Bakıda məşhur İran yazıçısı ilə görüşlər keçirildi

 

"İRAN KİTAB GÜNLƏRİ" ÇƏRÇİVƏSİNDƏ MUSTAFA MƏSTURUN YENİ ROMANININ TƏQDİMATI OLUB

 

 

Oktyabrın 14-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İran kitab günləri" çərçivəsində məşhur iranlı yazıçı Mustafa Məsturun "Mən sərçə deyiləm" kitabının müzakirəsi imza mərasimi keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu görüşün məramından bəhs edib:  "Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü, İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyilə Bakıda keçirilən "İran kitabı günləri" çərçivəsində bir neçə tədbir təşkil olunub. "İran kitabı günləri"nə mədəniyyət mərkəzi ilə yanaşı, Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, AMEA-nın Ədəbiyyat İnstitutu mənəvi dəstək verib. Bunu yaxın il yarım ərzində İran ədəbiyyatından tərcümə nəşr elədiyimiz kitabların hesabat təqdimatı da adlandırmaq olar. Eyni zamanda, bu gün müasir İran ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan yazıçı şair Mustafa Məsturun dilimizə tərcümə olunmuş üçüncü - "Mən sərçə deyiləm" romanının təqdimat, müzakirə imza gününə toplaşmışıq. Kitabı dilimizə çevirən gənc tərcüməçi Ariz Tarverdiyevdir. Mustafa Məsturun Azərbaycan dilinə tərcümə olunmuş "Tanrının ay üzündən öp" romanı İran şeiri antologiyası olan "Dostun evi haradadır?" "ATV Kitab" seriyası çərçivəsində nəşr olunub. Bunlardan daha əvvəl isə "Dünya ədəbiyyatı" dərgisinin İran ədəbiyyatına həsr olunmuş xüsusi sayı hazırlanıb ki, orada dərginin baş redaktoru, tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin rəhbərliyi ilə böyük tərcüməçi qrupu çalışıb. Onlar çox böyük görüblər. Hesab edirəm ki, İran ədəbiyyatının bu gün Azərbaycanda belə yüksək səviyyədə təqdimatı ədəbi-mədəni əlaqələr baxımından mühüm əlamətdar hadisədir".

 

Azərbaycan-İran ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə İran Səfirliyi Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsi, tərcüməçi Ariz Tarverdiyev iranlı yazıçı Mustafa Məstur fəxri diplomlar, rəmzi hədiyyələrlə təltif ediliblər.

 

Millət vəkili Jalə Əliyeva kitab təbliğatının, dünya ədəbiyyatının dilimizə tərcüməsinin əhəmiyyətindən söz açıb: "Belə bir narahat zamanda kitaba dönmək, kitabı tanıtmaq, sadəcə öz ədəbiyyatını deyil, dünya ədəbiyyatını da Azərbaycanda geniş  tanıtmaq olduqca əhəmiyyətli şərəfli işdir. Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi bu işin öhdəsindən layiqincə gəlir bu bizi çox sevindirir. Bu günü əhəmiyyətli edən bir səbəb yaxın qonşumuzun, uzun illərdən bəri mühüm tərəfdaşımız olan İranın müasir söz sənətinin Azərbaycanda tanıdılması istiqamətində atılan dəyərli addımdır".

 

Əsgər Farsi, tərcüməçi Ariz Tarverdiyev, naşir Numan Tariq başqaları iki ölkə arasındakı dostluq əlaqələri Mustafa Məstur yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

 

Mustafa Məstur ikinci dəfə Azərbaycana səfərindən məmnunluq duyduğunu, bu baxımdan özünü şanslı yazıçı saydığını deyib. Sonra yazıçılıq ədəbiyyat barədə mühazirə söyləyən Mustafa Məsturun fikirlərini dilimizə fəlsəfə doktoru, tərcüməçi Mail Yaqub çevirib. Ədib yazıçılığı ağır məşəqqətli bir kimi səciyyələndirib: "Çox adam yazıçı olmağa can atır. Çünki yazıçılıq insanı məhşurlaşdırır, ona şan-şöhrət gətirir. Zahirən elə görünür ki, hər şey çox gözəldir. İlk baxışdan yazıçının işi yazmaqdır. Əslində isə məsələ yazmaqda yox, yaratmaqdadır. Necə ki, bir insan doğular, əsər eləcə. İllərlə, əsrlərlə yaşayacaq, yadda qalacaq əsər yaratmaq çox ağır prosesdir. Çünki yazıçı belə fundamental əsərlər yaratmaq üçün özü böyük əzablar çəkməlidir. Yazıçı elə mövzulara diqqət etməlidir ki, insan gündəlik həyatında o mövzuları bəzən heç düşünmək istəmir, çünki həyatı ağırlaşar. Məsələn, ölüm, xəstəlik kimi mövzular adi həyatda onu yorur. Yazıçı bir mövzunu işləyərkən özünü bütün həyatdan təcrid etməli, əsər yazılıb qurtarana qədər bircə o mövzu ilə əhatə olunmalı, onun içərisində itib batmalıdır. Yazıçının məsuliyyətsiz, qeyri-səmimi yanaşdığı bütün hissələri ən birinci elə oxucu özü görür".

 

Yazıçının "Yazmaq bu qədər əzablıykən, yazmamaq nədir?" - sualına cavabı da maraq doğurub: "Əslində, yazmaqda deyil, yazdıqlarının içərisindədir əzab. Mən bir zamanlar düşünürdüm ki, həyatda elə maneələr var, bəzi insanlar onları aşa bilmirlər. Amma sonralar gördüm, məsələ heç o deyil ki, sən həyatdakı maneələri aşmalısan. Məsələ odur ki, həyat özü başdan-başa maneədir. Belə bir halda yazmağın, yazmamağın əzabı gündəmdə deyil, biz onsuz da əzabın içərisindəyik. Yazmaq yazmamaq bu əzabdan heç aparmır".

 

Müharibə haqqında danışarkən özünün ailəsinin uzun illər müharibədən əzab çəkdiyini deyən yazıçı qeyd edib ki, yanımda bomba partlasa, mən onu eşitməyə bilərəm, ancaq bir insan ağlasa, mütləq eşidəcəyəm.

 

Sevdiyi özünə "ədəbi əcdad" seçdiyi dünya yazıçıları, bəyəndiyi ədəbi cərəyanlardan danışarkən, M.Məstur deyib: "Mənim bəyəndiyim sevərək oxuduğum Şimali Amerika ədəbiyyatıdır. Əgər Latın Amerikası Avropa ədəbiyyatından sevdiyim yazıçılar varsa, bu, o deməkdir ki, onlarda Şimali Amerika ədəbiyyatının rənglərini görürəm. Ən çox sevdiyim ədib isə Selincerdir. Mən ədəbiyyat qatarına minsəm, Selincer dayanacağında düşərəm. Mənə elə gəlir ki, onun əsərlərini oxuyan insan ədəbiyyatın ruhunu tapmış olur".

 

Azərbaycanda savadlı və işinin peşəkarı ədəbiyyatşünaslarla tanış olduğunu, ədiblərdən Ramiz Rövşənin, Vaqif Səmədoğlunun şeirlərini, Qurban Səidin "Əli və Nino" əsərini sevdiyini deyən yazıçı qeyd edib ki, onlarda da Şimali Amerika ədəbiyyatının xüsusiyyətlərini görür.

 

"İran kitab günləri" tədbirlər silsiləsinin davamı olaraq oktyabrın 15-də Səməd Vurğunun ev-muzeyində Mustafa Məsturun "Çağdaş İran şeiri barədə" mühazirəsi və "Dostun evi haradadır?" adlı modern İran şeiri antologiyasının təqdimatı olub.

 

S.Babullaoğlu antologiya haqqında məlumat verib, onun əhəmiyyətindən söz açıb: "Bu zamana qədər bizim dildə müasir İran ədəbiyyatı antologiyası nəşr olunmayıb. Bu kitab vasitəsilə azərbaycanlı oxucu müasir İran poeziyasının böyük hissəsi haqqında əsaslı təsəvvür əldə edə bilər".

 

Mühazirədə M.Məstur İran poeziyası haqqında danışaraq deyib ki, İran şeiri aşiqanə, ictimai məzmunlu və yeni poeziya olaraq, üç növə bölünür. İlk ikisi klassik irsdədir, sonuncu isə XX əsrin 60-cı illərində yaranıb. Uzun müddət poeziyada insan anlayışından uzaq düşən İran şeiri bu gün yenidən insana qayıdır. Daha sonra müəllif konkret şairlərin şeirləri əsasında mühazirəsini davam etdirib.

 

M.Məsturu dinlədikcə onun düşüncələrində Vaqif Səmədoğlunun fikirlərinə yaxınlıq gördüyünü deyən muzeyin direktoru Nüşabə Vəkilova həm ədibə, həm də təşkilatçılara təşəkkürünü bildirib, bu cür görüşlərin davamlı olmasını arzulayıb.

 

Hər iki tədbirin sonunda M.Məstur iştirakçılar üçün öz kitablarını imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.7.