II Türk Dünyası
Sənədli Filmlər Festivalının rəsmi
açılışı oldu
ERKAN ÖZORAL: FESTİVALIN MƏQSƏDİ TÜRK DÜNYASINI BİR-BİRİNƏ DAHA DA YAXINLAŞDIRMAQ, MƏDƏNİ ƏLAQƏLƏRİNİ GÜCLƏNDİRMƏKDİR”
Oktyabrın 14-də Bakıda, Nizami Kino Mərkəzində II Türk
Dünyası Sənədli
Filmlər Festivalının
rəsmi açılış
mərasimi olub.
Tədbiri giriş sözü
ilə açıq elan edən Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral bildirib ki, festivalın məqsədi Türk dünyasını bir-birinə
daha da yaxınlaşdırmaq,
mədəni əlaqələrini
gücləndirməkdir.
Türkiyənin Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və
Tanıtma müşaviri,
tanınmış alim
və ədib İrfan Çiftçi isə tədbir iştirakçılarına proqram
barədə geniş
məlumat verib. İ.Çiftçi qeyd edib ki,
bu ildən etibarən festivalda mərhum azərbaycanlı
kinorejissor, Xalq artisti Tofiq İsmayılovun
xatirəsinin əbədiləşdirilməsi
üçün xüsusi
mükafat təyin edilib. Müşavirin
sözlərinə görə,
bu il
sözügedən mükafata
Başqırdıstandan Kirsten Qaynet “7 Maidens Theatre” filmi ilə layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anar
isə çıxış
edərək Türk dünyasını birləşdirən
Sənədli Filmlər
Festivalının əhəmiyyətini
yüksək qiymətləndirib.
Keçən il vəfat edən Xalq artisti Tofiq İsmayılov
haqda danışan Xalq yazıçısı
qeyd edib ki, o Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin
inkişafı, kino sənəti işçilərinin
birliyi üçün
çox böyük işlər görüb:
“Biz böyük sənətkarımızı
itirsəkdə, bu gün onun göstərdiyi
səylərin ciddi nəticələr verdiyinin,
böyük arzularının
reallaşdığının, Türk dünyasının
mədəni birliyi istiqamətində əhəmiyyətli
işlərin görüldüyünün
şahidi oluruq”.
Türk
Dünyası Jurnalistlər
Federasiyasının sədri
Menderes Demir isə qeyd edib ki,
festivalın əsas qayəsində Türk dünyasını dildə,
fikirdə, işdə
bir etmək amalı dayanır: “Bu məqsədlə keçən
ildən fəaliyyətə
başlayaraq belə bir festival keçirməyə
nail olduq. Artıq ikinci ildir ki, II Türk Dünyası Sənədli
Filmlər Festivalıbaş
tutur. Sevindirici haldır ki,
təşkil etdiyimiz bu tədbir ildən-ilə öz əhatə dairəsini genişləndirir. Keçən
il olduğu
kimi, bu il də İstanbulda
festivalın mükafatlandırma
mərasimini keçirdik.
Daha sonra Şimalı Kipr Türk Cümhuriyyətinin paytaxtı
Lefkoşada tədbirlər
təşkil etdik.
Hazırda isə festivalın
Bakı tədbirləri
keçirilir. Növbəti ünvan isə Qazaxıstandır. Almatı şəhərində
təşkil olunacaq tədbirlərdən sonra
Qırğızıstanın paytaxtı Bişkekdə festivalda dərəcə əldə edən filmlərin nümayişləri
keçiriləcək. Bunun ardınca Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək tədbirlərdən
sonra Türkiyədə
təşkil olunacaq bağlanış mərasimii
ilə festivala yekun vurulacaq”.
M.Demir bildirib ki, Türk
dünyası geniş
coğrafiyaya, qədim
tarixə sahibdir: “Biz bütün Türk xalq və millətlərinin
qədim adət-ənənələrini,
tarixini, mədəniyyətini
festival vasitəsilə bu
böyük coğrafiyada
yaşayan insanlarımıza
çatdırmağı əsas
hədəf olaraq müəyyənləşdirmişik”.
Daha sonra türkiyəli rejissor Gülşən Sarunun “Sıraç” filmi göstərilib.
Nümayişdən sonra səhnəyə dəvət
olunan Türk Dünyası Sənədli
Filmlər Festivalı
platformasının baş
katibi, görkəmli Azərbaycan kinorejissoru, Xalq artisti Oqtay
Mirqasımov və ekran işinin müəllifi G.Saru sənədli film haqqında
fikirlərini bölüşüblər.
Tədbirin sonunda Türkiyənin Azərbaycandakı səfiri
E.Özoral, Mədəniyyət
müşaviri İ.Çiftçi
və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin
rəhbəri İbrahim
Yıldırım və
kinorejissor O.Mirqasımova
festival təşkilatçıları tərəfindən xatirə
mükafatları verilib. Plaketləri
sahiblərinə Xalq artisti T.İsmayılovun xanımı Səidə İsmayılova, Türk Dünyası Jurnalistlər
Federasiyasının sədri
M.Demir, Türkiyə Böyük Millətlər
Məclisinin deputatı
Atilla Sertel və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı
nümayəndəliyinin rəhbəri
Ufuk Turqaner təqdim edib.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.13.