Aşıq Ələsgərin çap olunmuş
kitablarında getməyən şeirləri
XX yüzilliyin 20-ci illərindən
Aşıq Ələsgərin
poeziya çələngi
dəfələrlə kitab
şəklində, folklor
örnəklərinə həsr
olunmuş toplularda dərc olunub.
Bu sahədə müqtədir
alimlərimizdən Hümmət
Əlizadə, Məmmədhüseyn
Təhmasib, Əhliman
Axundov, Mürsəl Həkimov, İslam Ələsgər və başqaları misilsiz xidmətlər göstərib,
böyük zəhmətlərə
qatlaşıb, dövrün
tanınmış ustad
aşıqlarından söhbətlər
əsnasında çox
dəyərli müxtəlif
janrlarda qoşulmuş
şeirlərini - qoşma,
gəraylı, müxəmməs,
təcnis, divani və bu kimi
şifahi söz incilərini toplayıb aşığın zəngin
bədii irsini çap etdiriblər. Əyanilik üçün aşığın
şeirləri toplanılan
aşıqların və
folklorsevərlərin adlarını
çəkmək ədalətli
olardı.
Qazax rayonunun İkinci Şıxlı kəndindən
olan Aşıq Məhəmməd, Aşıq
Sadıq (Göyçə,
Böyük Qaraqoyunlu),
Aşıq Talıb (Aşıq Ələsgərin
oğlu), Aşıq Ağayar (Aşıq Ələsgərin şəyirdlərindən
biri, Zodlu), Aşıq Haqverdi Talıb oğlu, Qaraçıoğlu İbrahim,
Aşıq Saleh (Bala Qaraqoyunlu), Aşıq Qara (Gəncə), Aşıq Nəcəf (Daşkəndi),
Aşıq Həsən
(Gədəbəyli), Aşıq
Mehdi (Göyçə,
Qanlı kəndi), Aşıq Ədalət Nəsibov, Aşıq Rəhim (Şişqayalı),
Əbdüləli Kərimov
(Ardanışlı), Aşıq
Məhəmməd Həsənov
(Kəvər, Ağzıbir
kəndi), Rəhim Hacıyev (Göyçə,
Zod kəndi), Qaytaran Əsgərov (Qızılvəngli, sonralar
Gədəbəyin Arıqıran
kəndində yaşamışdır).
Bu sətirlərin müəllifinin
- əslən Göyçənin
Yarpızlı kəndindən
olan 40 ildən artıq aşıqlıq
sənətinə şərəflə
xidmət etmiş Aşıq Oruc Əhmədovun (1920-1976) əlyazmaları
içərisində, repertuarında
yer alan, Aşıq Ələsgərin
bu günədək kitablarına düşməyən
şeirlərini burada
vermək istərdim.
Bu şeirlərin bəzilərinin
məzmunu islam
dini ilə, şəriətlə bağlı
olduğu üçün
çox güman ki, həmin səbəbdən çapa
təqdim olunmayıb,
Sovet dövründə
şəriətə, dinə
aid əsərlərin, həm
nəzmlə, həm də nəsrlə olan əlyazmaların çapı qadağan idi.
Aşıq Ələsgər
1. Şahi-Heydəri
Könül, nə zaman ki, düşdün zillətə,
Sidqi dillə
çağır, Şahi-Heydəri.
Qeyzə
gəlib bir əl ilə götürdü,
Səksən min batmanlıq babi-Xeybəri.
Həsəni-müştəba aləm rəhbəri,
Hüseyni-şəhiddi mahi-məhvəri.
İmam
Zeynalabdin dillər əzbəri,
Ona qurban dedim bu
şahi-səri.
Məhəmmədbağıra var iltimasım,
Cəfəri-Sadığa bağla xilasın.
Borcluya zamındı Museyi-Kazım,
Qurtarıb müşküldən çox
zəlilləri.
Qərib
imam Rza Xorasan şahı,
Sidqinən çağıran heç
çəkməz ahı.
Məhəmmədtağıdı aləm
pənahı,
Qoyma darda məni zəlil, müstəri.
Əliəl-Nağıdı aləmdə əla,
Min dərdinə dərman
verir mübtəla.
İstəsən ki, müşkül
işin həll ola,
Sidqi dillə
çağır Həsən
Əsgəri.
Sahibi-şəninə gəlibdi surət
Möminlər hüsnünə verir
salavat,
Yolum ərəsətdə, etmə
xəcalət,
Yandırma oduna sən Ələsgəri.
2. Getdi
Xudayi ləm-yəzəl, həyyü-lamizəl,
Çarx vurdu, dolandı zamana, getdi.
Vəhdu la şərikdi, əhli-beytməkan.
Qəhr edib işrəti cahana getdi.
Kəc oldu nizamdan çarxı
biyqərim
(rəhbərim)
Dağıldı başımdan dəmli gövhərim.
Dolandırdı camı bəhrilə
bərim
Çəkdiyim zəhmətim əfsana getdi.
Ələsgərəm, çəkdim dərdi-qəm, vərəm
Xahiş eyləmişdim, namə göndərəm.
Dolmuşam, əmoğlu, fikrə
rəhbərəm,
Yolladım bir üzür-bahana getdi.
3. Çəksən
Görübsənmi gədə oğlu bəy ola,
Enəcək alçağa, yüz başa çəksən.
Qüdrət gözəlliyi bir
kəsdə yoxsa,
Sürmə əfsanədi, yüz qaşa çəksən.
Yoxla
dost-tanışı dar
gündə qəsdən,
Həmişə gen dolan yaltaqdan,
pisdən,
Kərənti düzəltsən dəyərli
misdən,
Qılova gələrmi, yüz daşa çəksən.
Ələsgər, mətahın çək
tök bazara,
Arif qiymət
versin ləli-gövhara.
Qanmazın üzündən gəlmişəm
zara,
Nadanın əlindən yüz haşa çəksən.
5. Olmaya
Mənim
yaradandan bir diləyim var,
Baxtım
ola, taxtı-tacım
olmuya.
Həmişə əlimdən yaxşılıq
gələ,
Pislik üçün
heç illacım olmuya.
Min nemət yetirsən yaz yağışından
Sanki sarsılarmı qarlı qışından
İstərəm hər kəsin
öz baxışından,
Nə kədərim,
nə də acım olmuya.
Süfrəm çəmən ola, yerim dağ ola,
Sərvətim az ola, canım sağ ola.
Ələsgərəm saç-saqqalım
ağ ola,
Heç loğmana ehtiyacım olmuya.
6. Görünsün
Ay hazarat, sizdən bir at istərəm,
Zatı köhlən, özü leydə görünsün.
Dörddə-beşdə ola,
artıq olmaya,
Minəndə gözümə şeyda görünsün.
Qulaqları qırğı, dırnağı
xata,
Ona süvar
olan murada çata.
Çətində qurtara, cavanda tuta,
Əsbilər (komanda) içində
sayda görünsün.
Ələsgər at istər özünün
babı,
Yatammır, gözünün qalmayıb
xabı,
Olsa köhlən ola,
olmuya yabı,
Əlimdən verdiyim fayda görünsün.
7. Məni
Mərizəm, dərdimə bulunmaz
dava,
Təbib yox, incidir yaralar
məni.
Nə müddətdir "loğman"
deyib gəzirəm,
Nə ola, tapaydı
çaralar məni.
Fələk mənə qarğayıbdı,
bunu bil,
Gül üstündə fəqan
eyləyir bülbül,
Çarxı-fələk, etmə bu zülmü qəbul -
Müxənnət ox atıb yaralar məni.
Ələsgərəm, dərdim həddən ziyada
Ölübdü köhlənim, qaldım piyada.
Çox
cafalar çəkdim fani dünyada,
Qurtarmır bu düyün, paralar məni.
8. Düşdü
Göyçə niyə viran oldu,
Denən uşdu, denən düşdü.
Tubu boylu sevdiyim yar
Bu yollarda çənə
düşdü.
Dost yad olmaz birdən-birə,
Əsil
ola dövran
sürə.
Səhnəbanım gəzən yerə
Yönüm dönə-dönə düşdü.
Ələsgərəm, oldum xəstə,
Gəlin çıxaq yollar üstə.
Bir süfrədə iki dosta
Çörək vermək mənə düşdü.
9. Qaçaqaç
Bund inqlabı düşdü, dağıldı Göyçə,
Al külfəti, bu diyardan qaçaqaç.
Ədalət gəlincə başın daldala,
Zimistanda boran-qardan qaçaqaç.
Nərədüzdən qoşun gəldi birbaşa,
İgidlər səf çəkib girdi savaşa,
Xınalı kəkliklər doldular daşa,
Saqın tərlan, böylə tordan qaçaqaç.
Ələsgərin qəddin əydi müşkül iş.
Çərxi-fələk nə sitəmdir bu gərdiş?
Zamananın qulağını bir dəyiş,
Qurtar bizi bu diyardan qaçaqaç.
İsmayıl
MƏMMƏDLİ,
Professor
525-ci
qəzet.- 2017.- 6 oktyabr.- S.4.