiləşdirici fakt və məlumatlar yer almışdır. Bir sözlə, çoxsaylı Naxçıvan ziyalılarının XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixində oynadıqları rol, tutduqları mövqe kitabın başlıca qayəsi, əsas məğzi, aparıcı ideyasıdır. Kitabın elmi redaktoru görkəmli elm adamı, akademik İsa Həbibbəylidir. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən kitabda təqdim olunan fakt və materiallar, ümumiləşdirilən məlumat və aparılan təhlillər mətbuat tarixi, ümumən görkəmli Azərbaycan ziyalıları Məhəmmədağa Şahtaxtılı, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmgüsar, Behbud ağa Şahtaxtinski, Məmmədəli Sidqi və başqaları haqqında maraqlanan oxucu kütləsi və ziyalılar üçün maraq doğura bilər. Ümumiyyətlə, milli mətbuat və jurnalistika tariximizə həsr olunan kitab milli mətbuat tariximizin təqdiqi üçün qiymətli nəşrlərdən, əhəmiyyətli töhfələrdən biri hesab edilə bilər.
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.-
4 oktyabr.- S.4.