Aşıq Şəmşir haqqında yeni kitab

 

QAZİANTEP UNİVERSİTETİNDƏ USTAD AŞIĞIN BÜSTÜ UCALDILDI

 

 

Türkiyənin Qaziantep Universitetində çalışan azərbaycanlı professor İlqar İmamverdiyevin hazırladığı "Dədə Şəmşir ifaçılığında ənənəvi saz havaları" kitabı işıq üzü görüb.

 

Universitetin professoru Babək Qurbanovun ön sözü ilə təqdim olunan kitab "Dədə Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyini dəstəyi ilə ərsəyə gətirilib.

 

Kitabın müəllifi professor İlqar İmamverdiyev bildirib ki, Azərbaycanın aşıq Veysəli kimi tanınan Dədə Şəmşirin 125 illiyi ərəfəsində hazırlanan kitab böyük sənətkarımızın yubileyinə bir ərmağandır: "Kitabın ön sözünün müəllifi, mənim dəyərli həmkarım professor Babək Qurbanovun atası, xalq şairimiz Osman Sarıvəllinin dəstəyi ilə 1957-ci ildə Dədə Şəmşirin ifasında 75 saz havası lentə alınıb. Mən bu kitabda səsnətkarın ifasında səslənmiş 62 saz havasını nota köçürdüm. Eyni zamanda, kitabda mənim iki bəstəm təqdim olunur".

 

Yubiley tədbirləri çərçivəsində universitetin Türk Musiqi Dövlət Konservatoriyasında isə Aşıq Şəmşirin büstü qurulub. İ.İmamverdiyev qeyd edib ki, Türkiyənin ən məşhur sənətkarlarının heykəlləri sırasında Aşıq Şəmşirin büstünün yer alması qürurvericidir: "Bu qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm iki ölkə arasında dostluq qardaşlığın rəmzidir. İndi universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan aşıq havalarını da öyrənirlər".

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 12 oktyabr.- S.2.