Qapınız həmişə açıq olsun! - "525"-25

 

 

 

 

Qəzetlər adamlar kimidi. Doğması var, yadı var. Doğma olan bəzən get-gedə yadlaşır. Yad olan doğmalaşır.  Təəssüf ki, bizdə çox vaxt bunun birinci  tərəfi baş verir; doğmaların yadlaşmağı.

 

“525-ci qəzetmənə çox doğmadı. Doğulduğu gündən bu günəcən.

 

 Mən bu qəzetin beşiyi başında durmasam da, səsini birinci eşidənlərdənəm.  Mənim səsim bu qəzetdən çox eşidilib. Yəni, bu doğmalıq, bu sevgi qarşılıqlıdı.  bu sevginin mayası ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə olan vurğunluqdan,  sədaqətdən, təəssübkeşlikdən yoğrulub.

 

Mətbuat da ədəbiyyat kimi həyatın güzgüsüdü. Həyatda baş verən bütün yaxşı pis proseslər, siyasi, mənəvi, əxlaqi dəyişikliklər bu güzgüdə öz əksini tapır. çox vaxt haqlı-haqsız  bu güzgünü qınayanlar arabir dönüb özlərinə ətraflarına  da baxsalar, pis olmaz.

 

Bu illər ərzində  525-ci qəzet  dəyişib.  Mən bu qəzetin dalaşqan vaxtlarını da görmüşəm, barışqan vaxtlarını da.  Amma günün, zamanın konyunkturası çox şeyi dəyişə bilsə , bu qəzetin əbədi ədəbi dəyərlərə olan  münasibətini, sədaqətini dəyişə bilməyib. Bir vaxtlar ölkənin ən kütləvi qəzetlərindən biri olan  “525-ci qəzet”i  bu gün Azərbaycanın ən ziyalı qəzetlərindən birinə çevirən məhz onun bu keyfiyyətidi bu keyfiyyət heç şübhəsiz ki, qəzetin yaradıcısı, mənim əziz dostum Rəşad Məcidin  adıyla, onun xarakteri, zövqü, ağlı istedadıyla bağlıdı.

 

Rəşad həmişə ürəyi, qapısı dostlara açıq olan bir adamdı. “525-ci qəzet”in qapısı da bu 25 ildə az-çox istedadlı qələm sahiblərinin üzünə həmişə açıq olub.

 

Mən Rəşad başda olmaqla bütün “525”ciləri ürəkdən təbrik edirəm. Qapınız həmişə açıq olsun! 

 

 

 

Ramiz RÖVŞƏN

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.14.