Ədəbiyyatımızda milli düşüncə konsepsiyası və azərbaycançılıq haqqında layiqli əsər

 

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra xüsusilə, aktuallıq qazanan Azərbaycançılıq ideologiyasına alimlər daha çox həssaslıqla yanaşır, ulu öndər Heydər Əliyevin banisi olduğu milli ideologiyaya aid bir-birindən sanballı elmi əsərlər həsr edirlər.

 

Bu sahədə ortaya çıxan hər bir elmi əsər öz əhəmiyyəti sanbalı ilə maraq cəlb edir. Bu sahədəki elmi nailiyyətlər artıq müstəqil elm sahəsi kimi Azərbaycanşünaslığı yaradıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllif olduqları "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası Azərbaycançılıq ideologiyası" adlı "Elm Təhsil" nəşriyyatında dərc olunmuş monoqrafiya da ilk növbədə mövzunun aktuallığı baxımından marağa səbəb olur. Fikrimizcə, Azərbaycan ədəbiyyatında milli düşüncənin yaranması, keçdiyi inkişaf yolu milli ideologiya kimi formalaşmasından bəhs edən bu əsər Azərbaycan xalqı var olduqca daim müraciət olunacaq öz elmi dəyərini itirməyəcək mənbələrdən biri olacaq.

 

Monoqrafiyanın elmi redaktoru görkəmli elm adamı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycanşünaslıq sahəsinin ciddi tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

 

Monoqrafiyanın əvvəlində Azərbaycan xalqının ümummilli lideri, Azərbaycançılıq ideologiyasının banisi dahi lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycançılığın sütunlarına çevrilən müdrik fikirləri təqdim olunub. Ulu öndərin Azərbaycançılığın şəhadətnaməsi hesab edilən "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı, eləcə Azərbaycançılıq haqqındakı ən məşhur digər fikirləri diqqət mərkəzinə çəkilib.

 

Monoqrafiyanın "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası: milli mənsubiyyət milli dəyərlər" adlanan birinci fəsli daha çox öz elmi nəzəri əhəmiyyəti, aparılan araşdırmaların genişliyi, edilən təhlillərin analitikliyi, ortaya çıxarılan əhəmiyyətli nəticələr ifadə edilən dolğun fikirlərlə diqqəti cəlb edir. Bu fəsildə, ümumiyyətlə, "İdeologiya nədir?" Azərbaycançılıq ideologiyası anlayışları barəsindəki qənaətlərə, bu sahənin tədqiqatçılarının fikirlərinə istinadən ümumiləşdirmələr aparılmış, yeni, orijinal fikirlər deyilmişdir. Müəlliflər belə qənaətə gəlirlər ki, Azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi XIX əsrin sonu, XX əsrin əvvəllərində ortaya çıxsa da, milli mənsubiyyət, Azərbaycançılıq düşüncəsi Azərbaycan xalqının var olduğu müddətcə mövcud olmuşdur. Müəlliflər çox haqlı olaraq Azərbaycan şifahi xalq ədəbiyyatı digər bədii nümunələrdə, xüsusilə Azərbaycan xalqının ana abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında mövcud olan, özünə yer tapan milli mənsubiyyət düşüncə konsepsiyası, Azərbaycançılıq ideyasınının mənbəyini araşdırmış, olduqca maraqlı faktlar nümunələr təqdim etmişlər. Monoqrafiyada haqlı olaraq bu nəticə əksini tapmışdır ki, konkret olaraq azərbaycanlı ifadəsi işlədilmədən istər şifahi xalq ədəbiyyatı nümunələrində, istərsə yazılı mənbələrdə bu xalqa mənsubluğun fəxarət qürur duyğuları öz əksini tapmışdır. Qətiyyətlə bildirilir ki, qədim tarixə zəngin ənənələrə malik Azərbaycan şifahi yazılı ədəbiyyatı milli düşüncə Azərbaycançılıq ruhu ilə yoğrulmuşdur. Müəlliflərin qeyd etdiyi kimi, ədəbiyyatımızda "konkret olaraq Azərbaycan, azərbaycanlı ifadələri işlədilmədən lap şifahi xalq düşüncəsi ədəbiyyatından başlayaraq ta qədimlərdən Azərbaycançılıq dəyərləri mövcud olmuşdur". Heç təsadüfi deyildir ki, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gedən yol XX əsrin əvvəllərində bir sıra mətbuat orqanlarının, xüsusən "Molla Nəsrəddin" jurnalının fəaliyyəti Azərbaycan ədiblərinin milli özünüdərk, azadlıq, istiqlaliyyət uğrunda apardıqları mübarizə, təbliğ etdikləri ideyalar yaradılan mənəvi mühitdən keçmişdir.

 

Bu fəsilə həm məzmunu ilə maraq doğuran öz əhəmiyyətilə diqqəti cəlb edən bölmələr daxil edilmişdir. Bu bölmələrdə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik ideologiyası olan Azərbaycançılıq ideyasının inkişafına milli ideologiya olaraq bitkinləşməsi formalaşmasına göstərdiyi misilsiz xidmətlərdən bəhs edilmişdir. Burada həmçinin bütün dünya azərbaycanlılarının əbədi lideri olan ulu öndər Heydər Əliyevin milli ideologiyamız olan Azərbaycançılıq haqqındakı dəyərli fikirlərinə, çox mühüm əhəmiyyət təsirə malik olan Azərbaycançılıq dərslərinə geniş yer verilmiş, "Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsi", "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət bayrağı", "Ulu öndər Heydər Əliyev siyasətində ana dili milli dil siyasəti" adlı bölmələr daxilində maraqlı tədqiqatlar aparılmış, milli dəyərlərin Azərbaycançılıq milli ideologiyası içərisində tutduğu mövqe əhəmiyyətli yer, bu dəyərlərə dövlət səviyyəsində göstərilən qayğı s. tədqiqat obyektinə çevrilmiş, əhəmiyyətli diqqətəlayiq qənaət nəticələr ortaya qoyulmuşdur. Nəticə olaraq birmənalı şəkildə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin ideoloqu bütün dünya azərbaycanlılarının əbədi lideri, Azərbaycançılıq dəyərlərinin hamisi ən sədaqətli daşıyıcısıdir.

 

Monoqrafiyanın "Azərbaycanın milli istiqlal ədəbiyyatı" adlanan ikinci fəslində milli istiqlal düşüncəsi, dəyərləri və hisslərinin yaşadılmasına öz yaradıcılıqları ilə misilsiz töhfələr verən görkəmli şair və yazıçılardan bəhs edilir. Burada XX əsrdə yaşayıb yaratmış milli istiqlal ədəbiyyatının ağsaqqalı və öndəri Cəlil Məmmədquluzadənin, tarixi romanlar ustası Məmməd Səid Ordubadinin, istiqlal şairi, dövlət müstəqilliyinin tərənnümçüsü Əhməd Cavadın, əsərləri Azərbaycançılığın açıq kitabı olan Mir Cəlalın yaradıcılıqlarında istiqlal düşüncəsi, milli azadlıq, milli mənsubiyyət və dəyərlər araşdırılaraq öz əksini tapmışdır. İkinci fəslin bilavasitə davamı olan və "Müasir Azərbaycan ədəbiyyatında Azərbaycançılıq məfkurəsi və milli istiqlal düşüncəsi" adlanan üçüncü fəsildə isə, ümumiyyətlə, milli istiqlal hərəkatı və düşüncəsinin inkişafında misilsiz xidmətləri olan, istiqlal şairləri kimi ədəbiyyat tarixinə düşən türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə və Məmməd Arazın, o cümlədən, böyük Azərbaycan şairi, milli yaddaşı Cənubi Azərbaycanda yaşadan və təbliğ edən vətənpərvər şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıqlarında milli düşüncə və Azərbaycançılıq məfkurəsinin təcəssümündən söz açılmışdır.

 

Monoqrafiyanın nəticə hissəsində bu qənaətə gəlinmişdir ki, Azərbaycan xalqının formalaşma tarixi qədər qədim bir tarixə malik olan  Azərbaycançılıq məfkurəsi XX əsrin əvvəllərində ümummmili hərəkata çevrilmiş, Azərbaycan xalqı və torpağının siyasi cəhətdən müstəqillik qazanmasına vəsilə olmuşdur. Azərbaycançılıq məfkurəsi ümummilli ideologiya olaraq bütün dünya azərbaycanlılarını vahid vətən, vahid dövlət, vahid amal, vahid dəyərlər və vahid rəhbər ətrafında birləşdirmişdir.

 

Ümumiyyətlə, haqqında bəhs edilən "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası" adlı monoqrafiya təkcə alimlər, mütəxəssislər, siyasət adamları, jurnalistlər, müəllimlər, tələbələr üçün deyil, ümumən geniş oxucu kütləsi üçün maraq doğuran bir əsərdir. İstifadə edilmiş ədəbiyyatlardan, gətirilən məzmunlu sitatlardan aydın görünür ki, müəlliflər bu günə qədər tədqiqat mövzusu ilə əlaqəli olan bütün ədəbiyyatları, mənbələri böyük məsuliyyət və həssaslıqla araşdırmağa çalışmış, bu mövzuda müəyyən fikirlər demiş hər bir alimi, hər bir fikir adamını hörmət və ehtiramla, tədqiqatçı ədəbi ilə diqqətdə saxlamışlar. Beləliklə, filologiya üzrə fəlsəfə doktorları dosent Ramiz Qasımov və dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduqları "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası" adlı monoqrafiyanın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inanır, bu sahəyə öz töhfəsini verəcəyini düşünürük.

 

Aygün ORUCOVA

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi

 

 

525-ci qəzet.- 2017.- 5 oktyabr.- S.7.