Kürü düşmən dəyirmanına
axıdırsız, sonra da...
Bizləri borclu çıxarırsız.
Gündəmi orta məktəblərin rus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış
tarix kitabındakı
bir xəritə zəbt edib. Böyük müzakirəyə
və ziyalılar tərəfindən etiraza
səbəb olub.
Xəritəni çap etmirik,
söyüş söyənlə
çatdıran yarı-yarıyadı,
ona görə.
Ümumiyyətlə, son illər buraxılan dərsliklər mütəxəssislər
tərəfindən tez-tez
tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör. Və bu tənqidlərə
də dilucu bir cavab verirlər,
bitdi-getdi. Növbəti illərdə yenə həmin şey. Yəni dəyirman öz bildiyini edir, çax-çaxı havayıdan
baş ağrıdır.
Yəni dəyirman Təhsil Nazirliyidir, başı ağrıyan, çax-çax
da bizik. Və ümumiyyətlə, təhsilimiz
bu dəqiqə elə bir vəziyyətdədir
ki, nə qədər ağıçı
lazımdır ki, oturub ağı deyə. Amma ağıyla da
düzələn deyil
ey. Nə isə...
Bəli,
məlum xəritədə
Roma imperatorluğu dövründə
Qara dənizdən Xəzər dənizə qədər böyük bir ərazi - Türkiyənin, İraqın,
Suriyanın, İranın
bir hissəsi, Azərbaycan, Gürcüstan,
Şimali Qafqaz bütövlükdə Ermənistan
kimi təqdim olunub.
Bu, böyük məsuliyyətsizlikdir. Deməli, dərsliyə
başdansovdu yanaşıblar.
Bu dərslik neçə
mütəxəssis əlindən
keçib, amma bunu heç kim görməyib.
Artıq kitabları yığışdırırlar,
yenidən dərc edib paylayacaqlar, amma əlyazmalar yanmır axı, deyirlər. Yəni ortada bir kitab var və
Azərbaycanın buraxdığı
kitabdır. Və bu
kitab indi ermənilərin də əlindədir, tirajlayıb
bütün dünyaya
yayacaqlar ki, bax, görürsünüz,
özləri də etiraf edir ki,
bu ərazilər Ermənistanındır.
Əvvəla, Nazirliyin və
müəlliflərin açıqlamalarını
oxuyuram, lap çaşıb
qalıram. Bu açıqlamalar üzrü
günahından betərdir.
Birincisi, müəlliflər "Ərməniyyə"
sözünü "Ermənistan"
sözü ilə qarışıq salırlar. Bütün ərəb
mənbələrində Yaxın
Şərqdə bir ərazi Ərməniyyə
adlanır. Bu da heç də
xəritədə göstərildiyi
kimi, Qara dənizlə Xəzər
dənizin arası deyil, təxminən dərc olunmuş xəritədə Mesopotamiya
kimi göstərilən
Dəcləylə Fərat
bölgəsində bir
ərazidir. Buyurun, ərəb
mənbələrini qaldırıb
baxın həmin xəritələrə.
İkincisi, Ərməniyyənin Ermənistana
və erməni xalqına heç bir dəxli yoxdur. Xalq adı deyil,
millət adı deyil, ərazi adıdır və özü də əsasən, ərəblərin
yaşadığı ərazidir.
Həmin ərazidə
türklər də yaşayıblar və bu ərazidə şumer xalqı
da yaşayıb. Şumerlərin dilləri də
türk dilinə yaxın bir dildir. İmkanınız
varsa Oljas Süleymenovun "Az i Ya"
kitabını bir vərəqləyin, eləcə
də Əlisa Nicatın şumerlərlə
bağlı yazılarını
oxuyun. Özü də faktlara
söykənən yazılardır.
Şumer
dili ilə türk dilinin necə eyni kökə bağlı olduğu haqda yazılardır.
Hansısa saxta bir xəritəni
götürürsünüz, özü də rus mənbələrindən
və "ərməniyyə"
sözünü də
"armeniya" kimi yazırsınız.
Hələ bir yer var
ey, Roma imperatorluğu
erməni dövləti
ilə nə bilim neyləyib. Erməni dövləti,
yox bir Amerika
Birləşmiş Ştatları.
Hardaydı bu erməni
dövləti, neçənci
ildə olub ki, heç ermənilərin özlərinin
dəqiq məlumatı
yoxdur?!
Təbii ki, erməni də bir xalqdır,
kosmosdan gəlməyib. Onun da bir yurdu-yuvası olub. Ya 70-ci illərin sonuydu,
ya 80-ci illəriydi,
"Elm və həyat"
jurnalında işləyirdim,
universitetin (onda bir universitet vardı - Azərbaycan Dövlət Universiteti) professorlarından biri redaksiyaya ABŞ-da nəşr olunan bir jurnal gətirmişdi.
Jurnalda
ABŞ-da yaşayan, milliyyətcə erməni
bir professorun ermənilərin soykökü
haqqında bir məqaləsi dərc edilmişdi. Professor həmin məqaləni
Azərbaycan dilinə
tərcümə elədi
və biz də onu çap elədik. Ermənilərlə cici-bacı vaxtlarımızıydı
və həmin yazıda erməniləri aşağılayan bir şey yoxuydu. Sadəcə
olaraq, erməni
professor öz xalqının
harda doğulub, haralara köç etdiyini yazmışdı.
Professor faktlarla sübut
edirdi ki, ermənilərin vətəni
Himalaydadır. Bəs necə
olub ki, onlar qərbə gəlib çıxıblar?
Himalayda ermənilərlə türklər
birgə yaşayıbmış.
Məlumdur ki, türklər
30-40 illik savaşlara çıxırdılar və
təbii ki, üzü qərbə.
Hələ gəlib Romanı
da yandırdılar.
Həmin
professor yazır ki, türklərin dərziləri,
çəkməçiləri, dəlləkləri, at qaşovlayanları,
tikinti işləri görənləri, tərcüməçiləri
və bir çox hallarda mirzələri ermənilər
olub. Və türklər hara
gediblərsə, erməniləri
də özləriylə
daşıyırdılar. Və
professor xüsusilə vurğulayır
ki, harda türk yaşayırsa, mütləq orda ermənilərlə də
rastlaşacaqsınız.
Bir də ki ermənilər özlərinə erməni
demirlər, "hay" deyirlər. "Hay"ın da bizim dilə tərcüməsi "qaçqın"
deməkdir. Ona görə
bir-birinə müraciətdə
deyirmişlər ki,
"hayes", yəni
sən də bizdənsən, yurd-yuvandan
qaçqınsan?
Erməni
dövləti! Yox bir Amerika Birləşmiş Ştatları. Erməni
harda bir kənddə məskunlaşırdısa
özlərinə çar
seçirdilər: erməni
çarı filankəs.
Yox bir prezident...
Sero Xandzanyanın bir əsəri var: "Mxitar sparapet". Çox böyük bir romandır. Romanda ermənilərin yadellilərə qarşı
"möhtəşəm" bir mübarizəsi təsvir olunur. Mxitar da bunların baş komandanıdır.
Oxuyursan,
gözünün qabağında
böyük bir erməni dövləti canlanır. Bir az ciddi
baxırsan, məlum olur ki, bu
"möhtəşəm" erməni dövlətinin qoşunundakı əsgərlərin
sayı heç bir rota deyil.
Budur bunların dövləti,
Roma imaperatorluğuyla danışıq
masası arxasında oturublar? Lətifəsi uzaq olsun, bu, Qatır Məmmədin ingilis generalı Tomsonla danışıq masası
arxasında oturmasına
oxşayır.
Bəli, xəritə böyük etiraza səbəb olub, təbii ki, haqlı etiraza. Amma açıqlamalar, yuxarıda qeyd etdiyim kimi, üzrü
günahından betər.
Açıqlamalarda yazılır ki,
bu məsələnin
müzakirəsi, qabardılması
erməni dəyirmanına
su tökməkdir.
Dostlar, siz özünüz Kür çayını erməni
dəyirmanına yönləndirmisiniz,
hələ bir bizləri də borclu çıxarırsınız?!
Ümumiyyətlə, mütəxəssislərdən
ibarət və Təhsil Nazirliyinə tabe
olmayan bir komissiya yaradılmalıdır və dərsliklər
həmin komissiyada geniş
müzakirə edilməli, son nəticəyə
gəlinməli və sonra dərc edilməlidir.
Aqil
ABBAS
525-ci qəzet.- 2017.- 11 oktyabr.- S.2.