Mirzə Ələkbər Sabirin virtual muzeyi təqdim edildi
Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində
Mirzə Ələkbər
Sabir Fondunun təşkilatçılığı ilə dahi şairin
155 illiyi münasibətilə
"Mirzə Ələkbər
Sabir virtual muzeyi" layihəsinin təqdimat mərasimi keçirilib.
Təqdimatda ziyalılar, elm və incəsənət nümayəndələri,
QHT üzvləri, tələbələr
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan tanınmış jurnalist
Vəsilə Vahidqızı
belə bir layihənin həyata keçirilməsinin ictimaiyyət
arasında çox müsbət rezonans yaradacağını vurğulayaraq,
bunun sabirsevərlər
üçün əvəzsiz
bir töhfə olduğunu qeyd edib.
Layihə
rəhbəri Mirzə
Ələkbər Sabir
Fondunun prezidenti Sevda Tahirli Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyələşdirdiyi bu
layihədə Sabirə
aid olub müxtəlif
mənbələrdə - kitabxanalarda,
şəxsi kolleksiyalarda,
muzeylərdə, TV və
radioda, arxivlərdə,
internet resurslarında yer
alan verbal, audio, video, foto
məlumatlar toplanaraq vahid baza yaradıldığını
qeyd edib.
Şairin
ölümündən sonra
çap olunmuş
1912, 1914-cü illər nəşrinin
nadir nümunələri ilə
yanaşı bu günlərimizədək çap
olunmuş əksər
kitablarının elektron
nüsxələri, şairin ölkə ərazisində
olan heykəl və büstlərinin görüntüləri, Sabirin
1918-ci ildə vətəndaş
qarşıdurması nəticəsində
yandırılaraq dağıdılmış
evinin ədibin sonbeşik övladı Məmmədsəlimin sağlığındaikən
xatirələri əsasında
hazırlatdırdığı maketı və hazırda Şamaxı şəhərində yendənqurma
işləri ilə əlaqədar müvəqqəti
olaraq fəaliyyətini
dayandırmış muzeyin
təmirdən öncəki
360 panoramik görüntüsü
və muzeyin maketin əsasında tikilməkdə
olan yeni görüntüsünün eskizləri,
dahi şairə aid unikal faktlar və bir çox
digər dəyərli
məlumatlar da virtual muzeydə yer alıb.
S.Tahirli
qeyd edib ki, şairə aid bütün məlumatların
daxil ola
bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.
Daha sonra saytı işləyib hazırlayan,
Azərbaycan Fotoqraflar
Birliyinin üzvü Nurlan Tahirli "Virtual muzey"in təqdimatını
edib. Təqdimatdan sonra AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova, Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar
Bayramov, sabirşünas
professor Alxan
Bayramoğlu, İctimai
Televiziyanın əməkdaşı
Azər Süleymanlı
çıxış ediblər.
Sonda şairin ABŞ-da yaşayan nəvəsi və
tədbirə SKYPE vasitəsilə
qoşulan Gündüz
Tahirli hər kəsi salamlayaraq ədibin Şamaxıda tikilməkdə
olan muzeyinin inşası barədə
məlumatlar verib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.8.