Bahara aldanan şair
SABİR SARVAN ŞEİRLƏRİNİN VİZUALLIĞI FONUNDA XATIRLAMA
PROLOQ
"Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə.
Gələr qulağıma şırşırı
arxın".
"Var olmağın cəfaları çox imiş,
Yox olmaqdan gözəl heç nə yox imiş" -
deyib öz şair qənaətinə
tapındınmı bunca
inamla?! Allahdan gəlirdi, öncəduyum
mələyi pıçıldayırdı
qulağına yoxsa?
60 illiyin bir
neçə yerdə
yüksək səviyyədə,
ən başlıcası
səmimiyyət ovqatında
keçirildi. Elə hey tutuşdurdun
ki, görərsən,
mənə nəsə
olacaq, son vaxtlar məni yaman çox istəyirlər -
deyə-deyə.
"Neftçilər" xəstəxanasında Müqəddəslə
birlikdə görüşünə
gələndə rəngin-ruhun
heç xoşumuza gəlmədi. Biz bir-birimizə
baxdıq. Zərnigar xanımdan,
səndən, Müqəddəsdən
alayı bir hənir də duydum. İnsafsız ölüm mələyi
idi. Oturmuşdu pəncərənin önündə, sənin
şeirini söyləyirdi.
Əynində sənin qara
pencəyin idi. Deyirdi ki,
Çəkir məni qara torpaq,
Aman, qardaşlar,
aman.
İstəyir ki, yıxa məni,
Axırıma çıxa mənim,
Aman, qardaşlar,
aman.
Kəndimizin torpağıdır,
Doğulduğum gündən bəri
Üzümə səpilməyə hazır,
Gözümə tökülməyə hazır.
Allahım, bu nəydi?! Şair onun
ölümünə təşnə
mələyin arzusunu gerçəkləşdirmək üçün necə çırpınırdı?
Qan vururdular
sənə. Mən donorluq təklifimi
etdim. 1-ci qrup RH müsbət, təmiz yazıçı qanı,
- söylədim.
Zarafatından qalmadın:
- İstəmirəm yazıçı
qanı, nəsrə keçmək, ya da sənədli film, televiziya işi ilə məşğul olmaq istəmirəm.
Sonra xeyli dərdləşdik. Axırda da gedin, - dedin
- Əjdər Ol gəlməlidir, o, gələnə
kimi bir az dincəlim.
...Ölüm xəbərini
aldıqdan sonra Müqəddəs Şahbazovla
görüşümüzdə eyni vaxtda, sinxron
şəkildə ikimiz
də eyni təəssüfün acısını
dilə gətirdik:
- Keşkə dünən sözünə baxmayaydıq,
bir-iki saat da oturardıq...
FLAHS-BACK
(ağ-qara lentin
xatirə ekranı)
Ağsuda,
Pirhəsənlidə, həmişə
təriflədiyin, arzuladığın
kənd qəbristanlığındaməzarının
başında şeirlərinin
vizual ardıcıllığını
seyr etdim. Gördüm ki, "söykənib bir dost ağaca hara baxdın, kənd uşağı". Yüyürüb qatarlara çatdın, yollandın arzularının
dalınca. Aktyorluq sənətinə
yiyələndin də.
Tədris teatrında, Lənkəran
Dövlət Dram Teatrında
işlədin də, fəqət, axtardığını
tapa bilmirdin. Səni giriftar eliyən nəysə vardı.
Söz idi, sözün Everest zirvəsiydi, ətəyindən
yapışmaq istədiyin.
Cəlaləddin Ruminin
ruhuna tapınıb
and-aman eləmişdin
deyəsən:
Ruhumun binəsi yoxdu,
Duracaq xanəsi yoxdu,
SÖZdən oyanası yoxdu,
SÖZdən oyana MƏN varam.
Hərçənd, anlayırdın ki, "Adəmdən bu yana təzə görünmür". Fəqət, SÖZə sığındın,
SÖZün üstündə
əsdin, SÖZ ağacını
suvardın. SÖZ bağçasını
naşı adamların
kirli nəfəsləri
murdarlayanda hikkən içində çat verdi, əndişə
təzyiqin şəkərin
maksimum göstəricisinə
meydan oxudu. Qəlbindəki alovun dilləri
içini daladı, bağrının başı
yandı. Hikmət kəhkəşanında
içini yuyub duruldun, göylərin söz sirrində qurulandın, ruhunla sözü qəbul edib canındakı ağrılara çevirdin,
hardasa yerinə oturmayan sözün fəryadı qulağına
çatanda ahın ərşə bülənd
oldu. Söz eşqinə Məcnun
olub örüşə
düşmək qınağından
belə, gözünüqırpmadın.
Tanrım,
söz dəlisiyəm,
Məskənimi çöl elə.
Məni
bir də yaratsan
Yenə sözə qul elə.
Yuxularında ağ qovaqları
gördün, qayalarda
əsən külək
qulaqlarını döyəclədi,
gördün ki, od vurduğun küləşlik çırthaçırtnan
yanır, sənsə,
Allahsaxlamış, eləməyəsən
tənbəllik, gedib oturasan toyxanada, ağ köynək, ağ şalvarda əynində. Qarmonçalana heyrətlə baxasan,
qarmonun dillərinin möcüzəsinə sığınasan.
Heç
olmasa külün-kösövün
iyi də burnuna dəyməyə.
Amma zaman gəldi, o günlər durdu qəsdinə.
O günlərdən, o illərdən
üzü bu yana,
Nəyə çatdım, nəyi tutdum, hamısı yanlış.
Mən gecələr itirdim ki, biri bir
ömür,
Mən nəğmələr
itirdim ki, oxunulmamış.
20 yanvar gecəsində
ayaqların üstündə
zorla dayandın. Hirsini-hikkəni tüpürdün düşmənin
üzünə. Gördün ki, qan gəlir.
Yandın-yaxıldın, göz görə
- görə qan aparan igidlərin çarəsiz çarpışmalarını
gördükdə özünü
də qan tutdu. Barmağını
keçirtdin ürəyinin
başına, ürəyinin
qanı ilə asfalta, 20 Yanvardakı meydana yazdın ki,
...Gərək qan bağlaya şairin sözü
Şair
əllərini qandan
gen tutub.
Gör hansı zamandı, gör hansı vaxtdı
Mən qana çapıram, məni qan tutub.
Bildin ki, bu qırğının qanı duran deyil, axıb-axıb Qarabağı da qana bələyəcək,
cavanların cavan canına qıyacaq, qarabağlı uşaqlar barıt iyinə oyanacaqlar. Fəryad etdin:
Ayaqları heydən düşüb,
şişib alnının
damarı,
insanlar eey,
Sizə
sarı
qaçır qarabağlı
uşaq.
Öz aramızdı, Sabir Sarvan, bir ara üsyan etdin də. Asi oldun.
İşığı çox sevdiyimdən
qaranlıqda qaldım
Uşağı çox sevdiyimdən
sonsuz oldum...
Səni
də çox sevirəm, Tanrım!
Amma birdən
özün öz asiliyindən diksindin, bağrın qarsıdı. Dürüst
imanla ağayana etirafı bacardın:
Balasına yem verəndə
Qaranquş vurdum köksü
ağ.
Bu gecədən çıxa
bilsəm,
Sonra asandır
yaşamaq.
Ürəyin durmadı. Əllərini Tanrı dərgahına
uzatdın, ruku etdin, əfv dilədin.
Azdım yolumu, kafirə inandım,
səni dandım.
Ölmüşdüm, təzədən mən
mənə gəldim,
imana, dinə gəldim.
Adilsən, qovma qapından,
demə: get
əfv et məni,
əfv et məni,
ya Rəbb,
Məni
əfv et!
Zarafatcıldın, yumor hissin güclüydü, fəqət,
heç kim
bilmədi ki, nəyin var, içində çəkirsən.
İnanmadılar Allahsaxlamışlar. Axırda "dostların içində yaxşı
qalan sənsən"
qibtəsini edən Vəli Xramçaylıya
həqiqəti etiraf etməli oldun, "içim özümü yandırır, çölüm
özgəni" idiomatik
ifadənin poetik adekvatını bəyan elədin:
Yıxılıb durmaqdan dizlərim
doyub,
Mənim yaşamaqdan gözlərim
doyub.
Qara saqqalıma-saçıma baxma,
Gözümün içinə yaxşı
bax, ay dost.
Gözünü aç mənə
yaxşı bax, ay
dost,
Gözümün içindən qocalmışam
mən.
Günlərin bir günü canın sıxıldı,
eyni günlərdən,
eyni yağışlardan
bezdin, eyni yolların dolanbaclarında
girinc qaldın, təntidin, eyni qapıların cəftəsində
barmaqların yara oldu və bu
anda, evinəcən sənin, şair, qayıdıb belə də arın-arxayın, soyuqqanlıqla, mafi-qaydaynan
söyləyəsən ki:
Ağlamaram zülüm-zülüm,
Öz başımdı,
özcə əlim.
Ana, uzat qollarını
Qolların üstündə ölüm,
Yaşaya bilmirəm daha.
Allah sənə insaf versin, Sabir Sarvan,
gecənin bir aləmində bu misraları yazanda Pirhəsənlidə ananın
beyqafıl yerindən
qalxıb, "Allah, bu
nə hissdi, Sabirimlə bağlı, elə bil sinəmə
mismar keçirdilər"
deyə əndişələndiyini
göz önünə
gətirmədinmi? Dayan, bir gileyim də
qalıb. İllər
öncə Rəsul Rzanın dəfnindən sonra qəhərlənmişdin:
Aparırdıq bahara aldanıb
gedən şairi,
Göynəyirdi yanaqlarımızda
Gözümüzdən çıxmayan
iki damla yaşın yeri.
Əcəba, sən kimə deyirsən? Özün də yüyürmədinmi
baharın ardınca?!
Bahara aldanıb hamını apar-topar tərk etmədinmi?!
EPİLOQ
... Heydən düşmüş əllərini irəli uzatdı. Bükülünü götürdü. Danışmalı halı yoxdu, amma elə fikrən hər şeyi anlayırdı. Soruşa bilməsə də, fikrini izah edə bildi.
- Bunlar nədir, baba?
- Yol tədarüküdür, Sabir, bala, hazırlaş!Kəfəndir.
- Hə, başa düşdüm. Bizim Hafizin Yunis İmrə yaradıcılığına tez-tez müraciət edib misal gətirdiyi misralardır: "Ana bətnindən gəldik bazara, bir kəfən alaraq dönək məzara". Bazarlığımızı elədik, gedək deyirsənsə, gedək. Bəs bunu neynəyək?
Təzə çıxmış kitabı göstərdi. Cavab almadı. Son gücünü topladı. Hiss edirdi ki, anbaan hər şeylə, bütün maddi aləmlə, hər kəslə, Zərnigar xanımla, həkimlə, tibb bacısı ilə arasında məsafə qeyri-reallığa çevrilir, arada uçuruma oxşayan bir şey yaranır. Danışırdı, palatadakılar səsini eşitmirdilər. Amma o, sözünü dedi və əlləri heysiz halda yanına düşdü.
Məni göz görə-görə
Əcəl apardı gora.
Əlimdən düşdü yerə
Sizə bir kitab qaldı.
Kitabın mübarək, əbədiyyət yolçuluğun mübarək, Sabir Sarvan!
Hafiz İMAMNƏZƏRLİ
525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.8.