Müslüm Eldarovun Günü
Hər kəs bu dünyaya bir gün onu
tərk etmək üçün gəlir. Həyatımızın uzunluğunu nə ilə və necə ölçə bilərik?
Ömür dəqiqələr, saatlar,
illərlə deyil, insanların qəlbində
həkk etdiyimiz isti xatirələrlə ölçülür. Sadəcə
yaşamaq kifayət
etmir, yalnız arzularımız,
missiyalarımızın ardınca
inamla getmək həyatı mənalı
yaşamaqdır. Elə insanlar
var ki, onlar
öz həyatları,
yaxşı əməlləri
ilə başqalarının
həyatını dəyişir.
Və bu insanlar dünyanı
tərk etdikdən sonra da, qəlblərdə
yaşayırlar. Belə insanlardan
biri də Müslüm Eldarovdur.
2003-cü
ildə həyatının
47-ci ilində dünyadan
vaxtsız köçən
rəssam, heykəltəraş
Müslüm Eldarovun oktyabrın 10-da
Azərbaycan Milli
İncəsənət Muzeyinə
yaradıcılıq sərgisi
və “Müslüm Eldarov” monoqrafik xatirə kitabının təqdimat mərasimi keçirildi. Kitabda Müslüm Eldarovun
həyatı, yaratdığı
əsərlər və
yaxın dostlarının
xatirə məktubları
yer alıb. Onu sevən insanlar həmin gün sənətinin işığına
toplaşmışdılar.
O, istedadlı rəssamlarımızdan
çoxunun əsərlərini
xarici ölkələrdə
tanıtmaq məqsədi
ilə sərgilər
təşkil etsə də, sağlığında
öz sərgisini keçirməyəcək qədər
təvazökar insan idi.
1975-1981-ci
illərdə İ.Repin
adına Rusiya Rəssamlıq Akademiyasında
təhsil alan Müslüm Eldarov vətənə qayıtdıqdan
sonra yeni ideyalar aşılayaraq istedadlı gənc rəssamları
öz ətrafına
toplayır.
Yaradıcı gənclər hərəkatının
parlaq nümayəndələrindən
birinə çevrilir.
Uşaqlıqda həyətdə
dostları ilə oynarkən belə idarəçilik,
liderlik qabiliyyəti ilə seçilən rəssam ilk Yaradıcı Gənclər
Assosiasiyasının yaranmasında
yaxından iştirak edir, sonradan bu təşkilata rəhbər olur. İnandığı
ideyaların, xəyallarının
ardınca çılğınca,
bütün çətinlikləri
aşaraq addımlayan
Müslüm Eldarov əsl sənəti, sənət insanını
tanımaq bacarığı
ilə hər zaman istedadlı insanları özünə
cəlb edərək,
bir çox istedadlı dostları üçün həyatda
yerini seçməkdə
kömək edən mayak olur. 47 illik ömür yolunda incəsənətimizin
ölkə sərhədlərindən
kənarda tanınmasında
böyük xidmətlər
göstərən Müslüm
Eldarovu həyat dəfələrlə sağlamlığı
ilə imtahan etmişdi. Hələ
körpəlikdən səhəti
ilə bağlı yaranan ciddi problemlərlə şikayətlənmədən,
cəsarətlə üz-üzə
gəlmiş, xəyallarına
reallaşdırmaqda geri
çəkilməmişdi. Dostlarının söylədiyi kimi
o, bütün həyatı
boyu hər zaman xəyallarını gerçəkləşdirmək üçün tələsirdir. Bakı İncəsənət Mərkəzinin direktoru olan Müslüm Eldarov yaxın köməkçiləri, dostları
ilə 90-cı illərin
əvvələrində istedadlı
gəncləri axtarıb
bir araya gətirərək təsviri
incəsənətimizin yeni
istiqamət yolunda irəliləməsində böyük
işlər görür.
1991-ci ildə Azərbaycanda
“Sivilizasiyaların dialoqu”
adlı ilk beynəlxalq
forum keçirərək xarici
ekspertləri ölkəmizə
dəvət edir. Keçmiş sovet respublikalarında,
Avropa ölkələrində
Azərbaycan mədəniyyət
günləri keçirərək
mədəniyyətimizin Avropada
tanınmasında önəmli
işlər görür.
1994-cü ildə Londonda “AngloCaspian
Services LTD” şirkətini qeydiyyata aldırır. 1995-ci ildən Azərbaycan və bütün Xəzəryanı regiondan
bəhs edən
“Caspian” jurnalını ingilis
dilində çap etdirir. 1995-ci ildə Londonda ilk Azərbaycan Mədəniyyət
Mərkəzini, “Humay”
Qalereyasını təsis
edərək incəsənətmizin
xarici ölkələrdə
tanınması yolunda
addım atır. İctimai işləri ilə
vətəninə xidmət
edən istedadlı rəssam, heykəltaraş
bu illər ərzində özünəxas
fərqli üslubda çox sayda dəyərli sənət
əsərlər yaratmışdır.
Xatirə kitabının təqdimatınında,
sərgidə iştirak
edən insanların əksəriyyəti Müslüm
Eldarovla bağlı çox doğma xatirələri olan insanlar idi. Dostlarına
vəfa bocrunu ödəmək üçün
toplaşan sənət
insanları, ailə üzvləri üçün
bu həm də çox kövrəldici tədbir idi. Bu, Müslüm
Eldarovun Günü idi. Amma onsuz qeyd olunurdu. Yaşadığı
hər anın dəyərini bilən, həyatı çılğınca
sevən, öz ətrafına işıq
saçmağı bacaran insanın
günü idi. Xalq rəssamı Ömər Eldarov mərhum oğlunun bu önəmli günündə
ata kimi övladına görə
həyəcan, qürur,
sevinc, fəxarət hissinə qarışmış
hüzn duyurdu. Bu, bir atanın
övladı üçün
darıxması idi. Müslümün dünyasını dəyişməsi ailəsi
üçün vaxtsız
və çox ani olmuşdu. Bu itkiyə heç kim, heç
bir ata hazır
olmur. O, Müslüm üçün darıxmışdı,
həm də çox darıxmışdı.
Ömər müəllim qaranquşla
bağlı bir uşaqlıq xatirəsini
mənə danışıb.
O, uşaqlıqda Dərbənd
qala divarı ətrafında oynayarkən
qonşu uşaqlarının
quşatanla vurub öldürdüyü kiçik
qaranquşu görür.
Qaranquşu ölümdən xilas edə bilməməsi ona necə pis təsir
edirsə, illər sonra da tez-tez
yuxusuna gəlir. Ta ki, bir gün Müslüm
həyətdə oynayarkən
qarşısına çıxan
yaralı qaranquşu evə gətirincə.
Sanki bu qaranquş, Ömər müəllimin
yuxularındakı həmin
xilas ola
bilməyən qaranquşun
eynisi olur. Müslüm
qaranquşu evdə sağaldaraq azadlığa
buraxır. Bu hadisədən sonra uşaqlıqda gördüyü
qaranquş bir daha Ömər müəllimin yuxusuna gəlmir. Hələ
o zaman Ömər müəllim bunun
nəyəsə işarə
olduğunu hiss edir. Ömər Eldarov oğlu Müslümün qəbirüstü
abidəsini düzəldərkən
həmin qaranquşun surətini də heykəlin kənarında
həkk edib.
İnsan özündən sonra geridə qoyduğu
gözəl xatirələrlə anıldıqca
yaşayır. Yaradıcı insan isə yaratdığı, öz barmaq izlərini
üzərinə həkk etdiyi əsərləri
ilə əbədi ömür
qazanır. Müslüm Eldarovun yaradıcılıq sərgisində nümayiş olunan əsərlərə
baxanlar bu istedadlı
insanın əl işlərinə heyran
qalırdı. Həyat o zaman
tam olur ki, insan nə üçün yaşadığını dəqiq
bilir, qarşılaşdığı kədər,
çətinliklərə baxmadan yolunu dəyişmədən inandığı
arzularına doğru addımlayır, zamanla isə həyat gözə görünməz
işarələri ilə insanı
öz məqsədinə doğru qaçmağa da tələsdirir. Hər birimizin
ürəyində sanki bir
qum saatı olur. Kimsə
bununla sadəcə zamanını ölçür, kimsə isə ona bəxş edilən həyat deyilən
müddətdə insanlıq naminə daha
çox işlər görməyə tələsir.
Günel İmran
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.24.