Mustafa Çəmənlinin 70 yaşı qeyd olundu  

 

 

Oktyabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat incəsənət xadimləri, oxucular media nümayəndələri iştirak ediblər.

 

Yubiley tədbiri yazıçının həyat yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə başlayıb.

 

Tədbirin aparıcısı yazıçı-dramaturq Əli Əmirli M.Çəmənlinin həyat yaradıcılığı haqqında ətraflı məlumat verib. O, 30-dan çox kitabın müəllifi olan M.Çəmənlini müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, XX əsrin 70-ci illərinin ədəbi nəslinə mənsub yazıçı adlandırıb: 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində dərc olunmuş "Ləpirlər" hekayəsi ilə ədəbiyyata gələn M.Çəmənli sonralar dövrünün ən məhsuldar yaradıcı insanlarından biridir. Uğurun böyük hissəsi zəhmət istedaddır. Mustafa Çəmənli istedadlı yazar olmaqdan əlavə, çox zəhmətkeş insandır. Onun yaracılığının əsas mövzusu Qarabağ problemidir. Vətən həsrəti, torpaq yanğısı onun hər misrasından boylanır, bütün yazılarında öz əksini tapır. Onun yaradıcılığının böyük hissəsi musiqi ilə bağlıdır. Mustafa Çəmənli muğamlarımızın ən mahir bilicilərindən, ən böyük tədqiqatçılarındandır".

 

Daha sonra Ə.Əmirli Baş nazirin birinci müavini, Xalq Yazıçısı Elçinin Mustafa Çəmənlinin 70 illik yubileyi münasibəti ilə ünvanladığı təbrik məktubunu tədbir iştirakçıları üçün oxuyub. Təbrikdə deyilir: "Hörmətli Mustafa Çəmənli! Səni, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini 70 illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm. Sən bu yubileyi yazıçı kimi , Vətəndaş kimi baş ucalığı ilə qarşılayırsan. Sən Azərbaycana, Azərbaycanın daxilində isə Qarabağa böyük sevgi ilə yazıb-yaradan qələm sahibisən. Sənin bədii əsərlərin , sənədli əsərlərin anadan olduğun doğma diyarın ab-havası ilə nəfəs alır. Xanın, Şövkət xanımın, Habilin, Arifin sənəti, bu sənətin koloriti yalnız onlar haqqında yazdığın əsərlərdə deyil, sənin tamam başqa mövzulu roman hekayələrində səciyyəvi bir cəhətdir. Çünki ürəkdən yazırsan, təmiz, saf hissləri ifadə edirsən. Hörmətli qələm dostum! Səni bir daha ürəkdən təbrik edir, sənə cansağlığı, xoşbəxtlik arzulayıram. Yazmaq şövqü isə həmişə səninlədir".

 

Ə.Əmirli 1982-ci ildə nəşr olunan "Mənim dünyamın adamları" kitabı ilə müəllifin öz adını ədəbiyyat tarixinə həmişəlik yazdığını söyləyib. Ötən əsrin 70-ci illərində "Nişanə", "Meşə yeri", "Əks-səda", "İstək" kimi hekayələri, "Halallıq", "Yaddaş" povestləri, "Xallı gürzə" romanı ilə özünü nasir kimi tanıdan M.Çəmənlinin "Səs qərib olmur", "Fred Asif", "Nəğməli xatirələr", "Muğam dünyasının Xanı", "Burdan bir atlı keçdi", "Səsin ruhu", "Leyli Məcnun - 100 il səhnədə", "Məcnunun Məcnunu", "Ruhların üsyanı", "Yaddaşlarda yaşamaq haqqı", "Ölüm mələyi", "Sənət hekayələri" digər əsərləri, kitabları ilə öz yaradıcı mövqeyini tam mənada təsdiqlədiyini bildirib.

 

Şair Çingiz Əlioğlu yubilyarı Azərbaycan ədəbiyyatının ən zəhmətkeş, cəfakeş, namuslu yazıçılarından biri kimi xarakterizə edib. AYB mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Birliyin sədri, Xalq yazıçısı Anarın qurumun yubilyara təbrik məktublarını oxuyub.

 

Xalq artisti Arif Babayev, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, naşir Tural Axundov, tənqidçi Vaqif Yusifli, telejurnalist Telli Pənahqızı, tarzən Ramiz Quliyev, şair Ramiz Məmmədzadə və başqaları M.Çəmənlini daim yaradıcılıq axtarışında olan zəhmətkeş yazıçı, səmimi, vətənsevər ziyalı, doğmalarına, yaxınlarına sədaqətli ailə başçısı kimi dəyərləndiriblər. Onun yaradıcılığında ana xətt kimi keçən doğma diyardan, düşmən tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza qayıtmaq arzusundan danışıblar.

 

Qiraət ustası Eldost Bayramın ifasında yazıçının "Ləpirlər" hekayəsi səsləndirilib. Vüsalə Əsgər, Zakir Əliyev kimi incəsənət ustalarının ifaları dinlənilib.

 

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.7.