Əslən Şəkidən olan türk şair baba yurdunda

 

Bugünlərdə əslən Şəkidən olan türkiyəli şair-publisist Coşqun Qarabulud xanımı, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəvətilə Bakıya gəlib.

 

Qonaqlar paytaxtla tanış olub, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyev oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı Bakı Türk Şəhidliyini ziyarət ediblər.

 

Daha sonra qonaqlar şair-publisist, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının başçılıq etdiyi heyətlə baba yurdu olan Şəkiyə yola düşüblər. Yolüstü hazırda Qobustan rayonu ərazisində yerləşən Şamaxının daşnak-bolşevik işğalından azad edilməsi uğrunda həlak olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılmış abidəni naməlum türk zabitinin qəbrini ziyarət ediblər.

 

Oktyabrın 10-da qonaqlar Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfinən qəbul edilib. İcra hakiminin birinci müavini Həsən Həsənov Coşqun Qarabuludun öz baba ocağına səfərini yüksək qiymətləndirib, onunla tanışlığından məmnunluğunu ifadə edib. Şəki şəhərinin tarixi, mədəniyyəti, infrastrukturu, eləcə digər sahələri haqqında geniş məlumat verib.

 

Görüşdə həmçinin, Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, Sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı başqaları çıxış edərək zəngin proqramlı bu səfəri Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində irəliyə atılmış addım kimi qiymətləndiriblər.

 

Daha sonra C.Qarabulud səfərin təşkilinə, eləcə şəhər rəhbərliyi tərəfindən göstərilən diqqətə görə təşəkkür edib. Vurğulayıb ki, uzun iillər sürən həsrət sona yetdiyi üçün çox xoşbəxtdir.

 

Sonda şair şəhər rəhbərliyi üçün kitablarını imzalayıb. Qurum rəsmiləri öz növbələrində qonağa Şəkinin tarix, etnoqrafiya mədəniyyətindən bəhs edən nəşrlər təqdim ediblər.

 

Ardınca nümayəndə heyəti Şəkinin tarixi yerlərini ziyarət edib, Şəki Xan Sarayı, mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin yaxın günlərdə qapılarını ziyarətçilərə açacaq ev muzeyini ilə tanış olublar.

 

Oktyabrın 11-də Şəki Dövlət Regional Kollecində qonağın şərəfinə musiqili proqam nümayiş etdirilib. Tədbirdə çıxış edən Ə.Qoşalı iştirakçılara C.Qarabuldun həyat yaradıcılığından söz açıb.

 

Sonra çıxış edən C.Qarabulud öz yaradıcılığından, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqlərindən söz açıb, şeirlərini oxuyub.

 

Bundan başqa, tədbirdə Şəki rayon İH-nin şöbə müdiri Zərinə Cavadova, “Şəkiqəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Salam, kollecin direktoru Sərdar Şərifov, şairlər Elşən Əzim, Akəm Xaqan, Nazilə Gültac çıxış ediblər.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

C.Qarabuludla növbəti görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında olub. Akt zalında baş tutan tədbiri giriş sözü ilə filialın direktoru Rafiq Rəsulov açıb.

 

Qonaqları Şəkidə, o cümlədən, rəhbərlik etdiyi elm-təhsil müəssisəsində görməkdən şad olduğunu deyən direktor universitetdə şeirə, sənətə, sözə böyük önəm verildiyini qeyd edib, filialın zəngin kitabxanası olduğunu diqqətə çatıdırıb.

 

Tədbirdə həmçinin, filialın baş müəllimi, tanınmış şair Vaqif Aslan, Ə.Qoşalı, A.Salam, A.Xaqan, N.Gültac, tələbələr çıxış edib, öz ürək sözlərini iştirakçılarla bölüşüblər.

 

Görüşdə C.Qarabulud mühazirə oxuyub, öz şeirlərindən bir neçəsini deyib, tələbələr üçün kitab imzalayıb.

 

Qeyd edək ki, C.Qarabulud onu müşayiət edən heyətin iştirakı ilə növbəti görüşlər 13-14 oktyabrda Bakı Sumqayıtda keçirilib.

 

Cavid QƏDİR

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.17.