Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu
Qaziantep Universitetində çalışan
azərbaycanlı professor Babək
Qurbanovun "Estetika terminləri lüğəti"
adlı yeni kitabı nəşr olunub.
Uzun illərin
tədqiqatının nəticəsi
olan bu kitabın
işıq üzü
görməsindən qürur
duyduğunu deyən
professor B.Qurbanov ensiklopedik
nəşrin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında nəşrə
hazırlandığını söyləyib. Alim bildirib ki, əsərdə estetik və bədii terminlərin izahına geniş yer verilməklə yanaşı,
mövzu ilə bağlı bir sıra elmi tədqiqatlar da yer alıb.
Hər iki ölkənin ziyalı auditoriyası üçün
mükəmməl elmi
mənbə olan bu nəşri geniş mənada monoqrafik səciyyəli əsər kimi də dəyərləndirmək
olar. Kitabda bəzi termin
və anlayışların
izahı ilə yanaşı, həmyerlimizin
estetika və sənətlə bağlı
bir çox elmi jurnallarda və mətbuatda yayımlanmış yazıları
da dərc edilib.
B.Qurbanov lüğətin sənətçilər,
estetika sahəsində
çalışan elm adamları,
incəsənət fakültəsinin
tələbələri, bu
sahəyə maraq göstərən oxucular üçün də gərəkli vəsait olacağına inandığını
qeyd edib.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.- 12 oktyabr.- S.2.